Başıma gəlmiş mistik hadisə - zezema (4)

Başıma gəlmiş mistik hadisə - zezema (4)
Qadınlar.Co
10.09.2017 14
(Ürəyi zəif olanların,əsəbləri yerində olmayanların və yaşı az olanların layihədə paylaşılan hekayələrin oxuması məsləhət deyil)



Salam,
Qadınlar.Biz saytının xanım-xatun qız gəlinləri.Ani ağlıma gələn bir
layihəni sizlərə təqdim etmək istədim.Sağolsun, Adminimizdə razılıq
verdi və bir an öncə başlamağa qərar verdim.Aznetdə azdan-çoxdan fəal
olan biri kimi deyə bilərəm ki,mən bu mövzuda layihəyə heç bir saytda
rast gəlməmişəm. Maraqlı alınacağına inanıram.Keçim layihəmin
məzmununa.Qorxunc layihə ilə gəlirəm  )))Fövqal-təbii
qüvvələrlə bağlı olacaq.Cəmiyyətdə hec bir zaman birmənalı
qarşılanmayan mövzulardan biri,bəlkə də birincisi.Kimlər inanar,kimlər
psixoloji haldır deyib keçər və s.Ancaq hər nə qədər inanmasaqda belə
hekayələr eşidəndə ildırım surəti ilə qorxu dolu titrəmə keçər
vücudumuzdan.Gözə görünməz mifoloji varlıqlar,kiminin cin kiminin ruh
adlandırdığı və s.bunlarla bağlı mistik hadisələr kimin başına gəlibsə
mənə şəxsi ismarıc vasitəsi ilə ətraflı şəkildə yazıb göndərə
bilər.Ancaq yuxuda gördükləriniz olmasın.Yuxu ilə bağlı olsa direk copy
edib arzum_aysuma göndərəjəm)))Çünki bu onun layihəsidir,malı mala
qatmayın))

 

Bu dəfə ki,iştirakçımız isə Zezema
nikli userimizdir.Ruhlardan əsla qorxmuram deyən,hətta balaca uşaq ruhu
ilə oynamağa belə can atan bu xanımımızın başına gələn əhvalatı gəlin
birgə oxuyaq.İnanıb inanmamağı isə hər kəsin öz mövqeyinə buraxaq.

 

Hər kəsə salamlar. Layihə qorxulu olsada, çox bəyəndim. Təşəkkürlər. Oxuyun amma qorxmayın)) 

Hardasa
10 il bundan əvvəl 11-ci sinifdə oxuyurdum. Rusiyada yaşayırdım. Qorxaq
deyildim. Evdə də elə olurdu ki 10-15 gün tək də qalırdım. Bir gün gecə
yatdığım yerdə möhkəm gurultu səslərinə oyandım. Elə bil zəlzələ idi.
Gözümü açanda gördüm ki, otağın tavanı (patalok) ortadan çatlayıb. Bir
Ağ rəngli, balaca sifətli bir şey firlana-firlana yatağımın üstündə
uçur! Elə gülür.. elə gülür ki... tez gözümü yumdum. Bildiyim dualardan
deməyə başladım. Səs kəsildi. Gözümü açdım. Televior acıldı. Dom 2
gedirdi))) tez durdum getdim hamama, baxdim güzgüyə ki, mənə nə oldu
belə...

Üstündən
bir neçə gün keçdi. Yatdığım yerdə yenə gurultu, yenə bir uşaq gülür..
bu dəfə kravatımda oppanırdı. Sol tərəfimdə. Elə bil 3-4 yaşında uşaq
boyda idi. Qorxmadım. İstədim əlimi qaldıram ki, tutam onu. Amma nə
səsim çıxmırdı, ne əlim qalxmırdı. Kimsə əlimi möhkəm tutub sıxırdı
yerinə. 

Bu
minvalla mən onu ordan köçənə qədər 10-15 dəfə gördüm. Artıq heç
qorxmurdum. Müəlliməmə danışdım. Dedi ki, sizin bina teze binadir. Köhnə
qəbristanlığı köcürüb yerində sizin binanı tikiblər. Ora köçürüləndə
sümüklər belə görünürmüş. Narahat olunmuş qəbirlər var o katlavanda.
Bizdə 1-ci mərtəbədə yaşayırdıq. 

Mən
belə başa düşdüm ki, o, bir uşaq ruhudur. Və mənimlə sadəcə oynamaq
istəyirmiş. Çünki həmişə gülürdü. Oppanırdı hara gəldi.. Məni oyatmağa
çalışırdı..

Ruhlardan
qorxmuram. Bu yay rayonda idim atam evinde uşaqlarımla tək. Yoldaşımsa
Bakıda qalmışdı həmin gün. Ev çox böyükdür. O evdə nənəm, babam, atam
rəhmətə gediblər. Çox adam qorxur o evdən. Gecə qalanda nəfəs, səs, ayaq
səsi, hətta qardaşım ruh gördüyünü deyir. Kənar adamlar evdən
vahimələnirlər gecə qalanda. Qorxusundan gecə durub tualetə getməyənlər
olub))) 

Neyse
orda idim. Uşaqlarim yatmişdı. Qefilden butun rayonun işıqları söndü.
Elə bir zülmət qaranlıq oldu ki. Bir xeylaq telefonun işıgına şam
axtardım. Tapdım getirib yandırdım oturdum divanda. Şam pajar eder deye
fikirləşdim ki, yatmayım hələ. O qədər sakit, sərbəst idim ki o an.
Sanki kimse deyirdi ki, sən bizimsən, təki həmişə sən gəl bu evə, biz
səni hər şeydən qoruyarıq.. 

Evimdəsə qaranlıqdan qorxuram. Birdə güzgüdən qorxuram.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!