Qadınlar.Biz qızlarının nişan günü - arzum-aysum (3)

Qadınlar.Biz qızlarının nişan günü - arzum-aysum (3)
Qadınlar.Co
10.09.2017 29
Salam gözəl xanımlar yenə maraqlı layihəmlə qarşınızdayam . :128:
.Bu səfərki layyihəm sizlərin yəni Qadınlar.bizli qızlarının nişan günü
.  :124:indi qonağım arzum-aysum nikidir  :etir:



Ilk öncə saytımızın şirin şəkər, gözəl göyçək qızlarını ulduz
bacımın bu maraqlı, insanda xoş xatirələr oyadan layihəsində
salamlayıram. Sevə sevə qatıldığım bu layihədə ümid edirəm ki, siz də
həyatımın ənnnn unudulmaz günü olan nişan günümün necə keçdiyini həvəslə
oxuyacaqsınız.

Artıq bütün qızlar bizim sevgi yolumuzun nə qədər
çətin və enişli yoxuşlu olduğunu bilir. Buna görə də, uzun uzadı giriş
etməyimə ehtiyac yoxdur. Böyük söh söhbətlərdən, hər dəfəsində sonu qan
qaraçılıqla bitən elçiliklərdən sonra Allahım bizə qovuşmağımız üçün yol
açdı. Və nəhayət... 03.10.2010- bu tarix ömür səhifəmə yazılan ən gözəl
rəqəmlərdən biri oldu. Çünki məhz həmin gün böyüklərimizin və
yaxınlarımızın qarşısında sevgimizin əyilmədiyi, və bizi qovuşdurduğu
gündü. O hün bizim nişan günümüzdür. Bir az yorğun, amma çoxxxxx böyük
xoşbəxtlik içində keçən nişan günümüz. Yorğun ona görə ki, nişan evdə
olduğundan bütün iş öz öhdəmizdə idi. İki bacım, anam və mən nişandan
əvvəlki gecə üçə dördə qədər işlədik. Nişan günü də tezdən durub qapı
bacanı süpür, təmizlə, evdə stolları bəzə, sonra qaça qaça getdim
salona. Qəşəng bəzəndim, düzəndim gəldim evə. Artıq hər şey hazır idi.
Ürəyim əsə əsə oğlan evinin gəlməsini gözləyirdim. Utandığımdan otaqdan
çıxmırdım. Bidənəm də utandığından gəlmək istəmirmiş. Bir təhər dilə
tutub gətirmişdilər. Budur bidənəm utana utana əlində gül dəstəsi,
ardınca da qohumlar girdi içəri. Həmin an ürəyim yerindən çıxacaq
sandım. Hər kəs bizi öpür, qucaqlayır, təbrik eliyir.

O qədər xoşbəxt idim, heç bir kəlimə ilə ifadə etmək deyil həmin an
yaşadığım o xoşbəxtliyi. Çünki həmin an nişan üzüklərimiz bir daha
barmağımızdan çıxmamaq şərti ilə taxıldı barmaqlarımıza... Taxıldı və
bizi qoşacağımız günə bir addım daha yaxınlaşdırdı.

Hər şey bir kənara, nişan günümdə ölənə qədər heç amma heç unutmayacağım
şey, atamın dediyi cümlə oldu "mənim oğlum yoxdur, bundan sonra R..
Mənim oğlum olacaq" şükürlər olsun uca Rəbbimə ki, elə də oldu. Və bu
bir daha mənə bidənəmi seçməklə yanılmadığımı göstərdi.

Bu qədər qızlar, oxuduğunuz və altı ildən sonra o günkü sevincimə şərik olduğunuz üçün çoxxxxx sağ olun
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!