Gözümün nuru ad günün mübarək

Gözümün nuru ad günün mübarək
Qadınlar.Co
10.09.2017 32
Salam :03: Saytımızın gözəl xanımları bu gün mənim üçün çox özəl gündü :dance: bu günümü sizlərnən bölüşmək istədim :08: Bu qədər sevincli olmağımın səbəbkarı mənim gözümün nuru oğlumun doğum günü olmasıdı :quc:

Gözümün nuru ad günün mübarək



Balama olan ürək sözlərimi sizlərnən bölüşmək istərdim.Bunları yazarkən nə qədər duyğulandığımı sözlərnən ifadə etmək qeyri mümkündü :ciyy:

Bu gün oğlumun doğum günüdü.Tam 2 il öncə 8 sentyabr o dünyaya göz açdı.Oğlumun dünyaya gəlişi Tanrının mənə böyük hədiyyəsi oldu.Anasının və Atasının fəxri səni çox istəyirik.Canım oğlum sən doğulduğun gün mən yenidən doğuldum.Əməliyyat masasında səni öpdüyüm ilk öpücük heç yadımdan çıxmaz o an ilk sözüm Allahım sənə şükürlər olsun deyib göz yaşlarımı yanaqlarıma süzüldüyünün fərqinə vardım və o an anladım analıq hissinin necə müqəddəs hiss olduğunu :128:



Gözümün nuru ad günün mübarək


Tombul,Ağappaq,yanağı azca qırmızı,balaca üzü,şip-şirin sevimli görünüşün ürəyimə bir istilik bəxş etmişdi ,sevincimin həddi hüdüdü yoxuydu və ilk kəlməm bu oldu.Allahım bu bir möcüzədi deyib səni bağrıma basdım...Gözümün nuru oğlum Allah səni qorusun sən bizim sevincimizsən.Həyatının sevincini göydəki ulduzların sayı qədər çox,günəşin parıltısı qədər işıqlı olmasını arzu edirəm.Yaşa...Sev...Gül..Bu yazdıqlarım həyatından heç zaman əksik olmasın.



Gözümün nuru ad günün mübarək



Yaşın neçə olursa olsun hər şeyin ən gözəli səninlə olsun canım balam.Arzu edirəm həyatın bal kimi şirin ,su kimi saf ,nağıllar kimi maraqlı olsun.Xoşbəxt və şən dolu həyatlara yaraşıqlı oğlum .Ad günün mübarək ,Allah səni qorusun Ömər balam


Gözümün nuru ad günün mübarək


Balam olan hədiyyəm


Gözümün nuru ad günün mübarək


Buda mamasının ona bişirdiyi tort:)


Gözümün nuru ad günün mübarək
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!