Uşaqlığa səyahət..."YalnıZ-ArZu"(3)

Uşaqlığa səyahət...
Qadınlar.Co
10.09.2017 23
Salam saytımızın gözəl göyçək qızları.:03:yeni layihə ilə qarşınızdayam.:08:"Uşaqlığa səyahət"bu günki qonağım canım bacım "YalnıZ-ArZu-dur.:02:Gəlin birlikdə oxuyaq.:02:

Salam saytimizin gözəlləri.:03:Bu gözəl layihədə iştirak etmək və uşaqlıqda necə birisi olduğumu sizinlə bölüşmək xoşdur:09:Demək meni bu layihəyə Fidoşum dəvət edəndə dedim"Canım,mənim kədərli uşaqliğım olub,paylaşmasam yaxşıdır(((("Yenə də layihəni bəyəndiyim ve Fidoşumun xətri üçün qatılmağa qərar verdim.:09::08:Demək mən uşaqlıqda çox sakit uşaq olmuşam.Hec kimlə işim olmazdı.Bir uşağın özünü və ətrafdakıları dərk etməyə başladığı 5-6 yaşından mənim yaddaşıma muharibə dönəmindəki zavallı ölkəmiz,20 Yanvar faciəsi və Xocalı soyqırımı həkk olunub(((Hetta 1991ci ilde baş vermiş QARAKƏND qezasının televiziyada necə elan olunması mənim hələdə yadımdadır(((Onda mənim 6 yaşım vardı.Ona görə mənim uşaqlığım çox qısa sürüb,tez böyümüşəm. Mənimlə həmyaşıd olanlar ve eyni hissləri yaşayanlar məni çox gözəl başa düşəcəklər bəziləri də düşünəcək ki"bunları niyə yazır nə mənası var" olsun...məne birincilərin fikirləri daha önəmlidir.Dar düşüncəli insanların fikirləri ilə hec vaxt maraqlanmamışam.Ancaq elə bilməyin ki mən digər uşaqlar kimi əylənməyi bacarmamışam.Men de palçıqdan tort bişirmişəm yarpağa torpaq doldurub dolma hazırlamışam,saatlarla həyətdə ip-ip rezinka oynamişam evə gələndə de bir başa hamama çimməyə göndərilmişəm.Dizlərimdə hələ də yıxılmaqlarımdan "xatirələr" qalıb. İndi dönüb arxaya baxanda valideynlərimə sonsuz təşəkkürlərimi bildirirəm çətin dönəmlərdə belə,bizi gələcəyimizdən təhlukəsizliyimizdən əmin şəkildə böyüdüblər. ALLAH onları böyüklükdən əskik etməsin,ALLAH hər birimizin ata anasını ve valideyn adına layiq olan bütün valideynləri qorusun:dua:.Belə qızlarım oxuduğunuz üçün sizə minnətdaram.Her şey könlünuzcə olsun .:heart:Fidişimə də mənə bu gözəl layihəsində yerverdiyi üçün çoxlu öpücüklər:mucux::op:

P.S Uşaqlığ illərini bizimlə bölüşdüyü üçün bacıma təşəkkür:22:
Uşaqlığ illərini bizimlə paylaşmaq istəyən başqa birisi var??.:02:скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!