Hörmətli adminimiz Mr.OffiCer ilə müsahibəm

Hörmətli adminimiz Mr.OffiCer ilə müsahibəm
Qadınlar.Co
10.09.2017 30
1.       Salam özünüzü təqdim etməyə ehtiyac var?
-       Məni  tanıyan tanıyır, tanımayanlarada  tanıdım. Adım Anar. Ama dostlar öz aralarında Ağa deyə müraciət edirlər. O bildiyimiz bəy ağalarından yox sadəcə Ağa ) 
2.       Niyə Qadınlar.biz? xanımlarla birgə işləmək çətin deyil?
-  Çünki AzNET də baxdım bütün saytlar  bir birinin kopyasıdır. Hərə bir adda sayt açır ama  hamsının içindəki xəbərlər eynidir. Sadəcə adlar müxtəlif və fərqli. Amma Azərbaycan qadınına məxsus informasiya toplusu olan səviyyəli bir  qadın saytı görmədim. Qadınlarla işləmək çətin hətta mümkünsüz iş olsa da buna boyun qoydum və nəsə  yaratmağa  çalışdıdım
 
3.       Sizcə saytın sakit dinməzləri? :28:  
-       vay vay , mən saytda sakit və dinməz  xanım görmürəm...  saytımızın qızları maşallah  bütün saytların qızlarından fərqlənirlər. Hələ ən sakiti sənsənsə gör  ən dəcəli necə olar ))) 
4.       Qarşı cinsdə xoşlandığınız tip? 
-       )))))  Şəxsiyə daxil olduz  ....  Xoşladığım bir tək şey var  qarşı cinsdə o da baxımlı olması... Özünə diqqət və qayğı göstərməsi
 
5.       Ən axmaq insan? 
-       Axmaq insan yoxdur... Özünü axmaqlığa qoyan insan var 
 
6.       Bir az tez əsəbləşirsiz?  Amma ən çox sizi  nə hirsləndirir? 
-       Ümumiyyətlə  özüm biraz  əsəbiyəm. Qorxutmaq üçün demirəm )))  Ən çox nə əsəbləşdirir sualı biraz qəribə oldu, bunu analiz eləməmişəm. Amma onu deyə bilərəm ki, tez soyuyuram)
7.       Sizcə saytın cadısı kimdi? :xeyal:  
-       Sən
-       Tşk. :10:
8.       Həyatı necə başa salarsız bizə?
-       Sizə həyatı başa salmaq həddim deyil ... Bəlkədə içərinizdən biri mənə həyatı başa sala bilər... Hər kəsin düşüncəsinə hörmətim var
9.       Özünüzdənrazısız?
-       Elə deyirlər... ama  men elə düşünmürəm...
10.   10 il sonrakı həyatınızda bu gündən fərqli nələr olacaq?
-       Ailə və uşaqlar ))
11.   Xanımlarımıza maraqlı olar belə mötəşəm saytın admini necə biridir, xayiş etsəm şeklinizi göndərə bilərsiz? :17:
-       Xanımlarımıza  əsas  mən maraqlı olmayım, sayt və onun içindəkilər maraqlı olsun ))  o ki qalsa  mənə qısaca özümü təsvir  edə bilərəm )
-       Buyurun
-       24  yaşında, 188 sm boylarında, 85 kg çəkisində, kök olmayan, qarabuğdayı  qısa  saçlı biriyəm )
 
12.   Heç kimin sizdə görə bilmədiyi bir xüsusiyyətiniz varmı? 
-       "Xalqın gözü tərəzidir" demiş atalarımız. Kənardan  necə görsənirəmsə eləyəm yəqin. Sadəcə  daxilimi  görəcək kəs yoxdur. Bəzən olur içimdə olduğum kimi qəhəri biruzə verməmək üçün zahirdə başqa cür olmağa özümü təhrik edirəm.
 
13.   Bu sayt sizə nələri və kimləri qazandırdı?
-       Bu sayt mənə maddi heçnə qazandırmadı. Çünki bu saytı açanda  maddiyat deyə bir şey yox idi ağlımda heç indi də yoxdu. Bu sayt mənə şəxsi heçnə qazandırmasa da xanımlarımıza maarif, bilik, maraq, sevgi, sevinc qazandırdı. Bu nəticələrdə məni sevindirdi. Həmişə demişəm Səviyyəmiz Fəxrimizdir, Fəxrimiz isə İstifadəçi məmnuniyyətimizdir. Belə deyim, bu saytdan mənəvi çox şeylər qazandım.
14.    İxtisasınız nədir?
- Pilot ( Təyyarəçi )
15.   Qısqanclıq nədən yaranır inamsızlıq yoxsa sevməkdən?
-       Adətən sevgidən yaranan hissdir. Amma indiki dövrə şamil edilmir. Haı Hazırki dövrdə inamsəzlığın nəticəsindən yaranır
16.   İnsan cənnətdən qovuldu dünyaya, dünyanı bölüşdürə bilmir bu dəfə dünyadan hara qovulacaq?
-       Allah heç kəsə o yeri qismət eləməsin.
17.    Hamının bildiyi Ölüm və Həyat arasında nə var?
-       Bircə şey var haqqına yaşamaq  haqqı olan kimi ölmək...
18.   Hansı ətirləri işlədirsiz?
-       Ümumiyyətlə  fərqli ətirləri sevənəm deyə ətirimi tez tez dəyişirəm. Ən çox işlətdiklərim isə bunlardir: Vakko, Eclat, Axe, Polo Blue Edt, Chrome Legend, Versage, Big Pony 4 , L'Homme Nuit , L'Homme Libre
19.   Azərbaycanda rüşvət olmasaydı?
-       onda  xaricdə tanınmazdıq ))))
20.    Ən sevdiyiniz filmlər?
-       Vampir və Zombi filimləri )
21.   Dünyanı hansı rəngdə görürsriz?
-       Ağ - qara
22.   Xobbiniz?
-       Kitab oxumaq ( hal hazırda da Elif Şafakın - AŞK kitabını oxuyuram)
23.   Qeyri-adi bacarığınız  varmı?
-       Həə ))) ama deməyim sirr qalsın ))
24.     Bu istifadəçilərin adının qarşısına bir söz yazın:
Pretty Girl –  Ən Səmimi və Sakit redaktorum və eyni zamanda saytımızın gözəl üzvüdür
 
Naza24 – Bu xanımla yaxşı başlamasaqda sonradan bir birimizi anlaya bildik. Saytımızın Ağbirçəyidir )
 
Barby - Şərhlərindən tanıdığım qədəri ilə pessimist amma içi şıltaqlıq ilə dolu xanımdır
PURE LOVE - Sən heçdə )))) Özün bilirsən sənin haqda olan düşüncələrimi)
 
Luna - Romantik birinə oxşayır
 
Soledad - Dediyini eləyən bir xanımdır )) Azda olsa  tanışlığımız va
 
25.       Sizcə  Mr.OffiCer  deyiləndə  Qadınlar.Bizli xanımlar nə düşünür?
-       Zənnimcə admin, sərt və əsəbi birini  hardasa 30 yaşlarında olduğumu  düşünürlər ( o yaşı verənlər çox olub )
-       Yəni mən
26.      Hansı userlərlə realda tanışsız?
-       Heç bir userimlə realda münasibətim yoxdur.
27.     Hansı userin hansı hərəkəti xoşunuza gəlməyib?
-       İnsanıq  hamımızın bir mənfi cəhəti var ki xoşlaya bilmirik. Amma heç xoşlamadığım saytımıza  məxsus istifadəçinin digər saytlarda da aktiv olmasıdır.
28.     Hansı sualı yazmağımı istəyərdiz?
-       Hansı sualı yazsaz hamsına cavab verməyə hazıram

- 29. Niyə bəylər bağışlanmaqlarını istədiyi halda xanımlara çox vaxt güzəşt etmirlər?
- Cəmiyyətin təməli belə qoyulub. Bəylər daima xanımlarını özlərinin namusu adlandırıb və bir ləkə düşərsə bağışlamamağı qərara alıblar. Bir misal var Kişilər ağ parçaya bənzəyir ləkə düşdüsə silinsə izi qalmır qalsa da görünmür, amma qadınlar ağ parçadır, kiçik zərrə düşsə nə qədər silinsə belə izi daima qalır.
30.Sonda xanımlarımıza ürək sözləriniz....
- Səndə başda olmaqla bütün Azərbaycan xanımlarına  tək bir sözüm var: Haqqınızı heç vaxt tapdalatmayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!