Yuxularımdakı həqiqət - Miss_Oxatan (4)

Yuxularımdakı həqiqət - Miss_Oxatan (4)
Qadınlar.Co
10.09.2017 11
Saytımızın şirin şəkər, gözəl göyçək qızlarını yeni
layihəmin növbəti bölümündə salamlayıram :03: Həəə qızlar, hamımız
bilirik ki,  :fu: yuxular insan aləminin hələ də sirri açılmayan
möcüzəli bir dünyasıdır. Hansı dünya ki, insan heç görmədiyi yerlərə
gedir, heç görmədiyi insanlar ilə görüşür, sevincli, kədərli, sirrli bir
həyat yaşayırıq yuxularımızda. Və bəzən də.... :cadu: elə olur ki,
yuxularımız heç gözləmədiyimiz bir anda bir neçə gün sonra baş verə
biləcək bir hadisənin müjdəçisi olur. Xoş və kədərli bir hadisənin... bu
da uca Tanrının ən böyük möcüzələrindən biridir.. buyurun başınıza
gələn bu cür sirrli yuxuları bizimlə bölüşün. Əminəm ki, hər biriniz
ömrünüzdə bir dəfə də olsa bu cür möcüzəli hadisə ilə qarşılaşmısınız. 





Layihəmin bu bölümündə saytımızın Miss_Oxatan-nı baş verə biləcək hadisələri qabaqcadan ona ayan edən bir neçə sirrli yuxusunu bizimlə bölüşəcək....
 

Yuxularımdakı həqiqət - Miss_Oxatan (4) 

 

salam saytımızın gözəl göyçək xanımları. Yuxuları
çin çıxan və mütləq pisə-yaxşıya anlamı olan bir insan kimi məndə Türkan
bajımızın bu maraqlı layihəsində iştirak etmək istədim. Demək olar
nəyin ki, gecələri hətta gündüz yatıb nə yuxu görürəmsə anlamı
olmalıdır. Özü də gün ərzində 5 dəfə də yatsam 10 dəfə də yatsam, istər
bir dəqiqə, istər saatlarla mütləq yuxu görürəm. Xüsusi olaraq çin çıxan
yuxularımı seçib paylaşım sizlərlə.

 

Yuxularımdakı həqiqət - Miss_Oxatan (4) 



Mənim rəhmətlik nənəm (anamın anası) 23 il bundan qabaq dünyasını
dəyişib. Onda mənim 7 yaşım vardı. Deməli hardasa 3 il əvvəl mən
Rusiyada idim, onda yuxuda gördüm onu. Özü də hər deyəndə yuxuma gəlmir.
Gördüm ki, kənddə evə gəlib, öz evlərinə, indi dayim, ailəsi və
xalalarım yaşayır. Hər kəs görürəm hazırlıq görur, sevincli, şad xürrəm
yemək bişirən kim, həyət baca süpürən təmizlik edən kimi. Mən soruşuram
nədir bu hazırlıq qonaqmı gələcək? Xalamın biri deyir bəs bilmirsən
nənən gələcək illər sonra bu gun evə, onadır bu hazırlıq. Deyirəm bəs bu
necə olur axi nənə yoxdu həyatda. Bu sualıma cavab gəlmir amma
soruşuram ki, bəs bizdən sonra olan nəvələrə nə deyəssiz? onlar nənəni
görməyiblər axı, dirilib desəniz qorxacaqlar. Xalam deyir ki, sən
narahat olma orasını da düşünmüşük, deyəciyik ki, bəs güya nənə illərdir
xəstədir bibimizin oğlugildə müalicədəydi, orda qalıb müalicə olunurdu.
Nəysə, bir az keçir görürəm darvazalar açılır nənəm gəlir, evdə hamımız
qaçırıq qabağına, hamıyla görüşür. Mən nənəmin ilk nəvəsi olmuşam deyə
məni bir başqa çox istəyirdi, mən də onda nişanlıydım, kocamla aramızda
bərk dava olmuşdu ayrılıq havası vardı ortamda, bir sözlə yaxşı günlər
deyildi həm də mənə. Gördüm nənəm məni bir neçə dəfə gah bu üzümdən, gah
o üzümdən çoxlu-çoxlu öpür və hər öpdükcə də qulağıma deyir narahat
olma, qorxma hər şey yaxşı olacaq. Bu minvalda evdən Rusiyada yaşayan
xalam çıxır, nənəyə yaxın gedir o da görüşsün, amma nənə yaxına qoymur
onu, neçə dəfə cəhd edir yaxınlaşır, nənəm icazə vermir, axırda bir də
üstünə gedəndə görüşsün nənəm iki əliylə var güclə bərk itələyir, deyir
sənə demirəm uzaq dur görüşmürəm səninlə. xalam arxası üstə yıxılır,
amma pis olur, ağlayır, deyir niyə hamıyla görüşürsən mənimlə yox? nənəm
bir kəlmə deyir. Belə lazımdı. Yuxudan ayıldım, yanırdım susundan,
özümə gəlib o biri xalama yuxumu danışdım getdim işə. Həmən gün nənəm
yuxuda görüşmədiyi xalam toyuq ətindən zəhərləndi, özü də nə
zəhərlənmək, vəziyyəti kritik halda, son momentdə təcili yardım
xəstəxanaya çatdırdı. artıq həkimlər də ümüdünü üzmüşdü. Mən yuxumu
danışdığım xalam  da bir az da mənim yuxumdan qorxar ki, vəssalam yuxu
bu deməkdir, xalam yaşamayacaq. Həkimlərin bütün cəhdləri ilə xalam
yaşadı, amma heç nə olmadı. Sonra anladıq ki, nənəm yuxumda ona görə
görüşməyib onunla, iki əli ilə itələyib, əgər görüşsəydi özü ilə
aparardı iraq olsun. Şükür Allaha heçnə olmadı.

 

Yuxularımdakı həqiqət - Miss_Oxatan (4) 



Bir neçə il əvvəl anamgilin ard-arda iki əmisi oğlu rəhmətə getdi.
Yaxın idik və çox istəyirdim onları. Günorta idi, mən Yasin oxudum,
onların da adını çəkdim. isti idi deyə yatdıq. Yuxuda əmisi oğlunun
birini gördüm, gəlib həyətimizə güllər düzdü, şəndir. Bir mənimlə, bir
də xalamla daha isti görüşüb bizə təşəkkür elədi, razılıq elədi getdi.
Ayıldım həmən xalam da dedi ki, mən də indi yatıb o biri qardaşını
gördüm, indi yuxuda o da gəlib həyətə bir mənimlə bir də həmən xalamla
onun yuxusunda görüşüb, sizin ikinizdən də razıyıq deyib, təşəkkür edib,
görüşüb gedib. O xalam daha çox istəyirdi onları və xəstə vaxtlarında
yanlarında olub əziyyətlərini çəkmişdi. Mən də Yasin oxuyanda adlarını
çəkirdim. Ancaq xalama deməmişdim Yasin oxudum onlar üçün, amma demək
ki, onlara agah olduğu kimi biz Yasin oxusaq da, adlarına duz salsaq da,
bir yolla onlar da agah edib təşəkkür edirlər.

 

Yuxularımdakı həqiqət - Miss_Oxatan (4) 



İllər əvvəl bir işə düzəlmişdim və demişdim ki, ilk maaşımdan nənə
babama Quran oxudacam və oxutdum. Yuxuda nənəmlə babam mamamın, yuxusuna
girmişdi. Mamam deyir gördüm ikisi də meyvə bağçasındadılar, elə gözəl
yerdədilər ki, kefləri də kök, amma nə qədər çalışıram yaxınlarına gedə
bilmirəm, uzaqdan gülə-gülə əl ediblər, mamama deyiblər Günaya de ki,
sağ olsun.


 

 Yuxularımdakı həqiqət - Miss_Oxatan (4)

 

Mənim atamın anası hardasa 4-5ildir dünyasını
dəyişib. Ancaq o qədər də isti münasibətimiz olmayıb, tatar idi deyə rus
kimi idi, öz aləmində. Atama qarşı da səhvləri olub. O dünyasını
dəyişən günü yuxuma gəlmişdi, əslində xəstə falan deyildi qəfil öldü.
Yuxuda gördüm ki,  indi gəlməsin gəlib bizim evə. Elə yazıq yazıq gəzir
baxır hamımızın üzünə, kim də dindirir elədiklərinə görə üzr istəyir.
Hamımız məəttəlik ki, bu arvad hara, bu məzlum mimikalar, etdiklərinə
görə üzr istəmək hara. Nəysə, durdum mamama danışdım, mamam dedi ki,
eyni yuxunu mən də görmüşəm, bu səfər vapşe şoke olduq, elə
qeyri-ixtiyari dedik yəqin ölüb. Mamam atama pramoy deməsə də əvvəl söz
salıb soruşdu, anasıyla danışdın ya yox, dedi 2 gün qabaq danışmışam
yaxşıdı. Axırda dözmədik yuxumuzu danışdıq, atam narahat oldu, anası
evdə qalan bacısı ilə yaşayırdı. Bacısına zəng elədi cavab vermədi, daha
da narahat oldu, qonşularına zəng vurdu, dedilər ki, bəs bu səhər anan
dünyasını qəfil dəyişib. Ondan sonra atam mənə deyir, sənin yuxularından
adam qorxur.

 

 Yuxularımdakı həqiqət - Miss_Oxatan (4)

 

Mən ümümiyyətlə kimi yuxumda görürəmsə mütləq onun
başına demək ki, nəsə gəlib deməkdir. Tələbə vaxtı çox yaxın bir qrup
yoldaşım vardı 3-4 il əvvəl idi, bu qız hər gün yuxuma girirdi, çox
qəmli olurdu, ağlayırdı. Yuxularıma bələdəm deyə bildim ki, nəsə olub.
Nömrəsini falan itirmişdim, dözmədim, bir yolla tapdım nömrəsini,
danışdıq. Elə bil himə bənd idi, başladı ağlmağa. Getdiyi oğlan manyak
çıxmışdı, gün vermirdi ona, bunları danışdı, sən demə xəstəxanadan yeni
çıxıbmiş, niyə dədən bizə ev almır deyə qıza bıçaqla zərər yetirmişdi,
ölümdən dönmüşdü yazıq qız. Allah heç kimi elə bədazillərə rast
salmasın. Amin.


 

 Yuxularımdakı həqiqət - Miss_Oxatan (4)

 

Əgər kimisə yuxumda üzgün qəmli görürəmsə istər
yaxınım istər uzaq fərqi yoxdur,artıq özümdə bilirəm ki ona nəsə olub. O
qədər olub ki, vətəndə qoyub gəldiyim ailə üzvlərimi elə görmüşəm,
yuxularıma da bələdəm deyə bilmişəm ki, yox eee nəsə olub, amma
uzaqdayam deyə gizlədiblər, ancaq yuxular imkan vermir deyə narahat olub
bir yolla öyrənməmiş sakit ola bilmirəm.

Bizdə Şəkidə dayımgillə üz üzə qonşu yaşlı ər arvad
var. Yuxuda bir dəfə gördüm ki,,həmən aralıqda palatka qurublar amma
yasdı, hamının başında qara yaylıq, ağlaşır, amma bilmirəm hansı evdədi
yaxınlaşıram soruşum kim ölüb, demirlər ayılıram. Oyandım dedim xeyir
Allahdan, nə qədər elədim Azərbaycana düşə bilmədim setdən həmən gün.
Daha da dəli oldum. Sonrakı gecə yenə eyni yuxunu gördüm. Bir az da pis
oldum,  axı bu nə deməkdir kimə nə olub görən? Axşam zəng getdi və
öyrəndim qonşuda qoca qadın rəhmətə gedib palatkanı ona görə qurublar.

 

 Yuxularımdakı həqiqət - Miss_Oxatan (4)

 

Yuxularımın anlamı olmasında mamama çəkmişəm o da
elədir eynən. Nə görsə mütləq olur xeyri yoxdu.B irinin başına yaxşı iş
gəlsə agah olmaz mənə, pis hadisə gələndə görürəm yuxuda. Çox yazaram.
Ama vaxtınızı almış olaram, onsuz da çox yazdım. Oxuyan gözləriniz var
olsun. İnşAllah xeyirli yuxular görək ki, xeyir olsun.Amin.

 

Yuxularımdakı həqiqət - Miss_Oxatan (4)

 

Əziz
bacılarım, layihəmin davamlı olması sizdən asılıdır... əgər sizin də
hansısa möcüzəli və sirrli yuxunuz olubsa mesajla mənə yazın , mən də
qızlarımızla bölüşüm... öpürəm hər birinizi....
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!