Mənim dostlarım..."Türkan Abbasova"(9)

Mənim dostlarım...
Qadınlar.Co
10.09.2017 7
Salam saytımızın gözəl göyçək xanımları:03: yeni layihə lə qarşınızdayam:08:"Mənim dostlarım":kanka:bu dəfə ki qonağım yeni tanış olduğumuz şirin qız "Türkan Abbasova dır":02:Hazırsız?..o zaman başlayaq gözəlimin dostluq haqda fikirlərni :02::kanka:[/color ]

1.İlk öncə olarsa İstərdim biləm , Ən yaxındostunuz var?
İlk once saytimizin sirinmi sirin, gözəlmi gözəl bütün xanimlarını salamlayıram. Hamınızı cox sevirəm. Və keçək suala. Mənim məktəb illərində 2 yaxın dostum var idi. Bütün problemlərimizi bölüşürdük. Amma təəssüf ki, evləndikdən sonra dəyişdi hər şey. Ancaq telefonla danişdiq. Ondada Salam sağol. Dərdlərimiz bölüsmədik . Indi ise çoxdandırki, heç danışmırıq. Yəni əsl dostum yoxdu həyatda. Çoxlari analarıyla dost olduqlarından danışır. Məndə anamla hər şeyi bölüşürəm. Ammaelə şeylər olur ki, anama demirəm. Anam məni böyüdüb bu yaşıma catdırıb. Indi mənim onu sevindirməyim lazımdı. Ona problemlərimi danişib qocaltmağım yox. Anamı çox sevirəm. Onun nəyəsə görə üzülməsini istəmirəm səbəb özüm olsam belə. Düşünürəm ki, bu dünyada insanin yalnız və yalnız bir dostu var oda allahdır. Bütün derdlerimi, sevincimi, həyəcanımı yalnız rəbbimlə bölüşürəm..şükür olsun rəbbimə verdiyi hər bir nemətə görə.

2.Sizcə virtualda yaxşı dost olmaq mümükündür?
Məncə hə. Niyə də olmasın.

3.Bəs bu dostluğa necə baxırsız?
Yaxşı baxıram. Əslində bu insanı rahatlaşdırır əslində. Yeni bir insan tanıyırsan. Onunla söhbət edirsən həyatından, olub keçənlərdən. Amma bir şey də var ki, oğlanla qızın dostluğuna yaxsi baxmıram gerçək həyatdada, virtualda da. Mən yalnız bizim saytımızdakı qızların bəziləriylə danışıram. Hərdən elə şeylər baş verirki həyatda insan heç tanımadığı biriylə dərdləsmək istəyir. Hamı kimi məndədə yaşanıb bu anlar. Və o zaman sağolsun Qadinlar. Biz.Burda yazılan şərhlərdən kimin necə biri olduğunu insan başa düşür. Şerhlərini bəyəndiyim insanlarla danışıram. Bəzən heç kimə danışa bilmədiyim movzuları danışmışam. Sağolsunlar onlarda məsləhət veriblər . Bəzən kənardan dahayaxşı anlaşılır hər şey. Yəni mən yaxsi baxiram bu dostluğa təbiiki həmcinsinlə danışdıqda.

4.Seçim içində qalsaz (allah eləməsin) Sevgilinizi seçərdiz yoxsa ən yaxın dostunuzu?
Düzü bu baxır söhbətin hansı mövzudan getdiyinə. Sevgilim ya da dostum. Haqqin tərəfində olardım. Şükür bu günə qədər də haqq yolundan dönməmişəm.

5.Sizcə dostluq nədən başlıyır?
Dostluq məncə mərhələlərdən keçib yaranır. ilk növbədə düşüncələrin üst üstə duşməsindən baslayır. Sora sədaqətvəfa, yalnız xoş gündə yox dar gündə də yanında olmaq. Bəzi mövzularda məsləhət vermək. Hələ daha nələr nələr. Bir insana dost deməmişdən öncə zaman keçməlidir . Birinə kor-koranə əsl dostum deyib sirlərimizi açıb deyə bilmərik ki.

6.necə birisi ilə dost olarsız?
Çox yaxından tanıdığım həyatını bildiyim biri ilə dost olardım . Sədaqətinə, ureyinin təmizliyinə, mehribanlılığına əmin olduğum biri ilə dost olardım.

7.özündən daha çox güvənə biləcəyniz birdostunuz olub?
Bu günə qədər özümdən çox güvəndiyim tək bir kəs var oda allahdı. Başqa heç kim.

8.Bəs güvəncinizi qıran bir dostunuz?
İstərdim olmasın amma təəssüf ki olub.

9.Bir gün ən yaxın dostunuzun sizin arxanızdan danışdığını eşitsəz, Ona necə münasibət bəslərsiniz?
Sadecə dostluğumu bitirərdim. Heç bunu ona deməzdim də. Qoy düşünüb öz səhvini tapsın.

10.Oğlan la qız dostluğuna necə baxırsız?
Pis.bu mənim fikrim di. Məncə oğlanla qız danışa bilər bir çox movzuda. Amma dostluq etmək mənə xoş gəlmir.

11.Bəs heç oğlan dostunuz var? və ya olubmu?
Xeyr oğlan dostum olmayıb.))

12.Çoxu insanlar deyir "Oğlanla qız dostluğunun axrı həmişə sevgiyə çevrilir"Siz nə düşünürsüz bu haqda?
Həmişə olmasada cox vaxt belə olur.

13.Dostluqa fədakarsız?
Yaxşi dosta can qurban.:kanka: Əlbəttə

14.Burdakı ən yaxın dostnuz kimdir? və ya kimlərdir?.
Burda ən yaxın dostlarımın bəziləri indi girmir sayta. Anuka, Rahila mis angel,Mrs pionist, Sara035, təbiiki sən .kim yadımdan çıxıbsa bağışlasın.:09:

15.Uşaqlıqda" böyüyəndə rəfiqənizlə eynievdə yaşamaq "xəyalını qurmusuz?
Hə. Həm də çox qurmuşam. Nə gözəldi o günlər.:128:

16.Dostlarınızla ən çox nəyi və ya nələri paylaşırsınız?
Əsl dostum can dostum olmasada dostumvar.gundelik mövzuları hamısını olmasadabəzi problemləri, sevincimizi və.s.

17.Dostlarınızla bağlı başınıza gələn maraqlı və gülməli hadisə olub?
O qədər olub ki. Bir dəfə məktəbdən gələndə yolda alça ağacı gördük. Qızlar dedi gəlin dərək. Bizim ağacdan dərməyimiz evin sahibi qapını açdı.basladi qışqırmaya. Utancımızdan oldük. Qaçdıq ordan. Onnan sonra kimsənin ağacına dəyməyəcəyimizə söz verdik:23:

.18.Bir gün sayt bağlanarsa (Allah eləməsin) burdakı hansı dostunuz üçün lap çox darıxarsız?
Allahın elemesin tebii ki. Hamı ücün darıxaram əlbəttə ən çox da 14 -cu sualın cavabında yazdığım dostlarım üçün.:uzulen:

19.burdan dostlarnıza deməy istədiyiniz bir söz var?
Bu saytdaki ve gerçək həyatdakı canım dostlarım sizi çox sevirəm. Dostluqlarımız daim olsun inşallah:dancing::123:

20.Vəə sonda...Qızlarmıza dosluq haqda məsləhətiniz?
Eziz qadinlar. Biz əhli. Əlbəttə dostluq müqəddəsdi. Amma birinə əsl dost deməküçün tələsməyin. Hər sirrinizi bölüşməyin.Təbiiki yaşayıb gördüklərimdən bu qenaətə gəlmişəm. Belə bir deyim var 'Dostuna hər sirrini demə bir gün düşmən ola bilərsən, duşməninə cox ağır söz demə bir gün dost ola bilərsən'.))Bu həyatda yalnız bir özünüzə ,bir də Allaha güvənin.Sonda hamınıza gerçək dostluq arzulayıram. Hamınızı çox sevirəm. Rəbbim hamınızı qorusun.:123:

P.S bacıma qatıldığı üçün təşəkkürmü bildirirəm:22:Həmişə sadiq və vəfalı dost arzuluyuram ona:kanka:
Layihədə iştirak etmək istəyən şəxsi ismarıcla müraciət edə bilər:08::123:скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!