Mənim son zəng xatirəm - Kölgə (22)

Mənim son zəng xatirəm - Kölgə (22)
Qadınlar.Co
10.09.2017 36
 Salam
saytımızın şirin-şəkər xanımları. İlk lahiyəmlə qarşınızdayam. Bir
vaxtlar aliceWOnDer nikli xanımın təqdim elədiyi lahiyəni, Admin bəyin
və lahiyənin əvvəlki rəhbəri Fidan (aliceWOnDer) xanımın icazəsi ilə mən
davam etdirirəm.

 Hər
birimizin həyatında şirin, acı, yaxşı, pis hadisələr baş verir. Elələri
olur ki, arasında hətta ömür boyu unudulmur. Belə hadisələrdən biri də
Son zəngdir. Məktəbin qayğısız, duyğulu, şirin illərini arxada qoyuruq
həmin gün. Həmin xoş günü bizimlə bölüşməyiniz də xoş olar. Bügunkü
qonağımız isə Kölgə xanımdır. Buyurun userimizin xatirəsi ilə tanış olaq.



Salam :03: çooox təşəkkür edirəm məni dəvət etdiyiniz üçün. :01:

Həə mən Son zəng günümü çox gözəl xatırlayıram. 2005-ci il. İlk dəfə
31 mayda Son zəng çalınacaqdı. (O vaxta qədər 25 mayda olurdu). Səhər
8-də salona getdim. Hamı kimi mən də gözəl olmaq istəyirdim. Axı həm də
sevdiyim var idi, onun gözünə gözəl görsənməli idim. Sadə saç düzümü bir
də tuj. :124: Ağ köynək, qara ətək. Gəldim məktəbə, həyəcandan
əsirdim. Onu qapıda görəndə az qaldım yıxılım. Keçdik sinifə, hamı ürək
sözlərini dedi. Həm sevinirdik, həm də kədərlənirdik. :15: Axı bir də
nə vaxt görəcəkdik bir-birimizi. Yəqin ki, 2-3 imtahandan sonra görüşmək
imkanımız olmayacaqdı. Pilləkənləri bir oğlan bir qız qol-qola düşdük.
Həyətə çıxacaqdıq ki, müdür onu çağırdı (yəni bizi ayırdı) ki, bayrağı
tutacaq. Çünki, məktəbdə həmin il yeganə qırmızı atestatı o almışdı.
Hamıdan öndə bayraqla o, çıxdı məktəbin həyətinə. Ardınca da siniflər.
Amma getdi elə yerdə durdu ki, gözü məni görsün. Bu da çoox xoş idi.
:128: Nəysə tədbir bitdi, getdik evə. Axşam restoranda qeyd elədik.
:dancing: Orda da hər yerdə yanımda idi. Çox qorxurdum ki,  son zəng
sevgimizin də sonu olar. Axı məktəbdə çox adam sevir, bitirən kim
unudur. Amma şükür belə olmadı bizdə. 2 aydan sonra hər ikimiz yüksək
balla universitetə qəbul olduq. Vəəə sevgimizin universitet həyatı
başladı. Nəysə illər keçdi... Bugün o, mənim həyat yoldaşım, 2 oğlumun
atasıdır. Buna görə göydə Allaha, yerdə ona minnətdaram... Çünki, hər
oğlan məktəb sevgisini 8 il yaşayıb sonunda ailə qurmur... Allahım çox
çükür sənə. :melek:

 

Usərimizi xoşbəxtlik arzu edirəm. Allah balalarınızı qorusun. Sevginiz daimi olsun inşallah. Təşəkkürlər  :04:

 

P.S:
Xanımlar burda yeni olduğum üçün kim məktəbi bitirib və son zəngi olub
bilmirəm. Lahiyədə iştirak etmək istəyən zəhmət olmasa  mənə müraciət
etsin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!