Xatirə dəftəri-savior angel

Xatirə dəftəri-savior angel
Qadınlar.Co
10.09.2017 15
1. Soyadınız Adınız?
-İ.ULYA :08:

2. Doğum Tarixiniz?

-04.06.97

3. Bürcünüz/iliniz?

-Okuz ili, ekiz burcu :11:

4. Ən böyük arzunuz?

-Arzularım coxdu ən böyüyü isə sevdiklerimin can sagligi, yeni anam ,atam ,bacim ve sevdiyim şəxsin həmişə yanımda olmasidi.Sevgilimin ve menim ali mektebe qebul olub bir omur bir yerde olmagimizdi. :128:

5. Ən yaxın dostunuz sizi haçansa satıb/yalan deyib?

-hee ozde hec agla gelmeyen zerbeni vurub mene.Amma bir daha yada salmaq isdemirem cunki o gunlerin usdunnen xett cekmişem.Maraqli olanlara ise hazirladigim xeber var iki xeyanetkar ...oxusalar mence anlayacaqlar.

6. 5-inci sinifi hansı qiymətlərlə qurtarmısınız?

-əlaci olmuşam men 5-lə bitirmişem 9- cu sinife kimi super olub :kahve: qiymetlerim.sonradan biraz riyaziyyatdn zeifledim.

7. Həyat sizcə maraqlıdır?

-heyati maraqli edende maraqsiz edende biz ozumuzuk.Eger şerefinle namusunla halal zehmetinle yaşayirsansa mence niyede maraqli olmasinki.Sevdiklerin yaninda olannan sora her şey yolunda gedennen sora yaşamaga deyer heyatdi baxmayaraqkki bezen cox haqsiliqlarla rastlaşiriq

8. Möcüzəyə inanırsınız?

-beli.İnsanin yaradilişi elə ən böyük möcüzədi..

9. Yenidən uşaq olmaq istərdinimzi?
-yaralı yerimə toxundun.Özdə necə...O günlərə qayıtmağı elə isdiyirəmki..amma sonradan deyirəmki yox cox çətinliklərdən keçdim görəsən qayitsam o illərə yenidən belə olardı hər şey..nəblim vallah mümkünsüzü isdəyir insan oğlu həmişə...

10. Dünyaya yenidən gəlməy istərdiniz?

-Elə bir imkanım olsaydı heç gəlməzdim.Cunki bəzən bu dünyanın insanların halına baxıram dəhşətə gəlirəm..insanlar dünyanı cox dəyişib.

11. Həyatda kimə və nə üçün minnətdarsınız?

-Allahıma ilk öncə. çünki mənə lazım olan hər şeyi çox şükür ki, verib.İkincisi isə anama atama mənə həyat bəxş etdikləri ücün.

12. Necə insanları xoşlayırsınız?
-səmimi mehriban ürəyi acıq sözünün üsdə duran dürüst ve sadə insanları.Cünki özüm eləyəm yalançılıq iki üzlülük arxayca danışmaq mənlik deyil.Ona görədə arxamca danışanları vecimə almıram .cəsarəti olan üzümə deyər sözü yəni özüm xasiyyətdə insanları xoşluyuram

13. Sizcə gözəllik nədən başlayır?
-Gözəllik içdən daxildən gəlir.Ürəyi gözəl olanın üzüdə gözəl olar ..

14. Dünyanın hansı şəhərlərində olmaq istərdiniz?
-Həmişə Parisdə olmaq isdəmişəm .amma belə dünyanın bütün gözəl şəhərlərini gəzib coxluuu şəkillər cəkdirmək isdərdim çünkü dəhşət şəkil xəsdəsiyəm.Maraqli gəzməli yerlər getmək arzumdu.

15. Sayta girən kimi ilk kimin saytda olub-olmadıgına baxırsınız?

-sözün düzü elə bir adam yoxdu amma yaxın olduqlarımnan danışmaq üçün bəzən baxıram məsələn MİSS ANGEL TOMA KİRAZ MEVSİMCİ QİZ BİRTANEM QONAGA VE S..

16. Saytda özünüzü ən çox kimlə yaxın hesab edirsiniz?

-MİSS ANGEL yeni gunayla tomayla kiraz mevsimci qizla

17.Saytda kimin xəbərlərini böyük maraqla oxuyusunuz?

-butun userlerimiz sagolsun gozəl xəbərlər hazirliyirlar amma ən cox Tomanin .adlarini unutdugum bezi userler uzurlu saysin çunki coxsunun xeberi xoşuma gelir amma adlari yadimda deyil.

18.Kimin bu saytda olması sizi qıcıqlandırır?

-elə birisi yoxdu.şükr userlerimiz mehribandi

19.Saytda ən çox sizi nə cəlb edir?

-her şey haqqinda məlumat olması

20.Nə kimi təklifləriniz var saytda?

-elə bir təklifim yoxdu.Hörmətli Adminlərimiz hər şeyi düşünüblər.

21.Kimin şərhlərini hər xəbərdə oxuyursunuz?

-Miss Oxatan arzum aysum miss angel Toma, filka ,barbi,antikvar ve s..şerhlerini oxudugum userler coxdu.

22. Nə üçün məhz Qadınlar.biz?

-cunki bu sayt mehz qadinlara mexsusudur.həm səliqəlidi rahatdi və axtardığım hər şeyi burda rahatliqla tapa bilirəm

23.Bu saytda sizə nə maraq doğurur?

-userlerin mehribanligi maraqli xəbərlərin olması bir sozlə hər tərəfli rahat olması.esasda oglanlarin girişinin qadagan olunmasi.

24.Saytdakı ən yaxın dostlarınız?

-danışdığım xətrin cox isdədiyim cox qiz var burda-gunayim tomam kiraz mevsimi cemilem :02: birtanem..

25.Özünüz haqda qısa və tam!

-səmimi mehriban ürəyi təmiz hər kəslə dil tapan sade bir qız.

26.Burada hansısa bir haqsızlıq görmüsüz?

-şükr hələki yox.

27.Saytda başınıza gələn maraqlı bir hadisə...

-bir nece vaxt bundan qabaq mene heves geldi dedim oturub coxlu xeber yazib gonderecem.demeli yaxşı xəbərlər tapdım yazdım gondərdim duz 5 dənə xəbər yolladım.1-2 gün kecdi dedim baxim görüm xəbərlərim yayimlanmiyibki birdə görəmki admin bəy yazıbki saytda bəzi probləmlər üzündən bu tarixdə göndərdiyiniz bütün şərh və xəbərlər silindi :18: inanin nece dəli oldumsa :dash_mini:

28.Sayta olan ürək sözləriniz..

-Allah Adminlərimizə can sagligi və yaxşı pul versin. Saytimizi daha da uzun ömurlu ve maraqli etmək üçün :02:.Hər zaman belə birinci olsun.

29.Baş Admindən Razısız ?

-Əlbətdəki narazi olmağa heç bir səbəb yoxdu :08:

30.Həyatda ən çox kimə inanırsınız?

-ALLAHA.!!!

31.İki dostun hakimi olardınız,yoxsa iki düşmənin(fikirləşməyə dəyər)
-Məncə iki dostun çünki düşmən onsuzda düşməndi neyləsən xeyri yoxdu.amma iki dostun hakimi olardım ki olarda düşmənə çevrilməsinlər.yəni mən belə başa düşürəm..

32.Həyatınızda əsas məqsəd nədir?

-arzularima isdəklərimə catmaq .atama anama layiq ovlad olmaq.ve gelecekde ise yaxşi həyat yoldaşı və ana olmaq.(boyuklərdən uzr isdəyirəm) :09:

33.Gələcəydə özünüzü kim görürsünüz?

- Onu zaman gösdərər....AMA.. sadə, haqsılıqlarla hər zaman vuruşan və bacardığım qədər köməyə ehtiyacı olanlara əl tutan bir insanam və həmişədə belə olacam.Bacardığım qədər qadın və uşaq hüqularının qorunmasına köməy edəcəm.inşallah ali təhsilimi bu səmtdə inkişaf eletdirəcəm.

34.Bir gün Sayt bağlansa (ALLAH ELƏMƏSİN) kim(lər) üçün darıxarsız və kim(lərlə) münasibətiniz həmişə qalar?

-Hiii ALLAH eleməsin :15: coxx pis olaram demek olarki bezen asude vaxtlarimizin coxunu burda keciririk.kimlərlə əlaqə saxlardim nəblim vallah amma yaxın oldugum 1-2 userle calışardım əlaqəni kəsmiyəm.

Və sonda Tomam sənə təşəkkür edirəm :123: Çox sagol ki :20: ,isdəyimi geri çevirmədin.Bilmirəm yazdığım cavablar nə qədər ürəyinizcə olacaq amma calışdığım qədər səmimi cavablandırdım.Oxuyan gözləriniz var olsun :20:[/quote]скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!