Beyonce nin arıqlamaq sirrləri

Beyonce nin arıqlamaq sirrləri
Dieta - Fitnes
10.09.2017 15
Qadınların ən böyük problemi olan çəki  problemi də yazla birgə  ortaya çıxmağa başladı.Ən sevdiyimiz paltarın içinə girə bilmək üçün nələr vermərik, hansı yolları sınamarıq ki… 
Bildiyiniz kimi keçən il bir qız  uşağı  dünyaya gətirən Beyonce, hamiləlik əsnasında tam 26 kilo almışdı. Ardından bu kiloları verərək köhnə görünüşünə qovuşan Beyonce bunu necə reallaşdırdığını  açıqladı.
Hamiləlikdə aldığı kiloları vermək üçün böyük səy sərf etdiyini söyləyən 31 yaşındakı müğənni, "Mən doğuşdan zəif bir qadın deyiləm. Bədənimi formada tutmaq üçün çox işləmək məcburiyyətində qalan insanlardanam. Şou dünyasının içindəyəm və yaxşı görünməyə məcburam. Ancaq bunun üçün çox idman edirəm. Bir çox qadın kimi hamiləykən həddindən artıq kilo aldım. Çünki bədənim buna uyğundur. Təkrar səhnələrə dönmək üçün isə zəifləmək məcburiyyətində qaldım."
 Beyonce nin ağızından addım-addım kilo vermə sirləri: 
* Doğum sonrası makaronu tamamilə buraxdım. 
* Qırmızı ət yerinə bol- bol balıq yeyirəm. 
* Əvvəllər çox su içməzdim. Artıq gündə 3 litr su qəbul edirəm. 
* Naharda yumurtanın ağlarından edilmiş omlet yeyirəm. Yanında ya qaynadılmış tərəvəz ya da az yağlı südlə qarışdırılmış yulaf əzməsi olur. 
* Nahar yeməklərində balıq və qaynadılmış tərəvəz yeyirəm. 
* Yalnız bazar günləri özümü mükafatlandırıram.  Yalnız bir neçə dilim pizzayla özümü mükafatlandırıram. 
Əslində Beyoncenin kilo vermə sirləri də klassik və hamımızın bildiyi zəifləmə üsullarından heç də fərqli deyil… Yalnız etməmiz lazım olan yaxşı idman, bol su və yediklərimizə diqqət etməkdir…
/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!