Zəriflik pəhrizi

Zəriflik pəhrizi
Dieta - Fitnes
10.09.2017 75
Zəriflik pəhrizi
Bütün qadınların arzusu incə və zərif görünməkdir. Buna mane olan başlıca səbəb isə artıq çəkidir. Artıq çəki hamının, xüsusən də xanımların “düşmənidir”. Bu düşmənə qalib gəlmək isə hər adamın işi deyil. Çünki aclığa dözməyi hər adam bacarmır. Amma mümkün olmayan iş yoxdur. İndi bir çox pəhrizlərdə ac qalmadan arıqlamağınyolları təklif edilir. Bunlardan biri də zəriflik pəhrizidir.
Bir çox pəhrizlərdə olduğu kimi bu pəhrizdə də hər gün 2 litrə yaxın su içilməli, mineral su içilərsə qazsız olmalı, çaylar şəkərsiz, salat və sousların az yağlı olmasına diqqət edilməlidir. Şəkər, kartof, çuğundur, kök, paxla yeməklərini menyudan çıxarmaqla bu pəhrizlə həftədə 2 - 4 kq arıqlamaq olar.
 

1-ci gün: 7:30 - 2 ədəd kivi
8:00 - südlü yulaf sıyığı
10:00 - yağsız yoğurt,bir fincan çay,ya da qəhvə 11:00 - 1 ədəd alma 13:00 - azca souslu yaşıl salat 15:00 - 80 qr qaynadılmış toyuq döş əti,100 qr rəngli kələm,2 dilim pendir 17:00 - 1 ədəd armud 19:00 - 1 stəkan kələm suyu 19:30 - 2 yumurtadan omlet, bioyoqurt
2-ci gün:
7:30 - 1 ədəd portağal 8:00 - qarabaşaq sıyığı 10:00 - üzərinə cem çəkilmiş qara çörək buterbrodu, 1 fincan çay və ya qəhvə 11:00 - 1 ədəd alma 13:00 - 100 qr qaynadılmış yağsız balıq 15:00 - közlənmiş tərəvəz, salat ,bioyoqurt 17:00 - 1 ədəd armud 19:00 - 1 stəkan kələm suyu 19:30 - soslu yaşıl salat, yağsız kəsmik, bioyoqurt
3-cü gün: 7:30 - yarım stəkan təzə sıxılmış meyvə suyu və yarım stəkan su 8:00 - südlü yulaf sıyığı 10:00 - yağsız kəsmik, 1 fincan çay və ya qəhvə 11:00 - 1 ədəd alma 13:00 - 100 qr qaynadılmış dana əti 15:00 - salat, közlənmış tərəvəz, 1-2 dilim pendir 17:00 - 4 badam,3 fındıq,1 qoz 19:00 - 1 stəkan kələm suyu 19:30 - rəngli kələm, yanında pendir, bioyoqurt
4-cü gün: 7:30 - 2 ədəd mandarin 8:00 - südlü arpa sıyığı 10:00 - yağsız yoqurt, 1 dilim qara çörək, 1 fincan çay və ya qəhvə 11:00 - 1 ədəd alma 13:00 - 100 qr qaynadılmış balıq 15:00 - yaşıl salat, közlənmış badımcan və 1 dilim pendir 17:00 - 4 ədəd qara gavalı və 4 ədəd meyvə qurusu 19:00 - pomidorlu qayğanaq 19:30 - buxarda bişmiş tərəvəzlər və bioyoqurt
5-ci gün: 7:30 - 2 ədəd kivi 8:00 – südlü yulaf sıyığı 10:00 - qara çörəkdən buterbrod, az şəkərli cem, 1 fincan çay və ya qəhvə 11:00 - 1 ədəd alma 13:00 - 100 qr qaynadılmış toyuq döş əti 15:00 - yaşıl salat, 100 qr rəngli kələm və ya brokkoli kələmi,yoqurt 17:00 - 1 ədəd armud 19:00 - 1 stəkan kələm suyu 19:30 - sobada bişirilmış pendirli pomidor,yağsız kəsmik
6-cı gün: 7:30 - 1 ədəd portağal 8:00 - qarabaşaq sıyığı 10:00 - yağsız yoqurt,1 dilim qara çörəkdən buterbrod, 1 fincan çay və ya qəhvə 11:00 - 1 ədəd alma 13:00 - közlənmiş tərəvəzlər 15:00 - 100 qr qaynadılmış balıq, yaşıl salat, 1 dilim pendir 17:00 - 4 ədəd badam, 3 ədəd  fındıq, 1 ədəd qoz
19:00 - göbələkli qayğanaq 19:30 - közlənmiş tərəvəz, yaşıl salat

7-ci gün: 1,5 kq almanı 6 yerə bölməklə bütün günü alma yeyin.
 
Redakte etdi: PRETTY GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!