Mənim son zəng xatirəm - Barbaris (24)

Mənim son zəng xatirəm - Barbaris (24)
Qadınlar.Co
10.09.2017 10
Salam
saytımızın şirin-şəkər xanımları. İlk lahiyəmlə qarşınızdayam. Bir
vaxtlar aliceWOnDer nikli xanımın təqdim elədiyi lahiyəni, Admin bəyin
və lahiyənin əvvəlki rəhbəri Fidan (aliceWOnDer) xanımın icazəsi ilə mən
davam etdirirəm.

 Hər
birimizin həyatında şirin, acı, yaxşı, pis hadisələr baş verir. Elələri
olur ki, arasında hətta ömür boyu unudulmur. Belə hadisələrdən biri də
Son zəngdir. Məktəbin qayğısız, duyğulu, şirin illərini arxada qoyuruq
həmin gün. Həmin xoş günü bizimlə bölüşməyiniz də xoş olar. Bügunkü
qonağımız isə Barbaris xanımdır. Buyurun userimizin xatirəsi ilə tanış olaq.

 

Salamlar... Mənə lahiyədə yer verdiyi üçün Fi-Ra xanıma
təşəkkürlərim... Son zəngim 2012-ci ildə olub.. Həm çox sevinirdim, həm
də kədərlənirdim.. Səhər durub salona getdim, sünbül hörük hördürdüm.
Gözlərimə qara karandaş, tuş vurdurdum. Evə gəldim, ağ köynək qara
yubkamı geyindim. Qızlaela danışmışdıq ki, hamımız qırmızı ayaqqabı
geyinək. Köynəyimin üstünə Mickey Mausenin şəklini çəkdirmişdim. Artıq
gəldim məktəbə, sinifə girdim. Ürək sözlərimizi dedik bir-birimizə.
Sinif rəhbərimiz də ürək sözlərini dedi. Artıq zəng çalındı. Sinfimizin
ən hündürboy oğluna Bayrağı verdilər, o, birinci çıxıd ardınca biz.
Əvvəl Himnimizi oxuduq. Sinfimizin aparıcısı mən idim :19: Hər yoldaşıma
bir ləqəb verib səhnəyə dəvət edirdim. Sinifdən tək mən "Школа школа я
скучаю" mahnısını ifa etdim. Belə tədbir qurtardı. Bior səs-küylə
məhləmizə gəldik. Evdə davam etdirdik. Şəkillər çəkdirdik, oynadıq,
yemək yedik. Köynəklərimizə ürək sözlərini yazdıq.

Belə son zəngim maraqlı keçdi mənim üçün. Oxuduğunuz üçün təşəkkürlər.. :03: :cak:




Usərimizə həyatında uğurlar arzu edirəm. Təşəkkürlər. :04:

 

P.S:
Xanımlar burda yeni olduğum üçün kim məktəbi bitirib və son zəngi olub
bilmirəm. Lahiyədə iştirak etmək istəyən zəhmət olmasa  mənə müraciət
etsin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!