Xoş gəldin, şirin bala

Xoş gəldin, şirin bala
Qadınlar.Co
10.09.2017 137

Qızlarrrrrr sizinlə sevincli bir xəbəri bölüşmək istədim... İnanıram ki, siz də bu gözəl xəbərə sevinəcəksiniz və mənimlə birgə təbriklərə qoşulacaqsınız...
Saytda xətrini çox istədiyim bacılarımdan biri isveç.de nikli bacımızın sentyabrın 12-si şip şirin bir oğul balası dünyaya gəlib... Bacımızın bu sevinclini xəbərini sizlərlə bölüşmək və bacımızın sevincinə şərik olmaq istədim...


[center]Xoş gəldin, şirin bala


Əziz bacım, bu günü necə böyük sevinc və həsrətlə gözlədiyini çox yaxşı bilirəm...Allahdan ümidini heç bir zaman üzmədin və hər zaman bu xoşbəxt günü yaşayacağın günü səbirsizliklə gözlədin... çox şükür ki, uca Rəbbim ona açılan əllərini boş geri çevirmədi və səni, səninlə bərabər bütün səni sevənləri şirin payı ilə sevindirdi...

Xoş gəldin, şirin bala

Canım mənim, o şirin balan bu dünyaya, bizlərin arasına xoş gəlib səfa gətirib. Qədəmləri yüngül və uğurlu olsun... Şirin şəkər balamıza Allahdan uzun və sağlam bir ömür, ruzi bərəkət dolu bir həyat diləyirəm... gəlişi ilə sizləri necə sevindiribsə İnşallah bundan sonra da bütün ömrü boyu evinizin sevinci, nəşəsi, gözünüzün nuru olar...


Xoş gəldin, şirin bala

Məhəmməd balamız atalı analı sağlam böyüsün.... Allah sənin və yoldaşının canını hər zaman sağ eləsin ki, o körpə balanın yanında olub qoruyasınız... Şən, qayğısız, xoşbəxt bir uşaqlığı və eyni uşaqlığı kimi saf və təmiz bir gələcəyi olar İnşallah ...

Xoş gəldin, şirin bala

Ay canım, əziz bacım o gözəl balanın xoş günlərini görməyi nəsib etsin Tanrım sizlərə. Ağıllı, tərbiyəli, böyüklərinə qarşı hörmətli, gözəl gələcəyi olan bir insan olar İnşallah balamız ...

Xoş gəldin, şirin bala

Gözəlim sənin və yaxınlarının yaşadığı bu sevincə biz hamımız bütün Qadınlar.Biz ailəsi olaraq sevinirik və gör gözəl balana necə bir xoş gəldin partisi düzəltmişikkkkk Tortumuz da varrr...

Xoş gəldin, şirin bala

Xoş gəldin, şirin bala

Xoş gəldin, şirin balaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!