Pomidorla olan pəhrizlər

Pomidorla olan pəhrizlər
Dieta - Fitnes
10.09.2017 32
Ucuz və keyfiyyətli Pomidor pəhrizi bütün pəhrizlər arasında ən ucuzu və əlverişlisidir. Sizə 1,5 kq miqdarında pomidor lazımdır, onu 4 hissəyə bölərək gün ərzində qəbul etməlisiniz. Bir günə 1 kq itirəcəksiniz. Belə effektivliyinə görə pəhriz 2 gün üçün nəzərdə tutulub. Ən cəsarətli xanımlar 3 gün də tuta bilərlər, amma bundan çoxuna icazə verilmir. İkinci variant Daha bir pomidor pəhrizi var ki, birinci ilə müqayisədə daha doyulu və asan olsa da, elə də effektiv deyil. İki həftə ərzində 5 kq arıqlamaq olar. Səhər yeməyi: Bir stəkan pomidor şirəsi, üzərinə yağsız kəsmik çəkilmiş iki dilim qara çörək, meyvə. Nahar: Bir stəkan pomidor şirəsi, 100 q suda bişirilmiş düyü (yağsız), tərəvəz, alma, 100 q suda bişirilmiş balıq. Şam yeməyi: Mal qiyməsindən kotlet, tərəvəz, 50 q suda bişirilmiş düyü, bir stəkan pomidor şirəsi. Bu pomidor pəhrizini 2 həftədən çox saxlamaq olmaz. Yalnız fasilədən sonra yenidən pəhriz saxlamağa icazə verilir. Pəhrizin faydası Alimlər sübut ediblər ki, tərkibində pomidor çoxluq təşkil edən pizza, spaghetti kimi yeməklər dərini günəş yanmasına və qırışlara qarşı davamlı edir. İlk növbədə pomidor damarları tutulmadan qoruyur və qanı durulaşdırır. Ona görə də, pomidor damar xəstəliyindən əziyyət çəkən və tromb yaranmasına meyilli olan hər kəsə məsləhət görülür. Pomidor şirəsi orqanizmi toksinlərdən təmizləyir, ümumi vəziyyəti yaxşılaşdırır və ağır xəstəliklərə tutulma riskini azaldır. Hətta demək olar ki, gündəlik pomidor qəbulu bəzi ankoloji xəstəliklərin profilaktikasıdır. Pomidor dərini ultrabənövşəyi şüalardan qoruyur. Orqanizminizi vitaminlərlə zənginləşdirmək istəyirsinizsə, pomidoru çiy halda yeyin. Kimə olar? Əlbəttə ki, istənilən pəhrizdə olduğu kimi, pomidor pəhrizi də idmanla məşğul olan zaman daha gözəl nəticələr verəcək. Heç olmasa, gəzintiyə çox vaxt ayırın. Bu pəhrizdən yalnız sağlam insanlar yararlana bilərlər, yəni mədə bağırsaq xəstəlikləri olanlar pomidor pəhrizindən ehtiyatla istifadə etməlidirlər.
 
Redakte etdi: PRETTY GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!