Bakcell və Wayra UK yerli developerlər üçün müsabiqə (pitch day) təşkil ediblər

Bakcell və Wayra UK yerli developerlər üçün müsabiqə (pitch day) təşkil ediblər
Qadınlar.Co
10.09.2017 28
Bakcell və Wayra UK yerli developerlər üçün müsabiqə (pitch day) təşkil ediblər

Azərbaycanın
İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell
şirkəti özünün AppLab layihəsi ilə əməkdaşlıq edən yerli developerlər
üçün müsabiqə (pitch day) təşkil edib.

"Telefonica Open Future”
proqramının startaplar üçün akselerasiya proqramı hissəsi olan Wayra UK
şirkətinə öz layihələrini 11 layihə qrupu təqdim edib:

1. Flapus

2. QuizMindUp

3. BraillePad

4. Alkredit.az

5. FoodLook

6. Ustam

7. Spinal

8. Shrippy

9. Tradimum

10. MobChannel

11. Kvotter



Wayra
şirkətinin məsləhətlərinə əsasən, developerlər AppLab akselerasiya
proqramının dəstəyi ilə təqdim etdikləri layihələrinin
təkmilləşdirilməsi üzərində işləyəcəklər. 2016-cı ilin sentyabr ayında
isə onlar öz layihələrini Londondakı Wayra Akademiyasında təqdim edərək,
Wayra UK şirkətindən investisiya almaq imkanını qazanacaqlar.

"AppLab
layihəsi ilə işləyən developerlərin Wayra UK kimi potensial
investorların diqqətini cəlb edə bilməsini görmək bizim üçün olduqca
xoşdur. "AppLab” layihəsinin məzunlarından biri 2015-ci ildə dünyanın 89
ölkəsindən təqdim olunmuş 800 startap ideyası arasında ən yaxşı və
parlaq 20 startap layihəsindən biri elan edilib. İndiki zaman
Azərbaycanda startap icmasının parlaq gələcəyinin astanası hesab oluna
bilər. Milli mobil operator olaraq, biz bu icmanın bir hissəsi olmaqdan
fəxr hissi duyuruq və bizim dəyərli tərəfdaşlarımızla birgə yerli
developerlərə dəstək göstərmək üçün səylərimizi davam etdirəcəyik” deyə,
Bakcell şirkətinin baş marketinq və satış direktoru Fedja Hadziç
bildirib.

"Azərbaycandan gələn startap layihələrinin
keyfiyyətini görmək çox sevindirici və ruhlandırıcı idi. Şübhəsiz ki,
Azərbaycan hal-hazırda telekommunikasiya sənayesi üçün çox maraqlı və
cəlbedici bir məkandır. Gördüyümüz layihələrin arasında nəinki yerli
bazarda, hətta dünya miqyasında inqilabi potensiala malik olan bir sıra
texnoloji biznes layihələri var idi. İndi əsas məsələ bu layihələri
gerçəkləşdirmək üçün ciddi səy göstərilməsindən ibarətdir. Wayra və
Bakcell şirkətlərinin təşkil etdiyi müsabiqənin (pitch-day) misalında
reallaşan beynəlxalq əməkdaşlıqla bərabər kapitala çıxış imkanları
artdıqca, bu ekosistem kifayət qədər ümidverici görünür” deyə, Wayra UK
şirkətinin Akselerasiya Proqramı Meneceri Harri Deyvis bildirib.

Bakcell
və Wayra UK şirkətləri arasında əməkdaşlıq əlaqələri 2015-ci ilin
sonlarından başlanıb. Bu əməkdaşlığın əsas məqsədi yerli layihələri
potensial investorlara və tərəfdarlara nümayiş etdirməkdir. Wayra UK,
qlobal sahibkarlıq və innovasiya şəbəkəsi olan "Telefonica Open Future”
proqramının startaplar üçün akselerasiya proqramı kimi tanınan bir
hissəsidir. Applab, Bakcell və Wayra UK Azərbaycanın bütün gənc
developerlərinə və sahibkarlarına öz ideyalarını təqdim etmələrinə və
müdafiə etmələrinə imkan yaradırlar.

2012-ci ilin sentyabr ayında
İrlandiyada fəaliyyətinə başlamış Wayra şirkəti Telefónica şirkətinin
rəqəmsal texnologiyalar sahəsində çalışan startaplar üçün həyata
keçirdiyi qlobal akselerasiya proqramının bir hissəsidir. Hal-hazırda
Avropanın və Latın Amerikasının 12 ölkəsində Wayra şirkətinin 14
akademiyası fəaliyyət göstərir. Wayra "bulud” (cloud) xidmətləri,
maliyyə xidmətləri, M2M, rəqəmsal təhlükəsizlik, elektron səhiyyə, mobil
tətbiqlər, sosial şəbəkələr və elektron təhsil sistemi kimi sahələrdə
iki ildən az olaraq erkən mərhələdə fəaliyyət göstərən texnologiya
startaplarına hədəflənib.

"Applab” icmasına qoşulmaq istəyən
gənc developerlər http://applab.bakcell.com/registration/ linkinə daxil
olub qeydiyyatdan keçməklə ideyalarını təqdim edə bilərlər.



***



Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi
Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə
geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sü[email protected] ticarət nişanı adı
altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti
göstərir.



5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin
99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna
olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti
öz Sü[email protected] xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən
yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell”in
3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin
93%-ni əhatə edir.



Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək
üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və
ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.



Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!