Mənim son zəng xatirəm - Angela7 (26)

Mənim son zəng xatirəm - Angela7 (26)
Qadınlar.Co
10.09.2017 14
Salam saytımızın şirin-şəkər xanımları. İlk lahiyəmlə qarşınızdayam. Bir vaxtlar aliceWOnDer nikli xanımın təqdim elədiyi lahiyəni, Admin bəyin və lahiyənin əvvəlki rəhbəri aliceWOnDer xanımın icazəsi ilə mən davam etdirirəm.
Hər birimizin həyatında şirin, acı, yaxşı, pis hadisələr baş verir. Elələri olur ki, arasında hətta ömür boyu unudulmur. Belə hadisələrdən biri də Son zəngdir. Məktəbin qayğısız, duyğulu, şirin illərini arxada qoyuruq həmin gün. Həmin xoş günü bizimlə bölüşməyiniz də xoş olar. Bügunkü qonağımız isə Angela7 xanımdır. Buyurun userimizin xatirəsi ilə tanış olaq.

30.05.2014 Haradan başlayacağımı heç bilmirəm, çünki mən bitirdiyim məkandan heç, amma heç ayrılmaq istəmirdim. Oxuduğum illər ərzində yalnız xoş günlərim olmamışdı, pis günlərlə, pis insanlarla da qarşılaşmışdım, lakin yenə də bu doğma məkandan ayrılmaq istəmirdim. Səhər oyandım. Hazırlaşdım, (məktəb forması, saçlarım açıq uklatka, qara rəngdə tangetka geyinmişdim) özümdə bilmədəm əhvalım çox aşağı idi, hətta maşında gedərkən atamın sualına səbəbsiz acı cavab verdim. Məni yalnız anlayan anam idi, maşında yanımda əyləşmişdi, gözlərimdəki donuq yaşın səbəbini isə sonuna qədər anlayırdı. Çatdıq, koridorda digər məzunları da gördükcə bir- birimizi təbrik etdikcə kefim biraz açıldı. Lentlərimiz məktəbdə idi, sinif rəhbərimiz onu hamımıza bir- bir taxdı və bizi təbrik etdi. Tədbir başlamağına hələ var idi, rəfiqəmlə bufetdə sendviç yeyib(mən səhər yemək yeməmişdim, amma o kolbasa çörək+sendviç də üstündən yedi :122: )biraz söhbət etdik, sonra isə sıraya düzülmənin vaxtı çatdı. Anam və bacıma əyləşməsi üçün yeri göstərib sıraya qayıtdım. Tədbirimiz başladı, çıxışlarımız oldu, rəqsdə də ki, şükr Allaha çaşmadım. Və nəhayət, o tədbirin sonu oldu, bütün 11-ciləri son zəng mahnısının sədaları altında yola salmaq qərarına gəldilər. Həmin an sadəcə gözlərimdən yaş süzüldü, ən yaxın rəfiqlərimi qucaqlayıb ağladım, sonra tədbir üçün ayrılmış yer yavaş-yavaş boşaldı. Və mən anamın yanına getdim, məni qucaqladı, və mənimlə birgə o da ağladı. Daha sonra köynəklərimizi yazmaq, şəkillər çəkdirmək falan, fərqinə vardıq ki, evə gedib axşamki tədbirə(restorandakı) hazırlaşmalıyıq. Evə daha doğrusu salona gedərkən yolboyu xatirələr məni tərk etmədi, sanki məzun olduğuma inanmırdım. Axşam oldu, restorandakı tədbirə də getdik, bu zaman kefim yerində idi. O ki var əyləndik, lakin sonda direktor 11-cilərin hamısını topladı və bizim artıq məzun olduğumuzu, o məktəbə artıq şagird qismində getməyəcəyimi bir daha xatırlatdı, xoş arzularını çatdırdı. Elə həmin an film başa döndü, yenə dolu gözlər... Evə gəldim, təəssüratlarımı anamla bölüşdüm, paltarımı dəyişdim, bu sırada məktəb yubkamı və köynəyimi gündə qoyduğum yerdən qaldırdım, anama göstərib dedim: Mən bir də bu paltarları geyinməyəcəm, deməyimlə hönkürüb ağlamağım bir oldu. Anam da ay qız bəsdir, zırıldama, bəyənmirdin, bezmişdin bu paltarlardan yubkadan, nə oldu indi- deyərək güldü. Gözüm yaşla, beynim də təəssuratlarla dolu halda yatmağa getdim, xeyli müddət sonra yuxuya daldım. Və belə. Bu da mənim emosional son zəngim. Oxuduqca burada bu qədər ağlamalı nə var idi ki, deyə bilərsiz. Amma inanın o məkan mənə çox doğma idi, istər müəllimləri olsun, istər ab-havası. Sinif yoldaşlarımızla da çox günlərimiz olmuşdu dərsdən kənarda da. O məkan mənə dostlar qazandırdı, həyatda bəzi öyrənməli olduğum şeyləri öyrətdi. Çox xoşbəxtəm ki, mən digər məzunlar kimi canım qurtardı əvəzinə, nə yaxşı ki, oranın məzunuyam deyirəm. 30.05.2014 tarixi mənim həyatımdakı önəmli tarixlərdən biridir. Bizdə zəng mahnı halında vurulurdu, hər dəfə o mahnını haradasa eşitdikcə üzümdə xoş bir təbəssüm yaranır və darıxdığımı da xüsusi anlayıram. Amma onu da qeyd edim ki, bu son zəngə hazırlaşmaq mənə baha başa gəldi, həm məşqlər, həm restorandakı tədbir üçün paltar,ayaqqabı almaq vaxtımı çox aldı və 1 iyun sınaq imtahanında nəticəmi 77 bal aşağı saldım, bundan sonra da həm valideynlərim, həm də müəllimlərim tərəfindən danlandım. Axı qəbula cəmi 1 ay yarım qalmışdı. Düzdür qəbulda xəyalımdakı nəticəni əldə edə bilməsəm də, Allaha çox şükr ki xəyalımdakı universitetin tələbəsi oldum, İnşAllah buranın məzunu olmaq da nəsib olar. :08:
:09:
Oxuyan hər kəsə təşəkkürlər. :20:

Usərimizə universitet həyatında uğurlar arzu edirəm. İnşallah oranı da əla nəticə ilə bitirəsiniz. Təşəkkürlər.


P.S: Xanımlar burda yeni olduğum üçün kim məktəbi bitirib və son zəngi olub bilmirəm. Lahiyədə iştirak etmək istəyən zəhmət olmasa mənə müraciət etsin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!