Geridə qalan 3 il :)

Geridə qalan 3 il :)
Qadınlar.Co
10.09.2017 2
Salam saytımızın gözəl xanımları. Əslində xəbər hazırlamaq kimi bir fikrim yoxuydu sadəcə profilimə daxil olduğumda saytda 3 ilimin tamam olduğunu gördüm, gördüyüm anda isə 3 il ərzində saytda keçirtdiyim günlər yadıma düşdü. Gəlin indi qısacada olsa saytda ilk gəldiyim günlər başıma nələrin gəldiyini yazım. 2013-cü ilin iyun ayının 9 saytdan qeydiyyatdan keçdim saat 15:55 radələrində qardaşımın köməkliyi ilə, bir neçə dəfə qeydiyyatdan keçmək istəsəmdə alınmamışdı, sağolsun skayıp vastəsilə qardaşım mənə köməklik etdi və istəyimə çatdım, istəyimə çatdım deyəndə qeydiyyatsız hər bir xəbərlərdən yetərincə mariflənə bilmirdim mənasında vurğuladım. Bir iki gün xəbərlərə şərh yazdım təsadüfən Qadınlar. biz bölməsinə aid olan bir xəbər rastıma çıxdı keçmiş userlərdən(Şkoladnaya peçenya) nikli userin müsahibəsini oxudum, xarakterini bəyəndim, xəbərinə yazdım "xarakterinizi çox bəyəndim danışıb-gülən qıza bənzəyirsiz əyər razılaşsaz tanış ola bilərik" yazıb şərhimi sonlandırıb saytdan çıxdım səhəri sayta giriş edəndə alınmırdı yazılırdı(Admin tərəfindən kənarlaşdırılmışsız) səbəbini anlamadım, bir həftə sayta qonaq qismində daxil oldum sonradan terpiniyamın tükəndiyini görüb saytda sözlərimi kimə yaza bilərəm deyə axtarış edirdim sonunda tapdım Qadınlar. biz saytının mail adresinə, bir dastan söz yazıb göndərdim amma inamım yoxuydu yenidən saytda fəalliyyət göstərəcəyimə, bir gün hardasa 5 gündən sonra olardı sayta giriş etməyə çalışdım gördüm alındı, sırazı mail adresinə daxil oldum gördüm Mammadov V.C. mesaj yazıb girişinizə imkan yaratdım amma nikinizi dəyişin, sağol dedim və nikimi dəyişmək üçün Sual bölməsinə yazdım gördüm əhəmiyyət verən yoxdu və 3 ildi saytın Antikvar nikli useri olaraq fəalliyyət göstərirəm.) Bu nikə görə sual verən çox oldu məhz nəyə görə Antikvar?, niki qardaşım ilə birgə seçim etmişəm özəl bir nədəni yoxdu Antikvariski bir tək geyimləri bəyənirəm əşyaları o qədərdə yox)) İlk gəldiyim günlərdən keçid alıram ilk tanışlıq üçün mənə ismarıc atan qızlara, yusif18 ilk dəfə ismarıc atdı tanış olmaq üçün cavab yazmadım))) Daha sonra yenə ismarıc göndərdi şərhlərini çox bəyənirəm tanış olaq deyə yazmışdı mən isə qısa cavab vermişdim, o zamanlar fikrimdə bunları düşünərdim, "bəlkə oğlandı qız adıyla yazır₽))) Deyə o qədərdə ismarıc ilə maraqlanmazdım, amma sayta öyrəşdikcə anladım ki , sayta oğlanların girişi qadağandır, ondan sonra mənə çatmışdı müsahibədə gəl tanış olaq deyə yazdığım şərhdən sonra niyə qovulduğum)) (gecdə olsa)) hər nəysə sonra Almeria nikli user ilə tanış olduq çox yaxşı mehriban qızıydı bu günə qədər saytda olsa yazıb axtaracaq indi nişanlı, unidə oxuyur deyə o qədərdə sayta daxil ola bilmir. Daha sonra Narın Yağış mənim birdənəm bacım qədər çox istədiyim dəyər verdiyim, (Narınım) deyirəm mən ona, üç ildi dostluğumuz davam edir, sevincimizdə, ağladığımızda, kədərləndiyimizdə, bir birimiz ilə bölüşürük hara getsəkdə ən azından yaxşı olduğumuzu yazıb xəbərdar edirik, ona nə qədər dəyər verdiyimi çox yaxşı bilir dünən özünə sözlərimi yazmışdım) Busenaz nikli user oda mənə çox yaxınıydı amma nişanlandıqdan sonra sayta girmir artıq, Sona nikli user mən Ona Sonam deyirəm evliliyini, xınayaxdısını arzum-aysum nikli userin sahəsində bir yerdə keçirdik indi balaca bir qızı oldu tez-tez olmasada arada girib mənlə dərdləşir Sonamada hörmətim bir böyük bacım kimi sonsuzdub :123: Miss,_Oxatan 'da saytda mənə yaxın olan qızlardandı bir işim düşmüşdü ona sağolsun yetərincə köməyi olmuşdu mənə. Çox qızlar var burda adını yazmadığım qızlar inciməsin məndən, qeyd etdiklərim tez-tez danışdıqlarımdı deyə onları yazdım)Sözümüzün çəp gəldiyi qızlarda olub nə yalan deyim;) Amma əsası hər nə olursa olsun bu sayt mənim üçün çox doğmadı, başqa saytlardan çox keçmək istəmişəm qeydiyyatdan amma nə qədər düzgün məkan olmadığının şahidi olmuşam, amma bura isə tamamilə başqadı, ilk növbədə qızlar arasında hörmət var, mehribançılıq var, bir - birilərinə virtualda olsa sevgi var, bunlardan gözəl nə ola bilər ki, amma gəlin bu şəraiti yaradan Mammadov V. C. admini unutmayaq nizam - intizam deyə bir sözümüz var bax o nizam intizamı adminimiz qoruyub saxlamağı çox gözəl bacarır və bu saytı yaradıb biz Qadınların öhtəsinə verdiyi üçün sonsuz təşəkkürümü bildirirəm özünə, sonuncu təşəkkürümü Azərbaycanın bəzi yuxarıda oturanları İlhamı görəndə yaltaqlıq edənlər kimi etdiyimi sanmayın))) Həqiqətən o təşəkkürə layiq olan şəxsdi:)
Məndən bu qədər ümid edirəm oxumaqdan yorulmadız. Hər zaman saytda var olun qızlar. Sağolun.


V.C.-nın əlavəsi: Xəbəri oxuyub dünən yayımlanmalı idi deyənlər gəlin öldürün))))) Unutmuşam dünən dərc etməyi. Ayın 15-dən sonra yeni kollektiv qurulacaq redaksiyaya onda yayım axışı düzələcək.
Antikvara gəlincə saytda dəli-dolu 2 adam varsa 1cisi Antikdi zənnimcə. Niyə? Uşaqları ola-ola ərinməz-ərinməz bütün xəbərlərin mətnini oxuyub mətnə görə reaksiya alan və bu reaksiyanı eninə-boyuna şərhə tökən başqa niklə rastlaşmamışam)))) İndi guya öz aləmimdə yaxşı söz dedim :122:скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!