Mənim toy günüm - ummuselma

Mənim toy günüm - ummuselma
Qadınlar.Co
10.09.2017 15
:toy: ..Mənim Toy Günüm... :toy: layihəmin növbəti qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın ummuselma-dı..bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə bağlı, əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın cavablarını oxuyaq

[center]Mənim toy günüm - ummuselma


1. Canım mənim, ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?
Ilk öncə, Salam aleykum.Layihəndə mənə də yer verdiyin üçün Təşəkkür edirəm.
Heyat yoldaşım qardaşımın dostu idi. Amma heç vaxt realda görməmişdim. Universitetə qəbul olanda, o magistrdə oxuyurdu. Sonra ikimiz də mühasibatlıq kursuna getdik, orda daha yaxından tanış olduq.

2. Sevdiyinin evlənmə təklifi necə olmuşdu?
Evlənmə təklifini yazılı şəkildə etmişdi kursda. A4 formatında bir kağızda hisslərini, mənim haqqımda düşüncələrini və Təbii ki Evlilik təklifin yazmışdı.

3. Neçə müddət nişanlı qaldınız?
Tam 1 il nişanlı qaldıq.

4. Toy hazırlıqları necə irəlilədi?
Vaxtımız var idi deyə, rahat hazırlaşırdıq.

5. Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zamanınız var idimi?
Nişan günündən sonra başladıq, ən gözəl anlardır, birlikdə quracağımz evin, ailənin planın qururduq, hazırlaşırdıq.

6. Bütün hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?
Cehiz almağım, birlikdə planlar qurmağımız.

7. İndi dəb halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?
Xeyr, çünki toyumuzda musiqi olmayacaqdı.

8. Adını çəməmək şərti ilə, toy məkanına necə qərar verdiniz?
Bizim toy fərqli oldu. Biz israfçılıqdan çəkinmək istəyirdik. Evdəkilərin israrına baxmayaraq toyumuzu Həyətdə etmək qərarına gəldik.

9. Toy fotoşəkillərinizi kimə çəkdirdiniz?
Kimin əlinə kamera keçirdisə çəkirdi.

10. Toy günündən əvvəl fotosessiya etdirmişdiniz?
Xeyr, məncə elə də önəmi yoxdur onun.

11. Bilirəm ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı gəlinliyə sahib ola bildinizmi?
Gəlinlik seçimim də sıradan oldu. Tanışımın gəlinliyi vardı, onu geyindim, çox da gözəl olmuşdum.

12. Gəlinlik axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi...
Son ayda çıxdım axtarmağa, bir neçə yerə baxdım, ürəyimcə olmadı, ona görə tanışımın gəlinliyini götürdüm.

13. Bəs nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?
O mənim seçimimə arxayın idi.

14. Əvvəlcədən gəlin saçı və makiyajı seçmişdiniz?
Xeyr seçməmişdim.

15. Saçınız və makiyajınız ürəyiniz istəyən kimi idimi?
Hicabda olduğum üçün başımda gözəl hicab vardı, makiyajı isə çox sadə etmişdim.

16. Biz tərəflərdə belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə necə?
Yox, biz tərəfdə elə adət yoxdur. Biz hamam dəsti almışıdq sadəcə.

17. Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin ki, ömür boyu unutmarsınız...
Heç vaxt. 18 aprel 2009 - cu il.

18. Toy günü başınıza gələn komik bir hadisə oldumu?
Şükür ki, məni utandıracaq bir şey olmadı.Amma Qaynatam qurban kəsdi ayağımız altında, birdən qoyun dirçəldi başı kəsiləndən sonra..

19. Toy günü unutduğunuz bir şey oldumu?
Əlhəmdulillah, heç bir şeyi unutmamışdım.

20 Toyunuzun ən gözəl anı nə idi?
Qardaşımın xeyir dua verməsi.

21. İlk rəqs parçanız hansı idi?
heç nə. Çünki musiqi yox idi.


22. Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.

Aşkımın məni gəlinlikdə gördüyü ilk an, gzölərimizdəki sevgi və həyəcan...

23. Bir tərslik yaşandımı toy günü?
Gəlinlik maşınına minəndə nişan üzüyüm itdi, şükür ki, sonda tapıldı.

24.Ən çox nə vaxt həyəcanlandınız?
Ən həyəcanlı yerində....

25. Toy üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi?
Əfsus ki, heç nəə.

26. Bal ayınızı harada keçirdiniz?
Bal ayına falan çıxmadıq. Çünki sevgilinin yanında harada olursan ol, hər vaxt bal ayıdır.

27. Artıq nə qədər vaxtdır ki, evlisiniz?
7 ildir əlhəmdulillah.

28. Qadınlar.biz-in nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə edərsiniz?
Mən saytda çoxdan olsam da, təzəlikcə qeydiyyatdan keçdim. Bu layihədə iştirak etmək məni qeydiyyata həvəsləndirdi. Çünki Qızlarımıza pulun, dəbədəli, şan - şöhrətli toyun heç də həmişə xoşbəxtlik gətirmədiyini bildirmək istəyirdim. İndi ailə qurmağa hazırlaşan cütlüklər arasında ev, toy, cehiz ve s. maddiyyata bağlı olan məsələlər üstündə inciklik yaranır, ailələr arasında dava- dalaşa səbəb olur. Biz Həyat yoldaşımla bütün steorotipləri qırmağı bacardıq. Toyumuza siyahını doldurmaq üçün yüzlərlə sıradan adamı deyil, bizim xoşbəxtliyimizə ürəkdən sevinən, ən yaxın dostlarımızı və qohumlarımızı dəvət etdik. Toyumuzda Pul yigma kimi bir adəti ardan qaldırdıq. Ev, maşın,qır - qızıl olmasa da Xoşbəxtliyin mümkün olacağını göstərdik. Allah da bizim bu səbrimizin qarşlığında Əlhəmdulillah indi hər şeyin ən gözəlini nəsib edib.
Allah bütün subay qızlarımıza onları anlayan, başa düşən həyat yoldaşı və gözəl bir ailə həyatı qismət etsin...

Mənim toy günüm - ummuselma


Canım mənim, dilərəm o saf sevginiz heç bir zaman bitməz... hər zaman çox xoşbəxt və mehriban olun inşallah...[/center]скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!