Mənim son zəng xatirəm - Marta (25)

Mənim son zəng xatirəm - Marta (25)
Qadınlar.Co
10.09.2017 10
Salam
saytımızın şirin-şəkər xanımları. İlk lahiyəmlə qarşınızdayam. Bir
vaxtlar aliceWOnDer nikli xanımın təqdim elədiyi lahiyəni, Admin bəyin
və lahiyənin əvvəlki rəhbəri Fidan (aliceWOnDer) xanımın icazəsi ilə mən
davam etdirirəm.

Hər
birimizin həyatında şirin, acı, yaxşı, pis hadisələr baş verir. Elələri
olur ki, arasında hətta ömür boyu unudulmur. Belə hadisələrdən biri də
Son zəngdir. Məktəbin qayğısız, duyğulu, şirin illərini arxada qoyuruq
həmin gün. Həmin xoş günü bizimlə bölüşməyiniz də xoş olar. Bügunkü
qonağımız isə Marta xanımdır. Buyurun userimizin xatirəsi ilə tanış olaq.

 

İlk öncə dəvət üçün bacıma təşəkkür edirəm. Keçək mətləbə  :02:

Deməli 2012-ci il may ayının 31-i həyatımda xoş olduğu qədər, qəmli
xatirələr qoyan tarix. Səhər Mamayla getdik salona. Saçlarımı fərqli
şəkildə hördürdüm  :124: Əvvəlcə qızlarla danışmışdıq, hamımız eyni saçı
düzəltdirəcəkdik. Sonra məktəbə getdim, çox həyəcanlı idim. Sanki 11
ildə gedib-gəldiyim məktəb deyildi. Sinifə çatanda uzaqdan qızları
gördüm. Artıq hamımız ağlamağa başlamışdıq. :15: Son zəng günü bir qız
bir oğlanla çıxacaqdı. Hamı kimlə çıxacaq təyin etmışdi öz arasındsa.
Qapını aşıb içəri girəndə gördüm sinifdə davadı :dv:  Mənim yanaşı
gedəcəyim oğlanla bir ağıllı vardı sinifdə)) Məndən xoşu gəlirdi :09:
onun arasında. Müəllim də qalmışdı ortada  :23: Biraz gərginlik yaşandı.
Nəhayət vaxt gəldi çatdı siniflə aşağı düşməyə. Sağolsun müəlim mənimlə
çıxdı öndə)) O iki oğlan da ən axırda əl-ələ çıxdı :hahahah: çox
gülmüşdük  :hihih: Düşdük həyətə. Mahnı yazdırmışdıq oxuduq :sarkici:
oynadıq :dancing: Nəhayət vaxt gəldi çatdı ayrılmağa  :27: Həyatımda elə
iki dəfə ağlamışam. Bir son zəngimdə, bir də qardaşımı əsgər yola
salanda. Hansıki heç kəs sakitləşdirə bilmirdi  :15: Ağlaşdıq ayrıldıq,
hərə getdi öz evinə. Sonra atestat imtahanı günü yığışdıq bir yerə. 

Belə xanımlar bu da mənim Son zəng xatirələrim. Hər birinizə xoş günlər, xoş xatirələr arzulayıram  :04:


 

Usərimizə həyatında uğurlar arzu edirəm, təşəkkürlər  :01:

P.S:
Xanımlar burda yeni olduğum üçün kim məktəbi bitirib və son zəngi olub
bilmirəm. Lahiyədə iştirak etmək istəyən zəhmət olmasa  mənə müraciət
etsin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!