Orqanizmi iki günə təmizləyən pəhriz

Orqanizmi iki günə təmizləyən pəhriz
Dieta - Fitnes
10.09.2017 20
Bayram süfrələrindən sonra və ümumiyyətlə mütəmadi olaraq istifadə edilməsi məsləhətli olan bu pəhriz 2 gün vaxtınızı alacaq. Özünüzü əzgin və yorğun hiss edirsinizsə bu pəhrizi növbəti istirahət günləri həyata keçirin.



Başlamazdan əvvəl sevdiyiniz meyvə, tərəvəz və mineral suları alın. Bundan əlavə sizə ot çayları (çobanyastığı, nanə), C vitamini həbləri və şirəçəkən lazım olacaq. Bu pəhrizin əsas qaydası budur ki, pəhrizi tutacağınız müddətdə heç bir fiziki işlə məşğul olmamağınız məsləhətdir. Yəni ki: idmanla məşğul olmaq, qonaq qəbul etmək və ev yığışdırmaq fikrindən daşının.

Gün ərzində 1 litr qazsız mineral su içməlisiniz – təxminən 8 stəkan.

BİRİNCİ GÜN.



Səhər yeməyi:

Günə meyvə salatı ilə başlayın. Bura qreypfrut, portağal, mandarin, ananas, alma və bir neçə gilə üzüm daxil ola bilər. Bu salatdan 1 kasa yeyə bilərsiniz.



Çay, qəhvə əvəzinə ot çayı və ya mineral su için.



1-2 saat sonra: kivi, üzüm yeyə bilərsiniz.



Nahar:

Banandan başqa hər hansı meyvə əsas qidanız olacaq. Yenə də ot çayları və mineral su için.



Yatmadan öncə:

Bir ədəd banan yeyə və çobanyastığı otunun çayını içə bilərsiniz.



Səhər yeməkdən qabaq 2 ədəd C vitamini həbi qəbul edə bilərsiniz.

İKİNCİ GÜN.



Səhər yeməyi:

Bir stəkan kök şirəsinə duz və qara istiot əlavə edib için. Qrildə 4 pomidoru qızardın və yeyin. Bu oqranizmi duz itkisindən qoruyacaq. 1 stəkan ot çayı için.



1-2 saat sonra: Sevdiyiniz tərəvəzlərdən ibarət salat : yaşıl salat, xıyar, turp, yaşıl soğan, yaşıl və ya sarı bibərə duz və limon şirəsi əlavə edə bilərsiniz. Mineral su və ya ot çayı için.



Nahar:

Buxarda brokoli, gül kələm, ispanağı bişirin və parmezan pendiri ilə duz əlavə edin. Meyvə şirəsi və ya mineral su için.



Səhər yeməyindən sonra 2 ədəd C vitamini həbi qəbul edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!