Bel nahiyəsinin piylərini necə əridək?

Bel nahiyəsinin piylərini necə əridək?
Dieta - Fitnes
10.09.2017 21
Bütün korpusla edilən hərəkətlər.

Ayaqlarınızı bir qədər aralı, əllərinizi isə belinizə qoyun;

Çiyinlərizi bütün korpusunuzla sağa, sonra isə sola çevirin;

Bədənin aşağı hisəsi hərəkətsiz qalır.



Əyilmələr.

Düz dayanın, ayaqlarınız bir qədər aralı stula oturaraq kimi əyiln;

Əllərinizi sağ budunuza doğru bitişik vəziyyətdə saxlayın;

Düz durun, sol buda doğru əllərinizlə yarımdairə təsvir edin;

Ayağınıza buda doğru qaldırın.



Velosiped.

Uzanın, ayaqlarınızı dizdən qatlayaraq yuxarı doğru qaldırın;

Sağ dirsəyiniz sol dizə, solu isə sağ dizə doğru hərəkət elətdirin.



Yan üstə qalxmalar.

Bir yanınız üstündə uzanaraq, əlinizi başınızın altına qoyun;

Çiyinlərinizi aralı saxlayın;

Hər iki tərəfə korpusunuzu bir neçə dəfə çevirin.



Ayaqla edilən hərəkətlər.

Döşəməyə sağ yanınız üstündə uzanın;

Ayağınızı qaldıraraq  hər tərəfə hərəkət etdirin;

Sağ tərəfə dönərək eyni hərəkəti təkrarlayın.



Dartınmalar.

Yerə oturun ayaqlarınızı aralı qoyun;

Qollarınızı  dirsəkdən qatlayın və onlara söykənin;

Çiyinlərinizi düz saxlayın;

Dizlərinizi çiyinlərinizə doğru düz bucaq altında saxlayın, baldırlarınız döşəməyə  paralel şəkildə olmalıdır;

Ayaqlarınızı döşəməyə toxundurmadan qabağa uzadın;

Yenidən ayaqlarnızı çiyinə doğru qaytarın, əvvəl 5, daha sonra 15 dəfə təkrar edin.



Oturub qalxmalar.

Yarı oturan şəkildə bir neçə dəfə əyilib qalxın.



Əvvəl yavaş, sonra tez-tez təkrarlayın.

Məşq zamanı əlləriniz qabaqda, qarnınız içəri doğru çəkilmiş olmalıdır. Daha sonralar bu hərəkətləri 100-dək artırmaq lazımdır.

Burulmalar.

Döşəməyə oturun, ayaqlarınızı aralı saxlayın;

Arxaya doğru dirsəklənərəq uzanın;

Dizlərinizi bədənə doğru gətirin, sonra hər iki tərəfə hərəkət elətdirin. Sonra ayağınızı havaya qaldıraraq gah sola, gah da sağa doğru hərəkət elətdirin. Burularaq edilən hərəkəti 10 dəfə təkrarlayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!