İsti Havalarda Bunları Etməyin

İsti Havalarda Bunları Etməyin
Dieta - Fitnes
10.09.2017 14
Yaz mövsümü gəlincə həm kilo vermək həm də gümrah qalmaq üçün məşq edilər. Lakin doğru qoruyucu tədbirləri götürmədiyiniz müddətcə, isti havalarda məşq etmək təhlükəli ola bilər.



Məşq müddətiniz nə olmalı?


Havanın isti olması, fiziki məcbur etmə ilə birlikdə bədən istiliyini artırar. Əgər bədəniniz hava istiliyinə hələ adaptasiya olmadısa, aşağı sıxlıqda bir məşq ilə başlayaraq, 2 həftə kimi bir müddət içərisində səviyyənizi artırmalısınız.



Günorta saatlarında idman etməyin!


Günəşin güclü olduğu günorta saatlarında məşq etməkdən qaçının. Havanın daha sərin olduğu səhər erkən və ya axşam erkən saatlarını seçin. Mümkünsə, günəşə məruz qalmadan kölgədə məşq etməyə çalışın.



İdman edərkən həddindən artığa qaçmayın!


Məşqinizi məhdudlaşdırmaq üçün müəyyən bir müddət vermək doğru olmaz. Yalnız, bədəninizin istilik ilə birlikdə yorğunluq və halsızlıq verən siqnallarına diqqət yetirmək əhəmiyyətlidir. Əzələ krampları, bulanma, baş ağrısı və baş gicəllənməsi kimi siqnallar, məşqdə həddindən artığa qaçdığınıza işarə edər. Bu vəziyyətdə istirahət etməniz və bol su içməniz lazımdır.



Tərcümə etdi: PRETTY_GİRL

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!