Arıqlamaq Üçün Ən Yaxşı Diet Siyahısı

Arıqlamaq Üçün Ən Yaxşı Diet Siyahısı
Dieta - Fitnes
10.09.2017 803
 
Arıqlamaq Üçün Ən Yaxşı Diet Siyahısı
Aclıq böhranları keçirdiyiniz diyet günlərinizi, çətin hala gətirməkdən qurtarmaq üçün bir neçə kiçik təklifimiz olacaq.
1. Kiçik bir qazanın içinə yarım kiloqram kökü dilimləyib atın. Üzərinə dörddəbir brokoli və yarım gül kələmi, birdə dörddəbir kələmi də doğrayın və 1 yemək qaşığı zeytunyağı töküb, bir miqdarda su əlavə edib qaynadın. Ardından süzün və üzərinə bir su stəkanı qədər qatıq əlavə edib nuşla yeyin. Bu qarışıq sizi haradasa gün boyu tox və gümrah tutacaq. Eyni zamanda kələm sayəsində bədəninizdə olan şişdən də xilas olacaqsınız.
2. Diyet menyunuza ara paylara mütləq 5 qoz, 1 su stəkanı qatıq, 5 quru ərik sərpiştirməyi unutmayın. Çünki qoz aclığınızı basdırar, qatıq göbəyinizi əridər, quru ərikdə bağırsaqlarınızı işlədərək, hər diyet dövründə yaşanan qəbizlik problemindən sizi qurtarar.
3. Diyet edirəm deyə bütün gün bədəninizi şəkərsiz buraxmayın. Gündəlik olaraq bədəninizin ehtiyacı olan şəkəri mütləq banan, armud, heyva, kök kimi meyvələrdən çox miqdara qaçmadan almağa çalışın
4. Diyet menyunuzda mütləq amma mütləq balıq olsun. Məsələn həftədə qətiliklə 3 gün bir paydan balıq yeyin. Çünki balıq məzmununda saxladığı yod sayəsində tiroit bezlərinizin daha yaxşı işini təmin edəcək.
5. Sağlam zəifləməyi başınıza qoymuşsunuzsa diyet siyahınızda mütləq gündə bir ədəd qaynadılmış yumurtaya yer verin. Çünki yumurta məzmununda saxladığı Triptofan və keyfiyyətli zülallar sayəsində sizi gün boyu tox və gümrah tutacaq. Ayrıca yumurta aclıqdan qaynaqlanan əl titrəmələrinə həll olaraq birə-birdir.
6. Həftədə 2 gün aralarında 3 gün olmaq şərtiylə az miqdarda qırmızı ət istehlak edin. Məsələn bazar ertəsi qırmızı ət yemişsinizsə ikinci qırmızı ət gününüz Cümə olsun. Çünki qırmızı ətin içində olan keyfiyyətli zülallar sizi həm tox məbləğ, həmdə diyetin verdiyi halsızlıq, yuxu halı, əsəbilik kimi problemləri yaşamanıza mane olar.
7. bütün paylarınızda mümkünsə bütün yeməklərinizə bol bol ədviyyat səpin. Xüsusilə qırmızı bibər bağırsaqlarınızı işlədəcək, maddələr mübadiləsinizi sürətləndirərək və rahat və enerji dolu bir şəkildə diyet dövrü keçirmənizi təmin edəcək. Bunun yanında darçın sizi tox tutmağa köməkçi olacaq digər bir əhəmiyyətli ədviyyatdır.
 
Tərcümə etdi: PRETTY GİRL
Redakte etdi: PRETTY GİRL
 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!