Başıma gəlmiş mistik hadisə - ülü16 (3)

Başıma gəlmiş mistik hadisə - ülü16 (3)
Qadınlar.Co
10.09.2017 10
Salam,
Qadınlar.Biz saytının xanım-xatun qız gəlinləri.Ani ağlıma gələn bir
layihəni sizlərə təqdim etmək istədim.Sağolsun, Adminimizdə razılıq
verdi və bir an öncə başlamağa qərar verdim.Aznetdə azdan-çoxdan fəal
olan biri kimi deyə bilərəm ki,mən bu mövzuda layihəyə heç bir saytda
rast gəlməmişəm. Maraqlı alınacağına inanıram.Keçim layihəmin
məzmununa.Qorxunc layihə ilə gəlirəm  )))Fövqal-təbii
qüvvələrlə bağlı olacaq.Cəmiyyətdə hec bir zaman birmənalı
qarşılanmayan mövzulardan biri,bəlkə də birincisi.Kimlər inanar,kimlər
psixoloji haldır deyib keçər və s.Ancaq hər nə qədər inanmasaqda belə
hekayələr eşidəndə ildırım surəti ilə qorxu dolu titrəmə keçər
vücudumuzdan.Gözə görünməz mifoloji varlıqlar,kiminin cin kiminin ruh
adlandırdığı və s.bunlarla bağlı mistik hadisələr kimin başına gəlibsə
mənə şəxsi ismarıc vasitəsi ilə ətraflı şəkildə yazıb göndərə
bilər.Ancaq yuxuda gördükləriniz olmasın.Yuxu ilə bağlı olsa direk copy
edib arzum_aysuma göndərəjəm)))Çünki bu onun layihəsidir,malı mala
qatmayın))

 

Elə iştirakçımızda saytımızda yeni userlərdən olan ülü 16dır. Bu hekayəni oxuyanda bayaa bir qorxdum :eh:Yaxşı ki, bu dəfə evdə tək deyildimmm.



Salam saytımızın gözəl xanımları. Əvvəlcə bu layihədə çənə yer verdiyi üçün bacıma təşəkkür edirəm. Keçək əsas məsələyə.

Keçən
ilin may ayının sonu-iyun ayının əvvəlləri idi. Mən imtahana
hazırlaşırdım. Qardaşım yeni evli idi o zaman.Birdə körpələri var,
hadisə olan vaxt körpə 5-6aylıq olardı. Əslində bu hadisə gəlinimizin
başına gəlib , amma hər şey gözümün qarşısında olduğundan sizinlə
paylaşmaq istədim. Biz gəlinimizdə bəzi dəyişikliklər görürdük, axşamlar
rəngi ağ olur, gözünün altı qaralırdı. Körpəsinə istilik göstərə
bilmirdi. Sanki onu nəsə saxlayırdı. Özdə bizim ailəmiz dindar ailə,
namaz qılan ailə idik. Bir gecə uşaq ağlayırdı, gəlin birdən başını
tutub qışqırmağa başlayıb. Əlbətdə bu hadisə gecə olduğundan heç kəsin
xəbəri yox idi. Qardaşım bilməyib yoldaşını sakitləşdirsin, yoxsa
körpəsi. Uşağı qucağına alıb, hər ikisini sakitləşdiribmiş. Anam uşağın
səsini eşidib qapını döyüb, qardaşım anama "uşağdıdə ağlıyır" deyib.
Yenə axşam gəlinin gözünün altı qaraldı, rəngi ağarmışdı. Gözünü bir
nöqtəyə zilləyib qalmışdı. Uşağ ağlayırdı, ancaq uşağa yaxınlaşa üzünə
baxa bilmirdi. Qardaşım bu hadisələri dostlarına danışanda gəlinin
içində "Cin" girə biləcəyini demişdilər. Bir xeyrxah oğlan vardı
"Rüqəyya" elmiylə məşğul olan. Onunla qardaşım əlaqə saxlayaraq Bakıya
gəlib kömək etməsini xaiş etdi. Oğlan iyun ayının 1-i bizə gəldi.
Mənimdə sabah imtahanım olacaqdı. Qardaşım,gəlin,qatdaşımın dostu,
birdəki bu elmlə məşğul olan adam otağa keçib başladılar dualar oxumağa.
Telefonda ayələr qoydular. Sanki gəlin özündə deyildi. Bir azdan
otağdan pişik səsləri kimi səslər gəlməyə başladı. Biz o biri otağda
ana-bala idik. Anamla səsləri eşidirdik, anam çoxdan ağlamağa
başlamışdı. Məndə stresdən nə edəcəyimi bilmirdim. 2-3 saat otağda
qaldılar, tez -tez səslər gəlirdi. Səs kişi səsiydi sanki bacımın səsi
deyildi. Qurtardıqdan sonra bacı içində "Cin" olduğunu, onu dəli edib
öldürmək istədiyini dedi. Əgər uşağa yaxın düşsə uşağı öldürmək
istəyibmiş. 

İnanın
mən bu hadisənin sabahı imtahan vermək məcburiyyətində qaldım. Heç
düşmənimə belə hadisələri arzu etmirəm. ALLAH o günlərimizi bizə birdə
yaşatmasın. Oxuduğunuz üçün təşəkkürümü bildirirəm. İnanın qısaldıb
yazmışam, yenədə bu cür şeyləri Allah heç kimin bəxtinə yazmasın.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!