Salad haqqında bildiklərinizi unudun!

Salad haqqında bildiklərinizi unudun!
Dieta - Fitnes
10.09.2017 43
 
 

Xəyalinizdəki o paltara girə bilmək üçün könül rahatlığıyla yediyiniz, daha da əhəmiyyətlisi sağlamlığınız üçün olmazsa olmaz deyə xarakterizə etdiyiniz salat sandığınız qədər günahsız olmaya bilər!
 
 

Salat, bir hamburgerə görə hər vaxt daha az kalorili OLMAYA BİLƏR!
 
Salatın üzərinə əlavə olunan souslar olduqca yüksək kalorili ola bilər. Üstəlik zeytunyağı da sağlam olduğu səbəbiylə salatlarda bolca istehlak edilər. Lakin zeytunyağının yüksək kalori dəyərlərinə sahib olması çox vaxt atlanılan bir gerçəkdir. Buna görə sıravi bir hamburgerə görə sıx souslu və zeytunyağlı bir salatın kalorisi daha çox ola bilər.
 

Ancaq diyetdə idarəli olaraq salat yemək çox faydalı ola bilər. Çünki salat üçün istifadə edilən tərəvəz və yaşıllıqlar lif cəhətdən zəngindir. Bu qidalar mədə və bağırsaqları artıqdan işlədərək kalori yandırımını sürətləndirər.
 
 

Aşağı kalorili tərəvəzlər hər vaxt daha yaxşı DEYİL!
 
Salatınızı analiz edəcəyiniz zaman içindəki bəsləyici elementlərə və enerji təmin edən kalori dəyərlərinə diqqət yetirin. Məsələn kərəvizi az kalorili olduğu üçün seçmiş ola bilərsiniz, amma bu tərəvəzin sizə qazandırdığı enerji də aşağıdır.
Kərəviz kimi açıq rəngli tərəvəzlər digər tərəvəzlərə görə daha az lif, vitamin və mineral ehtiva edərlər. Bu səbəblə bol tərəvəzli salat seçəcəyiniz zaman qırmızı bibər, brokoli, kök, göy noxud və badımcana ağırlıq verin.
 

Yarpaqlı tərəvəzlərin hamısının bəsləyici dəyərləri eyni DEYİL!
 
Yarpaqlı tərəvəzlərin rəngləri açıldıqca bəsləyici elementləri də bir o qədər azalar. Açıq rəngli bir  salat aşağı dərəcədə A, C vitaminləri, dəmir və lif dəyərlərinə malikdir. Tünd yaşıl rəngdəki ispanaq yarpaqlarında isə yüksək dərəcədə maqnezium, dəmir və kalsium vardır. İspanağın antioksidan dəyərləri də yüksəkdir.
 

Salatınızın üstünə əlavə etdiyiniz qızarmış toyuq ya da ət kalori dəyərini artırmaz: Əgər salatınız bir ana yeməyə yoldaşlıq etmirsə, doyurucu olması üçün üzərinə toyuq ya da ət əlavə edə bilərsiniz. Amma diqqət edin!
 
Bu nöqtədə salatınız masumiyetini itirir və bir kalori anbarı halına gələ bilir. Bu səbəblə əgər salatınıza zülal dəyəri qazandırmaq istəyirsinizsə, qaynadılmış ya da yağsız tavada bişirilmiş ət ya da toyuğu seçməlisiniz.
 

Orqanik yaşıllıqlar hər vaxt üçün çox daha sağlamdır. Araşdırmalar; orqanik qidaların bəsləyici elementlərinin kimyəvilərdən uzaq olaraq yetişdirilən tərəvəz və meyvələrə görə çox da üstün olmadığını göstərir. Bu səbəblə yalnız orqanik tərəvəz yeməniz lazım olduğunu düşünməyin.
 
Tərcümə və Redaktə etdi:PURE LOVE
 
 
 
 
 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!