Qeyri-Kafi Yuxu İnsanı Kökəldir

Qeyri-Kafi Yuxu İnsanı Kökəldir
Dieta - Fitnes
10.09.2017 37
Qeyri-kafi yuxu kilo aldırır, Yuxusuzluq kökəldiyərmi? Bəli xanımlar, uzun müddətdir diyet edirsiniz çox kilolardan xilas olmağa çalışırsınız.

Və heç cür istədiyiniz kilonu vermiş deyilsiniz. Yaxşı heç düşündünüzmü bunun səbəbi nizamsız və qeyri-kafi yuxu ola biləcəyini? Mütəxəssislər xəbərdar edir, qeyri-kafi yuxu sağlamlığımızı pozduğu kimi kökəldiyir. Budur mütəxəssislərin cavabları:

Yuxusuzluğun, iştahı azaldaraq həddindən artıq yemək yeməyə və toxumalarda yağ yığılmasına səbəb olduğunu ifadə edən Prof. Dr. Ərdoğan Kunter, sağlam yuxunun, sağlam bir həyat üçün olmazsa olmaz bir zərurət halına gəldiyini söylədi.

İstanbul Medipol Universiteti Sağlamlıq Elmləri Fakültəsi Dekanı Sinə Xəstəlikləri Mütəxəssisi Prof. Dr. Ərdoğan Kunter, qeyri-kafi yuxunun səbəb olduğu mənfiliklərdən birinin də həddindən artıq kilo alışı olduğunu söylədi.

Qeyri-kafi yuxunun insanın immunitet sistemini, xəstəliklərə müqavimətini, ağrıya və psixoloji stressə dözüm gücünü mənfi təsir etdiyini ifadə edən Kunter, "Yuxusuzluq, iştahı azaldaraq həddindən artıq yemək yeməyə və toxumalarda yağ yığılmasına səbəb olmaqdadır" dedi.

Sağlam yuxunun, sağlam bir həyat üçün olmazsa olmaz bir zərurət halına gəldiyini vurğulayan Kunter, bunları qeyd etdi: "Gündəlik fəaliyyətlərimizi normal şəkildə icra edə bilməmiz üçün və bütün orqanlarımızın sağlam işləməsi, hormonal fəaliyyətlərin nizamlı olaraq çalışması üçün kafi müddət və keyfiyyətdə yuxuya ehtiyacımız vardır. Eyni şəkildə ideal bədən ağırlığımızı qorumaq içində sağlam yuxu mütləq lazımlıdır."



Tərcümə etdi:
PRETTY_GİRL

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!