Yaponlar ideal çəkidə qalmağı necə bacarırlar?

Yaponlar ideal çəkidə qalmağı necə bacarırlar?
Dieta - Fitnes
10.09.2017 45
Hədsiz köklük
dünyanın bir neçə ölkəsində yayılan xəstəlikdir. Yaponiyada isə bu
xəstəliyə çox az rast gəlinir. Bəs onların ideal çəkidə qalmasının sirri
nədir? 




Balıq - Yaponlar
balığın hər növündən istifadə edirlər. Daha çox da buxarda bişirməyə
üstünlük verirlər. Hətta sulu yeməklərdə də balıqdan istifadə edirlər.
Balığın içindəki omega-3 immuniteni qüvvətləndirir. İnfeksiyalardan
qoruyaraq xəstəliklərin qarşısını alır. Ürək və beyin fəaliyyəti üçün
əhəmiyyətli qidadır. 



Düyü -
"Yaponlar düyü yediyi üçün arıqlayır" cümləsini tez-tez eşidirik. Düyü
bizim də süfrələrimizin baş tacıdır. Lakin yaponlar bizdən fərqli olaraq
qara və kəpəkli düyüyə üstünlük verirlər. Həm də onlar düyünü bizim
kimi bol yağda bişirmirlər, yaponlar düyünü qaynadıraraq yeyirlər. Daha
sağlam və lifli halda hazırlanan düyü, xəstəliklərdən qoruyur. Bundan
başqa ideal çəkilərini qorumağa kömək edir. 



Tərəvəz - Yaponlar tərəvəzdən həddindən artıq çox istifadə edirlər. Bizdən
fərqli olaraq, onlar tərəvəzləri saatlarla qaynatmırlar. Əksinə buxarda
bişirərək tərkibindəki mimeralları, vitaminləri, antioksidant
xüsusiyyətlərini qorumağa çalışırlar. 



Rafinə olunmuş məhsullar - Rafinə ediımiş şəkərli yemək-içməyə və hazır qidalara üstünlük vermirlər. Əsasən təbii qidalardan istifadə edirlər. 



Şirniyyatlar - Bir çoxumuz yeməkdən sonra şirniyyat yeməyə üstünlük verirk. Onlar
isə meyvə yeməyə üstünlük verir. Meyvələri də yaşıl çayla yeyir. Gecələr
isə meyvə yeməyə diqqət edirlər. 



Kiçik porsiyalar -
Yaponlar yeməyi asta-asta və kiçik porsiyalarla yeyirlər. Beləcə
yaponlar beyin toxluğunu təmin edənə qədər daha az yemək yemiş olurlar.
Bizim etdiyimiz səhvlərdən biri də yeməyi çox tez yemək və toxluq hissi
gələnə qədər aşırı kalori almaqdır. Bu da çəki artımına səbəb olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!