Uşaqlığa səyahət..."Cindrella"(2)

Uşaqlığa səyahət...
Qadınlar.Co
10.09.2017 15
Salam saytımızın dəyərli və gözəl xanımları.:03:Yeni bir layihə yaratmaq qərarına gəldim,:09:İlk ağlıma "Uşaqlığım düşdü"Düzdür belə bir layihə olub əvvələr amma olduqca gülməli və maraqlı olan uşaqlıq illərmiz kimin üçün sıxıcı gələ bilər ki?:26:Məndə istədim userlərmiz uşaqlıq xatirlərni paylaşsın....və...bizdə onunla birlikdə uşaqlığa səyahət edək:08:bu dəfə ki qonağım canım Nurahım,yəni"Cindrella"dır:08::123:

Bütün xanımlarımızı salamlayıram.:01:Bu gözəl layihəyə məni dəvət etdiyi üçün Fidan bacıma təşəkkürlər:22:.İnşallah uğurlu layihələrdən olar.İndi keçək hamımızın qayıtmaq istədiyi uşaqlıq illərinə...
Mən uşaq vaxtından çox güləyən olmuşam.Anam mənə ömrümdə sənin qədər ğülən uşaq görməmişdim deyir.Həə biraz da nazlı forslu olmuşam.Adətən çılğınlığımla seçilirdim evdə.Lakin evimizə qonaq gələnlərin hamısı :"sizin necə sakit qızınız var maşallah" deyərdilər.:ihi:Uşaq vaxtından yardım sevər olmuşam.Həə ,birdə paxıl.Paxıl deyəndəki oyuncaqlarımı hec kəsə verməmək deyildə daha çox niyə ona aldın,mənə almadın.Niyə onda ondan var məndə yoxdur?Məni istəmirsiniz?Niyə kimsə nəyisə məndən daha yaxşı bacarır?Sualları həmişə beynimdə olub.Amma bu düşüncələrdən heç kəsə zərər gəlməyib.Hər uşaq kimi mənim də xəyallarım vardı.Mələyə çevriləcəyimi və hamıya yaxşılıq edəcəyimi düşünürdüm.Hamı məni sevəcəkdi-bütün dünya.Dünyaya sülhü mən gətirəcəkdim...:melek::128:Uşaqlıq xəyalları işte:09::23:.Hardan biləcəkdim ki,həyatda indi belə mələk görünüşlü ,daş ürəkli insanlar olacaq .Uşaq vaxtı çox azad olmuşam.İndi olmadığım qədər.Evimizin yaxınlığında meşə var idi.Tez tez ora qaçardım.2 yaşıma qədər də mənə nənəm baxmışdı(Allah rəhmət eləsin)Kənddə də hamı tərəfindən əzizlənib,sevilirdim.Heç vaxt unuda bilməyəcəyim uşaqlıq dostlarım da olub .Hələ biri ilə adaş idik.Bir birimizə bəbə deyirdik:) Kaş qayıda bilsək o illərə..Heçolmasa bir günlüyünə.Hə bir şeyi demədim ki, uşaq vaxtından öz ayaqlarımın üstündə durmağı istəmişəm.Çox şükür ki, az qalıb.Universiteti qurtarım inşallah.
Oxuduğunuz üçün təşəkkürlər.Ümid edirəm sizin üçün cansıxıcı gəlmədi oxumaq:02:.Fidan bacıma da təkrardan təşəkkürlər:08:)Qızlar arada bir yazın mənə(Hamıya aiddir)Baxmayın,mən elədə istiqanlı görünməsəm də bütün userlərlə tanışıq istəyim olub:):09:


Ümid edirəm maraqlı oldu səyahət etmək Nuray bacımın uşaqlığna :08:
Gələn dəfə qonaq olmaq istəyən şəxsi ismarıcla müraciət edə bilər:02::123:скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!