Arıqlamaq üçün 7 ip ucu

Arıqlamaq üçün 7 ip ucu
Dieta - Fitnes
10.09.2017 29
1-Yeməkdən sonra

Yeməkdən sonra şirin yemə vərdişinizin önünə meyvə yeyərək keçə bilərsiniz beləcə şirin yemə istəyinizi də azaltmış olarsınız.



2-Göz zövqünə əhəmiyyət verin


Salat yeməyi sevmirsinizsə özünüzə qəşəng bir salat qabı alın və salatlarınızı bu qabda yeyin. Həm göz zövqünüz həm də kilolarınız üçün daha faydalı olacaq.



3-Şəkəri unudun


Şəkərli qidalar qan şəkərinin qısa müddətdə artmasına ya da düşməsinə səbəb olar. Bu səbəblə şirin yedikdən sonra təkrar şirin yemə ehtiyacı duyarıq. Şəkərin çoxu bədəndə yağ olaraq yığıldığı üçün mümkün olduğunca az istehlak edilməlidir.



4-Duz qəti


Duz, bədəndə su tutulmasına səbəb olar və qabarıqlıq hissi yaradar. Ayrıca duzun iştah açan bir xüsusiyyəti olduğundan, süfrədə duz istifadə etməmək və bişmiş yeməklərə artıqdan duz əlavə etməmək lazımdır.



5-Küçədə yeməyin


Restoranlarda ya da ev xaricində yeyilən yeməklər kilo aldırıcı ola bilər. Bu səbəblə çöldə yemək məcburiyyətində qaldığınız zamanlarda salat ya da qızartma yeməkləri yeyin.



6-Alışverişdə özünüzü itirməyin


Market alverinə çıxdığınızda aç olmamağa diqqət yetirin çünki aç olduğunuzda canınız hər şeyi almaq istər və evə gəldiyinizdə şkafınızın zərərli yeməklərlə dolduğunu görərsiniz. Belə bir şkafa etiraz etmək isə çətindir. Bu səbəblə tox bir şəkildə sağlam yeməklər götürməyə və bir siyahı edib o siyahıdan çölə çıxmamağa diqqət yetirin.



7-Süfrəyə oturun


Yemək vaxtında mütləq süfrəyə oturun çünki ayaqda ya da televiziya qarşısında yemək yediyinizdə doyduğunuzu anlamaz və daha çox yeyərsiniz.



Tərcümə etdi: PRETTY_GİRL

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!