MÜSAHİBƏ [XƏYAL ÖLMƏZ`LƏ]

MÜSAHİBƏ [XƏYAL ÖLMƏZ`LƏ]
Qadınlar.Co
10.09.2017 9
----------------
Jurnalist xanım : Salam
Xəyal Ölməz : Aleykumessəlam
----------------
Jurnalist xanım  : Səni necə təqdim eləsinlər?
Xəyal Ölməz  : Elə Xəyal Ölməz kimi
----------------
Jurnalist xanım  : Nələri bacarırsan?
Xəyal Ölməz : Ev işlərində məharətliyəm 
Boş vaxtlarımda şeir yazıb, Albom hazırlığı edirəm
Nə ki bacarmıram onları öyrənməyə çalışıram
----------------
Jurnalist xanım : Ən çox sevdiyin rəng hansıdır?
Xəyal Ölməz: Ağ və Qara
----------------
Jurnalist xanım  : Bir insanı yaxşı tanımağın metodu nədən ibarətdi?
Xəyal Ölməz : İnsanları daha yaxşı tanımağın metodu, özünü çoxda yaxşı tanıtmamaqdır. 
----------------
Jurnalist xanım : Hansı xasiyyətindən azad olmaq istəyərdin?
Xəyal Ölməz: Biraz səbirsizəm və bu səbirsizlikdən azad olmaq istərdim
 
----------------
Jurnalist xanım : Şeir yazmağa nə zamandan başlamısan?
Xəyal Ölməz: 13 yaşımdan başlamışam şeir yazmağa
Belə desək orta məktəb illərimdən
----------------
Jurnalist xanım : Şeirlərinin ilk oxucusu kimdir?
Xəyal Ölməz: Özüm
----------------
Jurnalist xanım  : İlk səsli albomun nə zaman çıxıb?
Xəyal Ölməz : 14.02.2009-ci ildə
----------------
Jurnalist xanım : Kasıblıq oğru edər eşq şair edər....Razısan mənimlə ?
Xəyal Ölməz : Eşq şair edərlə razıyam
----------------
Jurnalist xanım : Sevgi sənin üçün nədir?  
Xəyal Ölməz: Nə sən leylasan nədə mən məcnun
Hər sevgi bir həsrətə məhkum
Nə sən əvəzsiz nədə mən bənzərsiz
Hər sevgidə yatar ayrılıq səssiz  
----------------
Jurnalist xanım   : Yaşamısan o sevgini?
Xəyal Ölməz: Bəli
----------------
Jurnalist xanım   : Gözləmisən yoxsa gözlətmisən?
Xəyal Ölməz: Daha çox Gözləmişəm
----------------
Jurnalist xanım  : Unutmaqmı, unudulmaqmı istərdin?
Xəyal Ölməz : Unudana qarşı Unudulmaq,
Unutmayana qarşı isə Unutmamaq
----------------
Jurnalist xanım   : Ad günündə hansı hədiyyəni versələr sənə çox sevinərsən?
Xəyal Ölməz  : Yad olunmağım ən böyük hədiyyədir mənim üçün
----------------
Jurnalist xanım  : H-Ə-Y-A-T sözünü hərfbəhərf dəyərləndirə bilərsən?
Xəyal Ölməz  : 
                     H........Həsrət
                     Ə........Əlvan olsada,
                     Y........Yarsız
                     A........Ayda  
                     T........Taliman olar.
 
Jurnalist xanım  : İnamla yaşayırsan yoxsa ümidlə?
Xəyal Ölməz : Hər ikisi ilə
----------------
Jurnalist xanım   : Nəyə sahibsən?
Xəyal Ölməz : Məhşər günündə ki təkliyimə
----------------
Jurnalist xanım  : Nəyi əsla bağışlamazsan?
Xəyal Ölməz: Yalanı və Xəyanəti 
----------------
Jurnalist xanım  : Səni həyata bağlayan nədir?
Xəyal Ölməz : Rəbbim tərəfindən var oluşum
----------------
Jurnalist xanım   : Həyatda əsas hədəfin nədir?
Xəyal Ölməz : Tükənmədən nəfəsim,
Ümidlərimə, arzularıma çatmaq
 
----------------
Jurnalist xanım   : Səncə həqiqətənmi zaman hər şeyin dərmanıdır?
Xəyal Ölməz : Zaman hər dərdə dərman deyil,içindən zaman keçməyən yaralarda var
----------------
Jurnalist xanım   : Nəyisə, kimisə itirmək qorxusu ilə yaşamısan?
Xəyal Ölməz : Yaşamışam və yaşayıramda
----------------
Jurnalist xanım :  Dünyaya yenidən gəlsəydin necə yaşamaq istərdin?
Xəyal Ölməz : İndi ki həyatımı öncədən bilərdim və öncələrdim
 
----------------
Jurnalist xanım  : Həyatda necə iz qoyub getmək istərdin?
Xəyal Ölməz  : Ümidlərimə çatmağım elə qoyub gedəcəyim izdir.
 
----------------
Jurnalist xanım   : İslamiyyət sənin üçün nəyi ifadə edir?
Xəyal Ölməz  : Allaha təslim olmağı
----------------
 
Jurnalist xanım   : Hansı sualı görmədin?O sualı cavablandıra bilərsən?
Xəyal Ölməz  : Təhmin etmək biraz çətindir
Onsuzda ki, insanın özü sualdı
Yaşananlar isə cavab
 
----------------
Jurnalist xanım   : Təklifimi qəbul edib, suallarımı cavablandırdığın üçün sənə dərin dərin təşəkkürümü bildirirəm...
Xəyal Ölməz  : Diqqətin, dəyərin üçün məndə sənə təşəkkür edirəm.
 
Redakte etdi:  PRETTY GIRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!