Yeyərək zəifləyin..

Yeyərək zəifləyin..
Dieta - Fitnes
10.09.2017 63

Kaloriləri içməyin; yeyərək zəifləyin
Son illərdə "maye kalorilər", kilosuna diqqət yetirənlər üçün əhəmiyyətli bir faktor. Meyvə şirəsi, aromalı qəhvələr, şəkərli çaylar kimi yüksək kalorili içkilər, xüsusilə hərəkət azsa ciddi bir təhlükə yaradır.

Dəyişən vərdişlərlə birlikdə maye kalorilər, əhəmiyyətli bir təhlükə olaraq özünü göstərməyə başladı.
Mütəxəssis Diyetisyen Delərə Qoçaq, bir stəkan limonad, meyvə şirəsi, şəkərli çay ya da kremli qəhvənin göründüyü qədər günahsız olmadığını ifadə edərək, xüsusilə hərəkət azsa bu kalorilərin bədəndə yakılamayınca yağa çevrildiyini ifadə edir. Ayrıca maye kalorilərin mədəni yemək kaloriləri qədər doldurmadığını, uzun müddət toxluq təmin etmədiyini və aclıq hissini eyni dərəcədə təmin etmədiyini də əlavə edir. 
Qoçaq, qəhvəyə və şokolad aromalarına "ağ" sözünü əlavə etmənin də daha çox kalori mənasını verdiyini söyləyir:
"1 stəkan tam yağlı südlə edilmiş və krem əlavə olunmuş mochanın təxminən 300-400 kalori olduğunu bilirik. Ağ şokoladlı mocha üçün 100 kalori daha əlavə etməmiz lazımdır və nəticə olaraq içdiyinizdə 500 kalori götürmüş olursunuz. Bu da az haradasa bir paylıq yemək kalorisi. Halbuki dişləriniz hərəkət belə etmədi və asanca içdiniz. Xüsusilə gənc qurşaq aromalı qəhvələri olduqca çox istehlak edir. Bu mövzuda onları şüurlandırmaqda böyük fayda var. Hərəkətsiz gənclər üçün maye kalorilər daha da təhlükəli ola bilər."
Qoçaq, qəhvələrin yağsız süd ya da soya südü ilə hazırlandığında isə daha aşağı kalorili olacağını, ancaq hər gün idarəsiz  içildiyi təqdirdə yenə artıqdan kalori alınacağı üçün bunun da qəti bir həll olmadığını söyləyir.
Qoçağa görə bir başqa diqqət yetirilməsi lazım olan nöqtə də yüksək fruktozlu misir siropu və ölçülü dadlandırıcı istifadə edilməsi... Ayrıca karbonhidratları içmək yerinə yemək də daha sağlam bir həll. Məsələn meyvə şirəsi içmək yerinə meyvənin özünü yemək, kilo idarəsinə köməkçi olur. Bütün bunların yanında həddindən artıq şəkərli bütün içkilərin istifadəsinin obeziteye yol aça bildiyini araşdırma nəticələri də sübut edir.
Spirtli içkilərdən gələn kalori mövzusunda da içkilərdəki spirt nisbətinə görə kalori miqdarının təsirləndiyini unutmamaq lazımdır. 1 qram spirt 7 kalori enerji verir. 1 qram yağın 9 kalorilik enerji verdiyini xatırlasaq spirtli içkilərdən necə sıx bir kalori alındığını asanca görə bilərik. 
Qoçağın bu mövzudakı təklifi isə kalorisiz içkiləri seçmək və suya daha çox ağırlıq vermək. ..Çünkü maye kalorilər, gündəlik ehtiyacınız olan kaloriləriniz üçün ağıllıca bir sərmayə olmağa bilər.
Tərcümə
 etdi: PRETTY_GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!