Mənim son zəng xatirəm - Fi-Ra (23)

Mənim son zəng xatirəm - Fi-Ra (23)
Qadınlar.Co
10.09.2017 11
 Salam
saytımızın şirin-şəkər xanımları. :03: İlk lahiyəmlə qarşınızdayam.
:01: Bir vaxtlar aliceWOnDer nikli xanımın təqdim elədiyi lahiyəni,
Admin bəyin və lahiyənin əvvəlki rəhbəri Fidan (aliceWOnDer) xanımın
icazəsi ilə mən davam etdirirəm.

 Hər
birimizin həyatında şirin, acı, yaxşı, pis hadisələr baş verir. Elələri
olur ki, arasında hətta ömür boyu unudulmur. Belə hadisələrdən biri də
Son zəngdir. Məktəbin qayğısız, duyğulu, şirin illərini arxada qoyuruq
həmin gün. Həmin xoş günü bizimlə bölüşməyiniz də xoş olar. Bügunkü
qonağımız isə Mən özüməm. Mən də sizinlə öz Son zəng xatirəmi paylaşmaq istədim. 

 

Deməli belə. Bizim son zəng hazırlığımız, planlarımız elə 9-cu
sinifdən başlayıb. Birinci hansı qız hansı oğlanla gedəcək onu
müəyyənləşdirmişdik. Mən öz parta yoldaşım və yaxın dostum Eynulla ilə
gedəcəkdim. Çox davalar, çox narazıçılıqlar oldu bəzi şeylər üstündə.
:kzgn: Aparıcı olmaq, açar aparmaq, zəngi təqdim etmək üstündə qırğın
idi. Nəysə uzun qırğından sonra aparıcılıq yaxın dostlarım Azad və
Gülüyə verildi. Açarı birincilərə təqdim etmək mən və Anar adlı sinif
yoldaşıma verildi. Zəngi təqdim etmək  isə Bəhmən və Kəminəyə
tapşılırdı.

 Xülasə, son zəng günü gəldi çatdı. Onda nişanlı idim. Nişanlım bir
gün qabaqcadan gəlmişdi. Səhər məni salona apardı. Saçım o vaxt çox uzun
idi. Yarısına qədər düz, ucunu isə buruq model elədim. :124: Ağ
köynək, qara ətək geyindim. Düzəldik məktəbə tərəf. Hamı həyəcanlı idi.
Sonuncu dəfə sinif otağımıza yığışdıq. Sinif müəlliməmiz və direktorumuz
öz təbrik və ürək sözlərini dedilər. Biz də öz növbəmizdə bir-birimizi
təbrik etdik. Hamı öz partnyoru ilə əl-ələ tutub, düzlənib sinifdən
çıxdıq. Və artıq "Koroğlu" uverturası səslənirdi. :music: Bu mahnını
sədaları altında özümüzü döyüşçü kimi hiss edirdik lap. :digdig: Bizim
məktəbdə adətdi, hər 11-ci sinif bu mahnıyla çıxır.Biz də yavaş-yavaş
çölə çıxmağa başladıq. Oğlanlar bir qapıdan qızlar isə diyər qapıdan
çıxıb pilləkənin ortasında birləşdik. Gedib sırayla Şəhidlər Xiyabanının
önündə baş əyib qayıbıb öz yerimizdə düzləndik. Daha sonra birincilər
"Cip-cip cücələrim" mahnısı :music: sədaları altında gəlib bizim
yanımızda düzləndilər. Bayraqtutanımız Məcnun komanda verdi və himn
oxuduq bununla da tədbirimiz başladı. Direktor, kənd sovetinin müdürü və
müəllimlər öz təbriklərini dedilər. Sıra gəldi açarı təqdim etməyə.
Bizdə bir adət var. Məktəbimizin özəl simvolu olan açarı 11-lər
birincilərə təqdim edir. Bunu mənası isə "artıq biz gedirik, məktəb sizə
əmanətdir" deməkdir. Mən və Anar açarı təqdim etdik. Daha sonra Son
zəngin zəngi təqdim edildi. Diplomlarımız, fəxri fərmanlarımız verildi.
:kubok: Mənim diplomlarım yaddan çıxıb qalmışdı evdə. Qardaşım gedib
gətirdi tez. :yol: Şeir dedik, səhnəcik göstərdik. Səhnəcikdə mən və
Azad işrirak edirdik. Düzü utanırdım o boyda millətin qabağında
artistlik etməyə. :09: Amma hər şey yaxşı alındı. Söz gəldi çatdı
valideynlərə. Mənim anama vermışdilər sözü. Anam çıxışını elədi.
Həyəcandan hazırladığı çıxışın yarısını unutdu. :23: Sonra hərə öz
valideyni ilə rəqs elədi. :dancing: Sonda göyərçin uçurdub şəkil
çəkdirdik. Mən ikinci hissəyə qatıla bilmədim. Nişanlım bizdə idi deyə
onu tək qoyub getmədim. Direktorumuz mənə zəng eləyib dedi ki, heç
olmasa yarım saatlıq da olsa gəl qoşul, götür nişanlını da gəl. Gedib 15
dəqiqə oturub gəldim. Və belə Son zəngimiz başa çatdı. Tədbir
qutarandan sonra Gülü zəng edib dedi ki, bir ağlaşma :15: varıydı ay
Fidan gərək getməzdin.  :122:

Çox üzüldüm sinif yoldaşlarımdan ayrılmağıma, :27: hamısı yaxşı
uşaqlar idi. Bir də imtahanda və atestatımızı almağa gedəndə gördük
bir-birimizi. Kəndimizə gedəndə heç birinə rast gələ bilməmişəm hələ ki.
Bu dəfə getsəm görüşəcəm bir-ikisi ilə inşallah. 

Bilirəm biraz uzun oldu xanımlar. Amma dolğun yazmaq istədim. Oxuyan gözləriniz var olsun. :04: 


 

P.S Lahiyəyə qatılmaq istəyən mənə muraciət edə  bilər :mail:  :mail2:скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!