Yay pəhrizi ilə formda qalın

Yay pəhrizi ilə formda qalın
Dieta - Fitnes
10.09.2017 53
Sağlam və sürətli kilo verdirən pəhriz 
Yay
tətili üçün planlar çoxdan düşünülüb amma qışda alınan kilolar,
sevilərək alınan çimərlik geyimiləri üçün yaxşı xəbər deyil. Türkiyəli
mütəxəssis Seçil Kenar, yay aylarında istənilən kiloya çata bilməyənlər
üçün həm sağlam, həm də qısa müddət ərzində kilo atmağı asanlaşdıran
pəhriz proqramı təklif edir. 
3-4 kilo atmaq üçün sağlamlığa zərər verən pəhrizdən uzaq durmağı tövsiyə edir və aşağıdakıları etməyi məsləhət görür. 

Gündə 3 dəfə nahar edin. 
Yeməklərdə bol-bol qaynadılmış və ya buxarda bişmiş tərəvəz yeyin. 
Gündə 2 litr su için 
Gündə 1 stəkan qazlı su, 2 stəkan isə yaşıl çay için 
Yağlı yeməkləri azaldın, meyvə və tərəvəzləri isə artırın
Sizi tox tutan qidalar, quru meyvələr və qoz-fındıq yeyin
Gün ərzində çərəzlərdən uzaq durun
Hazır meyvə suyu da içmək yaxşı təsir edir

Sağlam pəhriz proqramı 
Səhər 
1 fincan qatıq
6 ədəd çiyələk 
2 ədəd qoz 
1 dilim ananas
Ara - 3 ədəd qaysı qurusu 
Günorta 
1 boşqab tərəvəz şorbası 
1 fincan qatıq 
Ara - 1 dilim qarpız + 1 dilim pendir 
2-3 ədəd kəpəkli peçenye 
Axşam 
1 boşqab qaynadılmış və ya buxarda bişirilmiş tərəvəz 
1 fincan qatıq 
Gecə 
1 ədəd alma 
6 ədəd badam 
Bu pəhrizin kalori miqdarı aşağı olduğu üçün xroniki xəstəlikləri olanlar, həkimə müraciət etmədən tətbiq etməməlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!