++++++++Metobolizma Sürətləndirici Diyet

++++++++Metobolizma Sürətləndirici Diyet
Dieta - Fitnes
10.09.2017 80
Maddələr mübadiləsinizin sürətlənməsi demək gün içində xərclədiyiniz enerji miqdarının da artması mənasını verər. Bu sayədə tətbiq etdiyiniz diyetlə birlikdə daha sürətli bir şəkildə kilo verə bilərsiniz. Sizə verəcəyimiz maddələr mübadiləsi sürətləndirmə diyeti sayəsində həm çox kilolarınızdan xilas ola bilər həm də şüursuzca tətbiq etdiyiniz diyetlər üzündən yavaşlayan maddələr mübadiləsinizi sürətləndirə bilərsiniz.

Səhər: 4-5 ədəd ərik, 1 ovuc fındıq və ya qoz, 1 kibrit qutusu qədər ağ pendir, 1 dilim kəpək çörəyi və istədiyiniz qədər pomidor, xiyar, yaşıllıq.
Ara: 1 ədəd meyvəli qatıq.
Günorta: 1 kasa şorba (kremsiz), 1 dilim kəpəkli çörək, 4-6 yemək qaşığı zeytunyağlı tərəvəz yeməyi, salat.
Ara: 1 ədəd meyvə (alma, armud kimi) və 1 kasa qatıq və ya 1 stəkan süd.
Axşam: 1 kasa şorba, 100 qram balıq və ya 3 ədəd küftə, salat, 1 dilim kəpəkli çörək.

Bu diyeti tətbiq edərkən gün içində ən az 2.5 litr su istehlak etməyə diqqət edin. Əgər bu su istehlakını edə bilmirsinizsə zəifləməyi də gözləyə bilməzsiniz. Maddələr mübadiləsi sürətləndirici bu diyetə qətiliklə payları atlamadan davam etməyə çalışmalısınız. Əgər diyeti tətbiq edərkən acdığınızı hiss etsəniz diyeti pozmaq yerinə bir kök ya da bir ovuc qədər ağ ləbləbi istehlak edə bilərsiniz.

Tərcümə etdi:
PRETTY_GİRL
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!