Çörək Yeyərək Formada Qalın!

Çörək Yeyərək Formada Qalın!
Dieta - Fitnes
10.09.2017 22
Çörək yeyərək formada qalın!

Bədənin karbonhidrata da ehtiyacı vardır

Bir çox diyet sizə çörək istehlakını qadağan etmiş olsa da sağlam bir  diyetdə nizamlı olaraq istehlak edilən çörək ilə formanızı qoruya bilərsiniz. Bədəninizin enerjisini qorumaq üçün karbonhidrata ehtiyacınız vardır, çörək də karbonhidrata sahib ən məşhur qidalardan biridir. Aşagıdaki yolları izləyərək diyetinizə çörəyi də daxil edə bilər, sağlam bir şəkildə formada qala bilərsiniz.
- Çörək üçün alver edərkən bütün ağ çörəklərdən qaçının. Yüksək fruktoz misir siropları, süni rəngləndiricilər və ya qoruyucular, və zənginləşdirilmiş ağ və ya buğda unu ehtiva edən çörək götürməyin. Zənginləşdirilmiş çörək hər vaxt sağlamlığı olduğunu zəmanət etməz. 
-Nə axtardığınızı bilin. Mümkün olduğunca cücərmiş dənələr, yüzdə 100 tam taxıllı və ya kəpəkli un və az miqdarda natrium və əlavə şəkər ilə edilən çörəklər ən yaxşı variantdır. Ümumi olaraq təbii məhsullar ehtiva edən çörəkləri seçməyə diqqət edin. 
-Boşqablara diqqət yetirin. Həddindən artıq istehlakı maneə törətmək üçün dilimlərin kalorilərini və gündəlik ehtiyaclarınızı öyrənməyə çalışın. Beləcə həddindən artıq karbonhidrat alışını maneə törətmiş olarsınız. 
-Çörək yemək üçün ən yaxşı zaman məşqin ardından səhər və günorta ətrafı olacaq. Karbonhidrat alışı axşam saatlarında çox olmamalıdır. 
-Öz çörəyinizi edin. Yaxşı çörək satın almaq mövzusunda narahatlığınız varsa müxtəlif təriflər köməyiylə öz çörəyinizi edə bilərsiniz. Beləcə çörəyin içində tam olaraq nə olduğunu bilərək yeyə biləcəksiniz.
Tərcümə  etdi: PRETTY_GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!