Mənim gercəkləşməyən xəyalım - arzum-aysum (4)

Mənim gercəkləşməyən xəyalım - arzum-aysum (4)
Qadınlar.Co
10.09.2017 43
Salam Qadınlar.biz saytımızın gözəl şirin qızları yeni lahiyəmlə qarşınızdayam.Hər birimiz xəyal qururuq.Yaşımız artıqca xəyallarımız da böyüyür çoxalır ama çoxumuzun bəzi xəyalları həyata keçmir.Ama hərbirimizə xəyallarımıza qovuşmağı arzu edirəm.Bu gün ki qonağım arzum-aysum useridir o bu gün gerçəkləşməyən xəyallarını bizimlə paylaşacaq.

Qızlarrrrr, :03: hər birinizi bacımın bbu maraqlı layihəsində xoş gördüm. :09: Neçə vaxtdı imkan edib Sayta düz əməlli daxil ola bilmirəm deyə sizlər üçün çox darıxmışam.:cak: Yenidən sayt həyatına daxil olmağıma şərait yaratdığı və məni layihəsinə dəvət etdiyi üçün bacıma çoxxx təşəkkür edirəm.:123:
Biz insanlar elə bir yaradılışlarıq ki, ömrümüz boyu nələrinsə xəyalını quraraq yaşayır və bu xəyallarımızı gerçəyə çevirmək üçün çalışırıq. Amma bəzən xəyallarımız gerçək olub bizi xoşbəxt etdiyi halda, bəzən də elə xəyal olaraq qalaraq bizləri məyus edir. Amma ölən hər ümidin, gerçəkləşməyən hər xəyalın yerinə yeniləri doğulur.
Tanrıma çox şükürlər olsun ki, bu günə qədər xəyal edib dua etdiyim bir çox arzum gerçək olub.:melek: Gerçəkləşməyən xəyallarım üçün isə üzülməmişəm. Demək ki, gerçəkləşməsi qismət deyilmiş.
Layihəyə dəvət aldığım an ağlıma gələn xəyal olaraq qalan jurnalist olmaq istəyim oldu. Lap uşaq vaxtından hər zaman qəzeti götürüb oturardım güzgünün önündə və oxuyardım. Özümü xəbərlər verlişinin aparıcısı kimi hiss eliyərdim. Uniyə imtahan verən zaman balım jurnalistika fakultəsinə çatmadığı üçün dillər universitetinə qəbul oldum. Amma yenə də jurnalist olmaq ümidim var. Atamın əmisi oğlu var kanalların birində işləyirdi. Ona istəyimi demişdim və o da məni müsahibə üçün bir gün kanala dəvət etmişdi. Amma atam aparmadı. Bizlər də ata icazəsi olmadan bir iş görmədiyimiz üçün o xəyalımın ardınca getmədim. Bu gün getmədiyim üçün peşmanammı? Yox peşman deyiləm, çünki belə qismət imiş. Onun yerinə başqa gözəl işə düzəldim və o işimi çoxxxx sevirdim. Ancaq ailə qurduğum və rayona gəlin köçdüyüm üçün işimdən çıxmağa məcbur idim. İndi arzum nə vaxtsa həmin işim kimi işə düzəlməkdi. İnşallah Tanrı qismət edər.
Sonda hər birinizə vaxtınızı ayırıb oxuduğunuz üçün təşəkkür edirəm. :22: Dilərəm bütün xəyal və arzularınız sizə xeyirli olacaq şəkildə gerçək olar. Amin...:xeyal:
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!