Özünüzü sevin əziz Qadınlar.Biz`li xanımlar

Özünüzü sevin əziz Qadınlar.Biz`li xanımlar
Qadınlar.Co
10.09.2017 38
Bəli, sən! Ağır iş gününə fasilə verib qısamüddətli istirahətlə özünü mükafatlandıra bilərsən! Bu yazıda özünüzə ayırdığınız qısa fasilədə necə gözəlləşə biləcəyinizlə bağlı bəzi sirrləri paylaşmaq istərdik.
Əvvəlcə, rahatlamaq üçün duş qəbul etməlisiniz. Lirik musiqi qoyun və şam işıqlarının müşayiəti ilə hamam otağını işıqlandırın. Bu cür meditasiya sizi daha da rahatlaşdıracaq. 
Daha sonra rahat paltar geyinin və üzünüzə maska edəcəyiniz üçün saçlarınızı yığın. İndi isə stressli iş günündən sonra üzünüzü günün yorğunluğundan və şəhərin çirkindən təmizləmək üçün maska etməyin vaxtıdır.  
2 xörək qaşığı banan püresi və bal qarışığı ilə hazırladığınız maskanı üzünüzə yaxın və təxminən 10 dəqiqə gözlədikdən sonra yuyun. İndi növbə gözlərinizdədir! Gözünüzün üstünə halqa formasında doğradığınız xiyarı qoyun. Bu sizin gözlərinizdəki yorğunluğu götürməyə kömək edəcək. 
Növbə gəlib çatdı əlinizə və ayaqlarınıza! Dırnaqlarınızı bir müddət isti suda saxlayın. Onların qaydasında olması üçün düzəliş edin. Sonra dırnağınızı əlvan rəngi olan dırnaq boyası ilə rəngləyin. Sevdiyiniz  sağlam yeməklərdən birini hazırlayın və sevdiyiniz proqramı izləyə-izləyə yemək yeyin.
Siz bunu işdən sonra və ya həftəsonu boş olduğunuz bir vaxtda edə bilərsiniz. Özünüzü sevin və dəyər verin!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!