Mənim son zəng xatirəm - İnci (21)

Mənim son zəng xatirəm - İnci (21)
Qadınlar.Co
10.09.2017 9
 Salam
saytımızın şirin-şəkər xanımları. İlk lahiyəmlə qarşınızdayam. Bir
vaxtlar aliceWOnDer nikli xanımın təqdim elədiyi lahiyəni, Admin bəyin
və lahiyənin əvvəlki rəhbəri Fidan (aliceWOnDer) xanımın icazəsi ilə mən
davam etdirirəm.

 Hər
birimizin həyatında şirin, acı, yaxşı, pis hadisələr baş verir. Elələri
olur ki, arasında hətta ömür boyu unudulmur. Belə hadisələrdən biri də
Son zəngdir. Məktəbin qayğısız, duyğulu, şirin illərini arxada qoyuruq
həmin gün. Həmin xoş günü bizimlə bölüşməyiniz də xoş olar. Bügunkü
qonağımız isə İnci xanımdır. Buyurun userimizin xatirəsi ilə tanış olaq.

 

Salam gözəl-göyçək bacılarımız. :03: Əvvəla dəvət üçün təşəkürlər.
:01: Keçək əsas məsələyə. Bildiyiniz kimi mən 10-cu sinifədək oxumuşam.
10-cu sinifdə atam əməliyyat oldu fikirləşdim ki, pul yoxdu, məni
hazırlığa qoya bilməyəcəklər, ən yaxşısı çıxım kollecə verim
sənədlərimi. Nəğdi olsun, soğan olsun!!! :11: Nə isə keçək əsas
məsələyə. 31 may geyinmişəm yaşıl yubka yaşıl kofta (o vaxt dəb idi)
forsdana-forsdana gəldim. 11-lərin Son zəngidi, biz də oturub onlara
baxacağıq. Öz tədbirlərini etdilər sonra da sözü bizə verdilər. Harda
aş, orda da mənim başım. :23: Mikrofon önünə mən keçdim. Yanımda da
Elgünə adlı sinif yoldaşım. Danışıb qurtardım amma Elgünəyə vermədim ki,
o, da danışsın. Həyəcandan olub yəqin. Amma qız çox utanmışdı. :09:
Suyu süzülə-süzülə geri gəlmişdi. Sonra da öz sinfimizdə oynayıb elədik,
:dancing: şəkil çəkdirdik, öpüşüb-görüşüb, :mucux: hər zaman
bir-birimizlə əlaqə saxlayacağımıza söz verib ayrıldıq. Bizim sinifdən
mənim kimi 9 nəfər çıxdı hamısı da kollecə qəbul oldu. Amma geridə
qalanlardan 1-cəsi inustuta qəbul oldu. İndi sorşacaqsınız verdiyiniz
sözü tutdunuz? Yox vallah, bir dənəsi ilə belə əlaqəm yoxdur. Biri ilə
vardı sonra o, evləndi. Dedim arvadı qısqanıb zad edər zəng vurmadım.
Artıq 8 ildir ki, heç birini görmürəm. Oxuyan gözləriniz, şərh yazan
əlləriniz var olsun! :04:

 

Xanıma həyatında uğurlar, xoşbəxtliklər arzu edirəm. :01:


 

P.S:
Xanımlar burda yeni olduğum üçün kim məktəbi bitirib və son zəngi olub
bilmirəm. Lahiyədə iştirak etmək istəyən zəhmət olmasa mənə müraciət
etsin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!