Diyetoloq Leyla: “Sellülit xəstəlik deyil...”

Diyetoloq Leyla: “Sellülit xəstəlik deyil...”
Dieta - Fitnes
10.09.2017 27
Diyetoloq Leyla Zülfüqarova bir çox qadınların
"yaralı yeri” olan sellülitdən qurtulmağın yolları barədə gün.az-a istinadən Qadınlar.Biz
oxucularına danışır:
Sellülit 80 faiz qadınların rast gəldiyi problemdir.
Bu, xəstəlik deyil. Sellülit - dərialtı toxumaların struktur
pozğunluğudur ki, dəri altında piy hüceyrələrinin dəriyə tərəf
irəliləməsi nəticəsində meydana çıxan deformasiya olub, qeyri-estetik
bir görünüş yaradır.



Digər endokrin sistemi ilə əlaqəli (insulin, tiroid hormonlarının)
çatışmazlıqlar da sellülitin yaranma səbəblərindəndir. Eyni zamanda,
irsi faktorlar, zülal maddələr mübadiləsinin pozulması, xroniki
yorğunluq, qidalanma pozğunluqları, stress, ekoloji amillər, zərərli
vərdişlər (siqaret və spirtli içkilər) sellülitin yaranmasında mühüm rol
oynayır.



Əsas etibarilə sellülit 20-40 yaş aralarında olan qadınları narahat
edir ki, bu da həmin müddətdə esterogen hormonlarının artması ilə
əlaqələndirilir. Qadınlarda belin altında, omba, sağrı nahiyəsində,
qolun, budun içəri hissələrində alt qıçın arxasında çox görülür.



Onu da qeyd edim ki, qarında sellülit olmaz. Bu nahiyədə gördüyümüz yağ
damlacıqları, ya da qat-qat yağlardır. Yəni bu nahiyədə olan yağların
sellülitlə heç bir əlaqəsi yoxdur.



Kişilərdə qadınların "qorxulu yuxu”suna çevrilən sellülitə rast
gəlinmir. Çünki qadınlarda yağ hüceyrələri bir-birinə paralel halda
düzülmüşkən, kişilərdə bunlar çarpaz bağlarda bölünüb. Bununla belə,
kişilərdə də müəyyən nahiyələrdə depolaşan piy kütləsi vardır ki, bunun
sellülitlə heç bir əlaqəsi yoxdur.



Sellülitin estetik bir problem olduğunu qeyd etdim. Əlavə edim ki, bu problem 4 mərhələdən ibarətdir:



- Bədənin sellülit yaranan hissəsini çimdiklə sıxdıqda portağal qabığı
görünüşü yaranırsa, sellülitin 1-ci mərhələsinə işarədir.



- Ayaqda durduğunuzda portağal qabığı görünürsə və əyilincə dərinin problemli hissəsi hamarlaşırsa, sellülit 2-ci dərəcədədir.



- Eyni hərəkəti edib, dikələn zaman portağal dəri hamarlaşmırsa, deməli, sellülit 3-cü dərəcədədir.



- 4-cü mərhələ az qadınlarda rast gəlinir. Bu mərhələdə sellülit bəzi yerlərdə yığılaraq hətta ağrıya belə səbəb ola bilər.



Sellülitin müalicə və mübarizə metodları isə dərəcəsinə görə dəyişir.
Bu problemin müalicəsindəki ilk mərhələ sellülitin nəzarət dietasından
başlanır. Çünki genetik və hormonal faktorları dəyişdirmək mümkünsüzdür.



Sellülitin müalicəsində ilk mərhələ adamın bəslənmə və həyat tərzini tənzimlənməsindən başlayır.



Onu da qeyd edim ki, 1 və 2-ci dərəcəli sellüliti ev şəraitində aradan
qaldırmaq mümkündür. Növbəti mərhələlər isə ancaq mütəxəssis
müdaxiləsindən sonra 1 və ya 2-ci dərəcəyə endirilə bilər.



Xanımlar, əgər portağal dərisindən azad olmaq istəyirsinizsə, duzlu qidalara "əlvida” deyin!



Bəslənmədəki ən əhəmiyyətli faktor duzlu qidaların çıxarılmasıdır.
Çünki sellülit meydana gələrkən dərinin altındakı yağ deposu arasında su
yığılır. Duz da su yığılmasını aktivləşdirmək üçün əvvəlcə duzlu
qidalardan və ziyanlı çərəzlərdən mütləq imtina etmək lazımdır.



İkincisi, bu duzun və suyun bədəndən atılması üçün daha çox maye
istehlak edilməlidir. Bu miqdar gündə 2-2,5 litr ətrafında ola bilər.
Eyni zamanda, yağlı qidalardan, undan hazırlanan bişmələrdən və
şirniyyat məhsullarından uzaq durmaq lazımdır. Kofe, alkoqol, siqaret
kimi vərdişləri də unutmaq lazımdır.



Ümumiyyətlə, sellülitin dərəcəsindən asılı olaraq görünüşdəki sellülit
qüsurlarını azaltmaq olur. Yalnız 1-ci dərəcədə olarsa tamamilə yox
etmək mümkündür.



Ən çox ev şəraitində qan dövranını artırmaq üçün tez-tez duş qəbul
edib, möhkəm kisələnin. Bitki mənşəli formullarla hazırlanmış
qarışıqlarla sellülit olan bölgələrə masaj edin.



Bunun üçün xüsusi məlhəm sürtülür.



Sellülit məlhəminin hazırlanmasında lazım olanlar:



- 5 ədəd limonun suyu



- 5 xörək qaşığı küncüt yağı



- 10 ədəd "Aspirin”



- 1 xörək qaşığı bibər yağı



"Asprin”lər əzilir, üzərinə sıxılmış limon suyu, küncüt və bibər yağı tökülüb qarışdırılır.



İstifadəsi:



Hazırladığınız qarışığı dairəvi şəkildə yuxarı doğru hərəkətlərlə
bədəninizi masaj edin. Məlhəm sürtüldükdən sonra bədənin həmin hissələri
marketlərdə satılan qida "klyonka”sı ilə bağlanır.



Bu prosedurdan sonra mütləq 30-40 dəqiqə yürüş və ya rəqs etmək
vacibdir. Çünki bu hərəkətlərlə məhz aşağı ətraflara təzyiq etmiş
oluruq. Daha bir əlavə edim ki, evdə sürülən velotrenajordan da istifadə
etmək çox effektlidir. İdmandan sonra isə hamamda kisələnmək lazımdır
ki, qan dövranı yaxşı işləsin.



Bu məlhəmi həftədə 3 dəfə etmək lazımdır.



Bundan başqa, selülitlə mübarizə aparan zaman aşağıdakı içkiləri də hazırlayıb, qəbul etməyi məsləhət görürəm.



Tərkibi:



- 1 litr təmiz su



- 2 alma



- 2 limon



Hazırlanması:



Almalar və limon fal-fal doğranır, üzərinə 1 litr su əlavə olunub, bir
gecə saxlanılır. Daha sonra isə gün ərzində həmin qarışığı fasilələrlə
için. İçin ki, bədəninizdəki yağların "yanmasına” yardımçı olasınız.



İkinci içki.



Tərkibi:



- 1 kq şaftalı



- 1 dəstə cəfəri



- 4 ədəd limon



- 1 stəkan dəmlənmiş yaşıl çay



Hazırlanması:



Şaftalı soyulub, əzilir. Cəfəri doğranır, limonlar dilimlənir, üzərinə 1 stəkan yaşıl çay əlavə olunur.



Bu qarışığı hər gün 1 stəkan olmaqla qəbul etmək lazımdır.
Hazırladığınız qarışığı təzə nanə də qatıb içə bilərsiniz ki, ləzzətli
olsun.



Hər iki qarışığı ayda bir dəfə 1 həftə davamlı etmək lazımdır.



Leyla Zülfüqarova, diyetoloqскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!