Kilo Vermək üçün beynin də hazır olması lazımdır

Kilo Vermək üçün beynin də hazır olması lazımdır
Dieta - Fitnes
10.09.2017 44
 
Kilo vermək üçün beynin də hazır olması lazımdır…
Həddindən artıq kilonun səbəbi psixoloji problemlər deyil, tam tərsinə həddindən artıq kilolu olmaq psixoloji problemlərə yol aça bilir və bunlar da müalicənin müvəffəqiyyətini mənfi istiqamətdə təsir edir.Son araşdırmalar, kilo almanın sanıldığından daha kompleks olduğunu və genetik, fizioloji və davranışsal elementlər ehtiva etdiyini göstərməkdədir. İndiki vaxtda həddindən artıq kilolu olmanın psixoloji problemlərə gətirib çıxardığı və bu problemlərin də müalicənin müvəffəqiyyətini mənfi bir şəkildə təsir etdiyi çox yaxşı bilinməkdədir. Bir zəifləmə proqramı tətbiqə başladığınızda, psixoloji faktorların kilo almanızda hər hansı bir rolu olub ola bilməyəcəyini təyin etməniz və bu faktorların xərcləyəcəyiniz səyi nə şəkildə təsir edə biləcəyini təyin etməniz son dərəcə əhəmiyyətlidir.Hamımızın qidalarla (nə yediyimiz) və yemək yeməklə (nə üçün və necə yediyimiz) əlaqəsi fərdidir və biologiyamız, ailəmiz, yoldaşlarımız, mədəniyyətimiz, dinimiz, təcrübələrimiz, həyata və iş formamızın bir nəticəsidir. Bu faktorlar bəzi insanlar üçün müsbət təsir göstərərlər və bir şeylər yemək bu kəslər üçün zövq, mükafat, yoldaşlıq, sevgi və doyum mənasını verər. Bəzi insanlarda isə günahkarlıq duyğusu, inkar, idarə, özüylə qarşıdurma, hirs, qayğı və məhrumluq kimi çağırışımlara gətirib çıxarmaqdadır.* Sıxıldığımda əhvalımı düzəltmək üçün bir şeylər yeyərəm.* Yemək yemək, həyatın ağrılı istiqamətlərini hiss etməməmə köməkçi olur.* Problemlərlə üzləşməmək üçün yeyirəm.* Aç olmadığımda belə yeyirəm.* Gecə oyanıram və təkrar yata bilmək üçün bir şeylər yeməm lazımdır.* Bir paketi açdığımda, hamısını yemədən dayana bilmirəm.* Yemək yedikdən sonra özümü günahkar hiss edirəm.* Masada yeməyini ən erkən bitirən həmişə mən oluram.* Yemək heç ağılımdan çıxmır.* Tək başıma yeməyi seçirəm.Bu suallara verdiyiniz hər "Bəli" cavabını, həkiminizlə görüşməlisiniz.
 
Tərcümə etdi: PRETTY GİRL
Redakte etdi: PRETTY GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!