Məşhur modeldən həftəyə 5 kiloqram arıqladan pəhriz

Məşhur modeldən həftəyə 5 kiloqram arıqladan pəhriz
Dieta - Fitnes
10.09.2017 76
Amerikalı model Sindi Krouford hər zaman formada qalmağının sirrini açıb.



O, bütün dünyada təkcə model biznesi ilə deyil, həm də pəhrizi ilə məşhurdur. Modelin pəhrizindən hətta Hollivudun bir çox ulduzu da istifadə edir:



Qadınlar.biz saytı Sindi Kroufordun məşhur pəhrizlərini təqdim edir. Qaydalara əməl etsəniz, həftəyə 5 kiloqram arıqlayacaqsınız.



İlk gün: kələm şorbası, təzə tərəvəz, 150 qr. yağsız yoqurt.



İkinci gün: kələm şorbası, təzə meyvə, 150 qr. yağsız yoqurt.



Üçüncü gün: kələm şorbası, tərəvəz və meyvə, 150 qr. yağsız kəsmik.



Dördüncü gün: kələm şorbası, 20 qr. buxarda bişmiş toyuq əti.



Beşinci gün: kələm şorbası, suda bişmiş mal əti.



Altıncı gün: kələm şorbası, təzə tərəvəz salatı, 150 qr. yoqurt.



Yeddinci gün: kələm şorbası, təzə meyvə və tərəvəz, 150 qr. yağsız kəsmik.



Pəhriz zamanı yeyəcəyiniz kələm şorbasının resepti:



1 ədəd orta böyüklüyündə kələm, 6 ədəd kök, 6 ədəd yaşıl və adi soğan, 2 ədəd bolqar bibəri, 3 ədəd pomidor, 5 ədəd kərəviz, 1/3 stəkan düyü.



Hazırlama qaydası:



Tərəvəzləri yuyub xırda doğrayın, soyuq suya töküb yumuşalana qədər bişirin. Sonra içərisinə ət suyu (bulyon) və düyü əlavə edin. Bişdikdən sonra xırda doğranmış yaşıl soğanı və kərəvizi töküb için.



Pəhriz zamanı şəkərdən istifadə etmək olmaz. Gün ərzində çalışın ki, çox su içəsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!