Aytən Mələk - haqqında bilmək istədiklərimiz (SUALLARINIZIN CAVABI)

Aytən Mələk - haqqında bilmək istədiklərimiz (SUALLARINIZIN CAVABI)
Qadınlar.Co
10.09.2017 14
1) Adınız? Yaşınız?
- Aytən. 27 yaşım var

2) Görünüş haqda qısa məlumat vermənizi istərdim (Jasmin)
- 1.64 boy,qəhvəyi gözlü və dolu bir xanım)

3) Adını çox görmüşük özü barədə ətraflı məlumat verməsini istərdik. (Vipbetul)
- Elbite kursunda ing.dili müəllimiyəm və həmçinin adminstratoram. Subayam.27 yaşım var.

4) Həyatda ən çox kimi və yaxud kimləri sevirsiniz? Ən böyük arzunuz nədir? ( _Qanadsız_Mələk_ )
- Ən çox ailəmi sevirəm.Sonra isə dəyərli dostumu,mənim üçün həyatımda önəmli olan şəxsləri. Bir məqsəd üçün şalışıram, gələcəkdə ən yaxşı iş xanımı olmaq.

5) Evlisiz ya subay? (Barbaris)

- Subay

6) Ali təhsillisiz? Hobbiniz? (Totu)

- İng.dili üzrə bitirmişəm ali məktəbi. Kitab oxumaq hobbilərimdən birincisidir.

7) Sevgiyə inanırsız? İlk məhəbbət unudularmı sizcə? (Seh damlası)

- Sevgi bir az qəliz məsələdir) İnanıram, çünki bir çox şeylər sevgidən yaranıb. Amma bu hiss məncə hər kəsə qismət olmur. İlk yaşadığın hiss o qədər ülvi,saf olar ki həyatının hər bir anı sənə ilk sevgini xatırladar.

8) Ən yadda qalan gününüz varmı? (Gülüş)

- Bəli var,amma xoş olmayan andır

9) Xeyli vaxtdı adminkamızı görmürəm haralardaydız? (Kralicem)

- Yeni işlərlə məşğul idim)

10) Həyat mənasızdır yoxsa həyatdakılar? (Kiraz mevsimci kız)

- Bu həyat bizlər üçün yaradılıb. Demək ki, onun mənalı olub - olmamağı bizim əlimizdədir.

11) Gözəllik önəmlidir ya xoşbəxtlik? (Narmiwka_15)

- Baxır hansı sənin üzünə daha çox gülür) Mən deyərdim hər kəs xoşbəxtliyini tapsa daha yaxşı olar.

12). - 1) İngilis dilini tam şəkildə bilirsiz? Yani danışmaq filan.

- Şükür pis deyiləm)

2) 2 saytı birdən idarə etmək çətin deyilki? (Catvoman666)
- Xeyr.Çünki Narın Yağış kimi Redaktorum var.

13) Saytda 2 ilə yaxındı varam deyə köhnə adminkanı tanımıram,xoş gəlib səfa gətiribsiz,inşAllah sizin gəlişinizlə 18+ xəbərlər azalar.Şəxsi həyatınız barədə bilmək istərdim. (Rəmsə)
- Çox sağ olun. 18+ gəldikdə isə məncə bu istəkdir.Yəni hər bir user xəbərin adından bildiyi kimi mövzu nədir. Buna görə də açıb oxumaya bilər, amma digər xəbərlərlə müqayisədə bu tip mövzuların oxu sayı yüksəkdirsə, demək ən çox bəyənməyənlər oxuyur.

14) Şansınız olsa Azərbaycanl tərk edib başqa ölkədə yaşıyarsız? (Nur Məlikzadə)

- Şans deyəndə qaçmaq kimi yox amma bəli əlimdə imkan olsa başqa şəhərdə iş qurub yaşamaq istərdim.

15) Qadın dediyimizdə ağlınıza gələn ilk xüsusiyyət və nə üçün) (_Təhlükə_)

- Müdriklik çünki müdrik xanım üçün bütün qapılar açıqdır.

16) Xəyal qurmaq sizin üçün nədir,yuxu yoxsa real olacaq bir şey? (Ayka 123)
- Əlbəttə real olacaq hadisələr

17) Həyatda ən dəyərliniz? (Qonaqa)

- Ailəm

18)
1) Bu isti yay günlərində harada dincəlmək istərdiniz?

- Hər hansı bir ada olsa yox demərəm) Amma öz rayonlarımıza da çatan yer olmaz
2) Haralısız? (Fi-ra)
- Göyçaylı

19) Fiziki baxımdan özünüzə qarşı kompleksiniz varmı? (Arzum Mələk)

- Heç bir kompleksim yoxdur. İnsan özünü necə var elə sevməlidir ki, ətrafında səni sevsin.

20) Saytla necə tanış olmusuz? (Mira_Yaman)

- Saytla tanışlığım 2012 - ci ildə olub. Qadın saytları axtarışa verərkən qarşıma çıxdı və o gündən diqqətimi çəkdi.

21) Təkrar adminka olmağı siz istədiniz yoxsa təklif gəldi adminlərdən? (Ulduz)

- Təklif olundu və böyük məmuniyyətlə qəbul etdim.

22) Hansı niklə daha yaxınsız? (Happy_Eyes)

- Narın Yağış

23) Sonda nə sözünüz varsa buyurun)

- 2 ildir demək olar yox idim saytda, yeni userlər var. Hər birinə hər zaman əsl xanım kimi olmağı arzu edirəm. Can deyib can eşidək) İnşAllah sizlər üçün maraqlı lahiyələr etməyə çalışacağam.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!