ʚɞAd Günün Mübarək Həyatımın Sultanı Qızımʚɞ

ʚɞAd Günün Mübarək Həyatımın Sultanı Qızımʚɞ
Qadınlar.Co
10.09.2017 88
Həyatım,canım mələyim sənin varlığını hiss etdiyim ilk anda başladım səni sevməyə, səninlə danışmağa, bir an əvvəl gəlsən, görsəm deyə səni o qədər maraqla gözləmişdimki, görəsən necə olacaq, görəsən kimə bənzəyəcək ...
Səni xəyal edərkən əsmər buruq saçlı bir qız xəyal etdim həmişə. Mən səni maraqla gözlədikcə sən gəlməkdə heç tələsik etmədin. Yerin çox rahat idi yəqin, ya da maraqlanmam xoşuna getmişdi. :quc:
Hamilə ikən məni heç üzmədin,hər şeyi birlikdə etdik, birlikdə yedik içdik, birlikdə gəzdik, birlikdə kədərləndik və ən əhəmiyyətlisi ürəklərimiz birlikdə atdı sən həmişə mənimlə idin!

ʚɞAd Günün Mübarək Həyatımın Sultanı Qızımʚɞ

ʚɞAd Günün Mübarək Həyatımın Sultanı Qızımʚɞ

Ömrümün məna qazandığı böyük gün!
Gəlişinlə dünyamı dəyişdin İnci. Bunun üçün Allahıma, sənə çox təşəkkür edirəm. Mənə bu duyğuları yaşatdığınız üçün nə qədər minnətdar olsam azdır. Bu hisslərin tərifi yoxdur. Mən səni ilk qucağıma aldığım, səni qoxluyub qoxunu ciyərlərimə çəkdiyim gün yenidən doğuldum səninlə birlikdə. Bir gün eyni anları səndə öz körpənlə yaşadıqda,məni daha yaxşı anlayacaqsan və səni nə qədər çox sevdiyimi görəcəksən.

ʚɞAd Günün Mübarək Həyatımın Sultanı Qızımʚɞ

ʚɞAd Günün Mübarək Həyatımın Sultanı Qızımʚɞ

Analıq: çox səbir və fədakarlıq istəyən çətin bir işdir. Bunu sən doğulandan sonra çox daha yaxşı anladım. Çox çətin bir körpəsən, həmişə ağlayırsan. Problemsiz keçən bir hamiləlikdən sonra bunları heç düşünməmişdim.
Başqa işlər təxirə salına bilər, ləğv edilə bilər, amma analıq əsla, bir ömür boyu sürər, əvəzsiz,qarşılıqsız.

Həmişə bu balaca qız nə vaxt böyüyəcək, nə vaxt diş çıxaracaq, nə vaxt danışacaq, nə vaxt yeriyəcək deyə düşünürəm. :28:

ʚɞAd Günün Mübarək Həyatımın Sultanı Qızımʚɞ

Zaman sürətlə axıb gedir və biz heç fərqində belə deyilik.Sən böyüyəcəksən gözəl qızım,sən böyüyərkən mənim səninlə əlaqədar xəyallarımda böyüyür.
İnşallah məktəbə, universitetə ​​getdiyin günləri,
ilk eşqini, ilk iş gününü, evləndiyin günü, ana olduğun günü
hamısını birlikdə yaşayırıq...

Bir gün gələcək başqa bir ananın mələyi gəlib səni tapacaq. Səni başqasıyla paylaşmaq məcburiyyətində qalacam. Sən böyüyəcəksən ,amma mənim üçün kiçik qızım olaraq qalacaqsan.
Artıq bu son, son gecə evində deyəcəm gün gələcək. Buraxıb məni gedəcəksən. Gedirsən get deyəcəm,düzdür ağlayacam amma qururlanacam,yenə qızıyla qürur duyan ana mövqeyindən ayrilmayacam. Xoşbəxt ol, bir damla gözyaşına dözə bilməyəcək qədər gücsüz olacam. Mənim kiçik qızım, necə böyüdü, necə gedir anlaya bilməyəcəm Ömrüm boyu mənim kiçik və günahsız körpəm olaraq qalacaqsan, hər dərdində dizlərim sənin yastığın olacaq .
Sən xoşbəxt ol, və ananın kiçik Mələyi olaraq gülümsə ..Melek kimisən elədə qalacasan içimdə..

ʚɞAd Günün Mübarək Həyatımın Sultanı Qızımʚɞ

Arada məni dəcəlliyinlə əsəbləşdirsən də səni çox istəyirəm.
Uşaqların ana və atalarını seçmək şansları yoxdur, İnşallah ana-ata olaraq səni xəyal qırıqlığına məruz etmərik.İnşallah hər zaman xoşbəxt bir uşaq olarsan.
Yolun,bəxtin açıq olsun.Gülən üzünü heç bir şey soldurmasın.Həyat həmişə sənə gülsün, güldürsün.Şans həmişə səndən yana olsun, hər şeydən əhəmiyyətlisi sağlamlığın heç pozulmasın. Rəbbim səni və sənin kimi bütün uşaqları pisliklərdən, qəzalardan, bəlalardan, xəstəliklərdən qorusun.Uzun və sağlam bir ömür, xeyirli yazılar nəsib etsin.

Heç bir anaya uşağının ağrısını verməsin və heç bir qadını analıq duyğusundan məhrum buraxmasın.

ʚɞAd Günün Mübarək Həyatımın Sultanı Qızımʚɞ

Dilıyirəmki yeni yaşında sevincli günlər yaşayasan!
ÜzÜn həmişə gülsün dünyada əvəssiz gözəllik varsa o da,sənin qəlbindədir!
Yaxşıki varsan! Ad gunun mubarek gözəl qızım !!!

Sən bu gün doğularkən məndə həyata yenidən gəldim sanki.Doğum günün mübarək evimizin bəzəyi!

[/center]скачать dle 11.3

Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!