Qadınlar.Biz qızlarının nişan günü - Fİ-RA (5)

Qadınlar.Biz qızlarının nişan günü - Fİ-RA (5)
Qadınlar.Co
10.09.2017 15
Layihəmin bu səfərki qonağı Fİ-RA nikidir  :11:

Qadınlar.Biz qızlarının nişan günü - Fİ-RA (5)

 

Salam saytımızın gözəl xanımları. :03: Mənə lahiyəsində yer verdiyinə görə ləman bacıya öz təşəkkürümü bildirirəm. :04:

Mənim nişanım qız
toyunun içində olub. Yəni oğlanın barmağına üzüyü toyda taxmışam. Amma
ondan qabaq Kiçik bir nişan elədik aramızda. Üzüyün formasını elçilik
günü məndən soruşdular. Mən də sadə üzük istədiyimi dedim. Barmağımın
ölşüsünü götürüb getdilər. Nə isə. Nişan hazırlığında o qədər işlədim
ki, belim bükülmüşdü. :hizmetci: nişanımda düz dura bilmirdim. Gələn
gedən deyirdi düz dur!


Hər şey hazırlanmışdı
artıq. Bircə mənim paltarım gəlməmişdi hələ. Onu oğlan evi almışdı deyə
özləri gələndə verdilər geyindim. Oğlan evi gələndə camaatın qabağına
cins şalvar və köynəkdə çıxdım. Həyəcandan don Geyməyi unutmuşdum. :09:
Paltarımı verdilər geydim. Nişanlım da gəlmişdi. Adətən həriyə oğlan
gəlmir. Cavanlar üçün ayrı otaqda stol düzəltmişdik. Mən və
Rauf(nişanlım) başda oturduq. Yeyib-içəndən sonra üzük taxma mərasimi
başladı. Üzüyüm taxıldı. Ondan əlavə Rauf boyunbağı da almışdı mənə. Onu
da taxdılar. Tort kəsdik, bir-birimizə yedirtdik. Şəkil zad çəkdirdik.
Qohumum qız şəklimizi çəkir deyir ki, qucaqla da oğlanı, deyirəm ki,
necə qucaqlayıme ikinci dəfədi görürəm oğlanı. Utanıram qucaqlamağa. Nə
isə güc-bəla ilə bizi qucaqlaşırıb şəklimiz çəkdi. :kanka: Biraz oynayıb
:dancing: güləndən sonra biz getdik oturduq birinci mərtəbədədə.
Oturub söhbət etdik biraz. Oğlan evinin getmək vaxtı gəlib çatıb. Raufu
çağırirlar çıxmır çölə. Deyirəm ay Rauf səni çağırırlar. Deyir e
getmirəm mən.


Oğlan evi getdi.
Oturub biraz yemək yedim. Evi yığmağa kömək etdim sonra yıxılıb yatdım.
:fu: Bir ayın yorğunluğunu güclə çıxardım bədənimdən.


Belə qızlar. Oxuyanlara təşəkkür edirəm. :01: Allah hamımızı xoşbəxt eləsin. Amin :melek:
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!