Qadınlar.Biz-li xanımların elçilik günü - Fi-Ra (10)

Qadınlar.Biz-li xanımların elçilik günü - Fi-Ra (10)
Qadınlar.Co
10.09.2017 36
Salam saytımızın xanımları :03: Öz lahiyəsində mənə də yer verdiyi üçün Aysun bacıma təşəkkürümü bildirirəm :04:
Həyat yoldaşım qohumdu bizə. Xalamın baldızının oğludu. Əvvəl balaca olanda ailəsi ilə gəliblər bizə. Artıq evlənmək vaxtı gələndə başlayıb qız axtarmağa. Bir-iki qıza baxıb. (hələ hesabın soruşmamışam ondan :hysteric: )Sonra durub gəldilər bizə. Qonaqlıq adı ilə qız bəyənməyə. :hahahah: Kəndimizə gələnə qədər başlarına gəlməyən oyun qalmadı :23: Bir dəfə azmışdılar, sonra da maşınları xarab olmuşdu qalmışdılar yolda. Nəysə gəldilər bizə. Rauf özünü elə sərbəst aparırdı ki, elə bil hər gün gəlib-getdiyi ev idi. Qonalara qulluq edəndə qapıdan otağa girən kimi xalam altdan bir təpik vururdu Raufun ayağına ki, qız gəldi bax. :23: Nəysə yedilər, içdilər axşam durub getdilər xalamgilə orda qalmağa. Çıxdıq yola salaq getsinlər. Hamı minib maşına oturub Raufu gözləyirlər ki, minsin sürüb getsinlər minmir. Guya maşının ora-burasına baxır, getmək istəmirdi :23: Səhər durub tezdən Rauf oturub ki, nə vaxt gedirik qızgilə :122: Anası da sınamaqçın deyib ki, gəl qayıdaq evə, sonra qaydası ilə gəlib qızı istəyərik. :16: Küsüb oturub qıraqda yemək zad yeməyib. Deyib mən bilmirəm qızı istəyək sonra qayıdaq evə. Nəysə məni yanğından mal qaçırır kimi tez bazar gəlib istədilər atamdan. :30: Elçilik günü artıq gözə görünmədim. Getdim girdim anamgilin otağına. Bir də gördüm Rauf kuruq vurur evi məni tapa bilmir :122: Nəysə ki, axırda tapdı :02: Qaynatam atamdan istədi məni. Atam vermək istəmirdi, :12: deyirdi qızım balacadı. Nəysə biraz söhbətdən sonra atam razılaşdı. Sıra şirinçayları gətirməyə gəldi. Xalam dedi hazırla hər şeyi gəlim götürüm. Hazırladım qapıya qədər gətirdim xalam dedi daha gəlmisən də gir özün ver. Elə utandım. :09: Sonra dedilər bir oğlanla söhbət edin görək dil tapacaqsız. Getdik o biri otağa. birinci sözü mənə o olduki, "gözəl qızsan" :09: Sonra da ardıyca tez dedi ki, məktəbə, qohumlarını evinə olmaz :125: Mən də o dəyqə dedim yaxşı. Amma nəktəbə getdim. Nəysə biraz söhbət etdik. Elçilik bitdi. Oğlan evi getdi. Amma o qədər güldüm ki, Raufun hərəkətlərinə. Heç vaxt unutmuram o günü. Həmişə gözümün qabağına gələndə gülürəm. :hahahah: Belə qızlar sizə də bu xoş günü dadmağınızı arzulayıram. :melek: Xoşbəxt olasız hamınız. :128: Təşəkkürlər :01:
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!