Velosipedlə dünya səyahətinə çıxan azərbaycanlıya Bakcell şirkətindən dəstək

Velosipedlə dünya səyahətinə çıxan azərbaycanlıya Bakcell şirkətindən dəstək
Qadınlar.Co
10.09.2017 19
Velosipedlə dünya səyahətinə çıxan azərbaycanlıya Bakcell şirkətindən dəstək

Azərbaycanın
İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell
şirkəti bildirir ki. velosipedlə dünya turuna çıxan azərbaycanlı səyyah
Tural Abbasov səfər boyu "Bakcell”in intrenet, zəng və SMS xidmətindən
istifadə edəcək.

2016-cı ilin yanvarında Bakıdan Çin
istiqamətində yola düşən velosipedçi səyyah artıq 10200 km-dən çox
məsafə qət edərək Orta Asiyadan keçib. Hazırda Taylandda olan Tural
"Bakcell”in rouminq xidməti vasitəsilə öz səyahət təcrübəsini http://velotural.az/ və https://www.facebook.com/velotural/
səhifələrində bölüşür.

"Səfər zamanı güvənli və keyfiyyətli
mobil rabitə çox vacib amillərdən biridir. Rouminq xərclərimi öz üzərinə
götürdüyünə görə Bakcell şirkətinə təşəkkürümü bildirirəm. Bu, mənim
üçün maddi dəstəkdən daha çox velosiped və velosəyahət
mədəniyyətinin inkişafına və təbliğinə verilən töhfənin, mənim və mənim
kimi insanların işinə olan diqqətin nümunəsidir. Bu yaxşı göstəricidir
və ümid edirəm ki, Azərbaycandakı başqa şirkətlər də Bakcell şirkətindən
nümunə götürəcək”, deyə Tural Abbasov bildirib.

Azərbaycanlı
velosəyyahın səfər təəssüratlarını həmçinin "Bakcell”in rəsmi "Facebook”
səhifəsindən izləyə bilərsiniz: https://www.fb.com/Bakcell/





***



Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi
Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə
geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sü[email protected] ticarət nişanı adı
altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti
göstərir.



5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin
99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna
olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti
öz Sü[email protected] xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən
yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell”in
3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin
93%-ni əhatə edir.



Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək
üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və
ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.



Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!