+++++++++Qarın tipinizə görə arıqlayın

+++++++++Qarın tipinizə görə arıqlayın
Dieta - Fitnes
10.09.2017 67
Kim dümdüz bir qarın istəməz ki? Təbii hər göbək şəklinin fərqli zəifləmə ehtiyacları olduğunu unutmayaq. Məşhur məşqçi və bəslənmə mütəxəssisi Ceyms Duigan göbək tipinizə görə etməniz lazım olanları izah edir.




 Rezin göbək
Bu şəklə sahib göbəklər səhv qidalanma və az məşq səbəbi ilə meydana gələr, zəiflətmək asandır. Ümumiyyətlə ofisdə stol arxasında işləyənlər və şirin qidaları sevənlərdə meydana gələrlər.
Təkliflər:
Spirti azaldın. İçindəki şəkər göbəyinizin daha da genişləməsinə səbəb olar.
Spirtsiz keçən iki həftə sonunda sağlam qidalar qəbul etməyə və daha çox hərəkət etməyə diqqət edin. "Az yağlı və pəhriz" abur cuburlardan qaçın.
Balıq, yumurta, orqanik ət və tərəvəz kimi yeməkləri seçin. Məsələn günə yumurta, qızartma toyuq və tərəvəzlə başlayın. Avokado, fındıq kimi yaxşı yağları qəbul etməkdən qorxmayın, məşq olaraq isə qaçışa çıxmaq və ya yoga etmək faydalı olacaq.


 Stress göbəyi
Bu tip göbəklər müvəffəqiyyətli insanlarda görülər. Bu tip insanların həzm problemləri də vardır. Buna görə göbəkləri olduğundan daha böyük görünər. İnsan stressə düşdüyündə kortizol hormonu ifraz edər, bu da yağın qarının ətrafına yapışmasına səbəb olar. Bu kəslər çox qəhvə içməkdən və ara yeməkləri ötürdüyü üçün abur cuburla qidalanar.
Təkliflər:
Tez yatın.. Bu da beyində iştahı nəzarət edən leptin hormonuna təsir edər. Buna görə daha çox yeyərik və şəkərə olan  ehtiyacımız artar.
Yatmadan əvvəl meditasyon edin və ya uzun və isti bir duş alın. Bu yaxşı bir yuxu təmin edəcək.



 


Balaca göbək
Bu tip göbəklərə sahib olan qadınlar ümumiyyətlə çox işləyir, karier sahibi analardır. Ümumiyyətlə eyni yeməkləri qəbul edər və təkrarlanan bir proqram tətbiq edərlər. Bu kəslər məşq asılısı insanlar belə ola bilər. Çox məşq də qarın əzələlərinin bu şəkildə bir çıxıntı meydana gətirməsinə səbəb ola bilər.
Təkliflər:
Yaxşı və lifli qidalar qəbul edilməlidir. Bu həzm sistemini daha sağlam hala gətirər. Tam taxıllı məhsullar və yaşıl yarpaqlı tərəvəzlər təbii lif qaynaqlarıdır.
Çox su qəbul edin və həzm edilməsi asandır .


 Hamilə göbəyi
Bu cür göbəyə sahib qadınlar ümumiyyətlə bir neçə il əvvəl doğum etmiş olanlar arasındadır. Doğumdan sonra düşən rəhm ağırlaşdığından göbəyin əvvəlki halına gəlməsi uzun vaxt alar.
Təkliflər:
Alt qarın bölgəsini işlədilərək qan axışının burada sürətlənməsi və boşalan əzələlərin sıxlaşdırılması təmin edilməlidir.
Fındıq, badam, zeytun yağı kimi həzmə köməkçi qidalar alınmalıdır.


 Şiş göbək
Ümumiyyətlə həzm problemlərinə bağlı qaz yığılması, allergiya və ya səhv pəhrizdən qaynaqlanan bu cür göbəklər, səhər vaxtlarında qabarıq görünüşdədir. Zəif, kilolu fərqinə varmadan hər növ qadın bu göbək problemindən şikayət edə bilər.
Təkliflər:
Adamdan adama dəyişən həzm problemlərinin ən məşhur səbəbi, taxıl, spirt, mayalılar və işlənmiş qidalardan qaynaqlanar. Bu qidaların tərkibindəki qabarıqlığın ana məsulu olan glüten maddəsindən uzaq dayanılmalıdır.
Səhv qidalanma və ya uzun davamlı aclıq da qabarıqlıq yaradar.
Doğru nəfəs alınmalıdır. Hər səhər zəif bir şəkildə kürək üstü uzanılıb 10 dəfə dərin nəfəs alınıb verilməlidir.
Tərcümə etdi: Aytən Mələkскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!