Bədəndə toplanmış local piylərlə mübarizə metodları

Bədəndə toplanmış local piylərlə mübarizə metodları
Dieta - Fitnes
10.09.2017 30
Yaşından asılı olmayaraq, bir çoxlarını xüsusilə də
qadınları narahat edən ən aktual
problemlərdən biri də bədənin müəyyən hissələrində piy kütlələrinin olmasıdır.
Buradan belə bir sual meydana gəlir: niyə arıqlayandan sonra həmin hissələrdən
piylər getmir?
Əlbətdə bu gündəlik müraciət edən passientlər arasında
ən çox verilən sualdır ki, bunun da səbəbləri müxtəlifdir.
Belə ki, bunun başlıca səbəbi yağ toxumalarının
fiziologiyasından asılıdır. Orqanizmdə toplanan yağ toxumalarını yağ hüceyrələri
təşkil edir ki,bunlar da "adopositlər” adlanır.Bu adopositlərində funksiyasıorqanizmi enerji ilə təmin etməkdən ibarətdir.
Eyni zamanda, gələcəkdə
enerjiyə olacaq ehtiyaca görə həmin enerjini depolamaq (ehtiyat halında
toplamaq) kimi xüsusiyyəti də vardır. Buna görə də bu adopositlərin (yağ hüceyrələrinin)
bu iki funksiyası orqanizmi bütün ömrü boyu müşayiət edir.
Birinci, lipoqenez funksiyasi - yağ hüceyrələrinin əmələ
gəlməsi və ehtiyat halında toplanmasi. İkinci, lipoliz funksiyasi - yağ hüceyrələrinin
parçalanması ki, bunun da nəticəsində orqanizmin enerji ilə təmin
olunması baş verir.
Beləliklə də, bu iki mexanizm arasinda tarazlıq
pozularsa lipoqenez prosesi davam edəcək.Digər proses isə natamam qalaca. Nəticədə isə müəyyən nahiyyələrdə
(qarın, bel, omba, sağrı) piylər lokallaşır… Lipoliz funksiyasının pozulması nəticəsində
yağlar depolaşır.
Məhz həmin nahiyələrdə piylərin toplanması xüsusilə qadınlarda mövcud
olması əlbətdə ki təsadüfi deyil. Yağ hüceyrələrinin həyat fəaliyyətini
stimullaşdıran alfa - 2 reseptorları
kişilərdən fərqli olaraq qadınlarda məhz həmin nahiyələrdə mövcuddur. Kişilərdə isə bu
nahiyələrdə Betta-reseptorları toplanir
ki, bu da lipoliz (yağların parçalanması) prosesini stimullaşdırır.
Əlbətdə ki, digər səbəblər də var ki, bunlar genetik mənşəli
yağların müəyyən hissələrdə lokal yiğılmasıdır.
Eyni zamanda,qadınlarda müəyyən hormonal statusun dəyişməsi ilə əlaqədar olaraq
orqanizmdə yağların çoxalmasina səbəb olacaq fermentlərin de aktivləşməsidir.
Bir çox insanlarin məhz irsiyyətindən irəli gələrək bədən qurluşları 2 yerə
ayrılır.
Birinci "qinoid tip” olaraq müəyyənləşir (qadın-bədən tipi)ki,belə insanlarda yuxari ətrafın aşağı ətrafa nisbətdə ölçüləri kiçik
olur. İkincilər isə "android tip” (kişi-bədən tipi) olaraq yuxari ətrafin ölçüleri əksinə olaraq aşağı ətrafa
nisbətdə böyuk olur. Bunlardan əlavə,bir çox insanlarda məhz genetik olaraq həmin ailənin özlərinə məxsus
konfiqurasiyaları da olur ki, bəzən belə insanlar çəki problemləri olmasa da,
belə yalnız müyyən nahiyyədə lokal piy
yığılması onlar üçün xarakterik ola bilir.
Bu problemin mübarizə metodları isə müxtəlifdir. Əlbətdə
ki, bütün bu faktorların çoxluğundan hər bir insanın orqanizminin indivudal
fiziologiyasını nəzərə almaq lazımdır. Dietoloq kimi tövsiyyə edərdim ki, əgər
pasient yüksək dərəcədə artıq çəkiyə malik deyilsə, sadəcə olaraq, onda pəhriz
və fiziki çalışmaların təsiri altında getməyən müəyyən miqdarda məhdud piy
yığınları (lokal olaraq) yaranıbsa, bu halda ən radikal metod saydığımız
liposaksiya xüsusilə yaxşı nəticələr verə bilər.
Bəzi insanlarda bud və ya diz nahiyəsində piy
yığınlarının yaranmasına dair anadangəlmə meyl mövcuddur. Qadınlarda hamiləlikdən
sonra belə hal qarın nahiyəsində müşahidə edilir. Bəzən çox çəkili insanlarxüsusilə piylənmədən əziyyət çəkənlər bəzən yanlış istiqamətdə elə
başından cərrahi mudaxiləni özləriplanlaşdirirlar.
Hansı ki, bu kompleks çalışmaların nəticəsində bizim tərəfdən
müəyyənləşdikdən sonra həmin insanın aşırı kiloqramlarını minimuma endirib,
sonradan yalnız proffesional bir cerraha yöneldilməlidir. Pasiyentin təbii
formaları nəzərə almaqla cerrah piy toxumasının hansı həcmdə və harada götürülməsini
məsləhət görəcək. Tapşırıq piy toxumasının böyük həcmdə götürülməsini tələb etməyən
bədən konturlarının modelləşdirilməsi, yaradılması və saxlanılmasından ibarətdir.
Bu işdə əlbətdə ki, cərrahın necə birisi olması çox vacibdir. Cərrahın tibbi
müdaxiləsindən başqa onun heykəltəraş kimi bədənin konturları üzərində çox zərifliklə
işləməsi çox böyük əhəmiyyət kəsb edir. Bu baxımdan peşəkarlıq ön planda
olmalıdır.
Düşünürəm ki, bu haqda daha ətrafli FBM Estetik Mərkəzlərin bir çox ölkələrdə qurucusu doktor Hayati Akbaşlın fikirləri
maraqlıdır:
-Rasionunuzu və fiziki fəallığınızı dietoloqlar
yanında təhlil edin. Əgər elə nəticəyə gəlinsə
ki, "piy təbəqələri” sizin genetik
meylinizdir. Və heç bir çalışmalar ilə götürülə bilməz, bu metodika məhz sizin
üçün yaradılıb. Liposaksiya bədəndə ümumi piy yığınlarının uzun müddətə
azalmasına yox, məhz məhdud həcmdə piy toxumasının götürülməsinə zəmanət
verir. Liposaksiya – qeyri-mütənasib piylənmənin vakum vasitəsilə, artıq piy
toxumasının götürülməsi yolu ilə korreksiya üsuludur.
Hazırda liposaksiya bədənin müxtəlif nahiyyələrində -
boyun, bud, diz, qarının ön və bayır divarlarında toplanmış artıq piy
toxumasının götürülməsinin ən geniş yayaılmış cərrahi üsuludur. Liposaksiyanı
20-ci əsrin estetik cərrahiyə sahəsində inqilabi nəaliyyəti adlandırmaq olar.
Bu əməliyyat ya müstəqil olaraq ya da digər cərrahi müdaxilə növləri ilə
birlikdə aparıla bilər. Dəri nə qədər elastik olsa, kəsilmiş həcmə bir o qədər
yaxşı "oturur”. Liposaksiyanın olunmasına yaş məhdudiyyəti qoyulmur, xəstənin dərisinin
elastikliyi həlledici rol oynayır. .
Əks göstərişlər - istənilən kəskin xəstəliklər və ya
xroniki xəstəliklərin kəskinləşməsi, psixi pozğunluqlar, onkoloji xəstəliklər,
ümumi piylənmə, dartılmış dərinin sallanmasında, bədən qurluşunun piy toxuması
ilə əlaqəsi olmayan (sümük-əzələ sistemi, qarın boşluğu orqanları, və sairə ilə
bağlı) dəyişikliklərində.
Ağrısızlaşdırma. Liposaksiya zamanı adətən venadaxili
narkoz tətbiq edilir. Lakin artıq piy toxuması nisbətən kiçik sahələrə
toplanmış və yaxud venadaxili narkoza əks göstərişləri olan xəstələrdə yerli
anesteziyada tətbiq edilə bilər. Əməliyyatdan əvvəl isə biz cərrahlar
liposaksiya olunan sahələri işarələyir. Sonra nəzərdə tutulmuş sahələrə xüsusi
maye yeridirik. Bundan sonra xüsusi konyulə vasitəsilə piy toxumasını
dağıdırıq, piy toxuması emulsiyaya çevrilərək xüsusi sorucu vasitəsilə çəkilir.
Piyi dağıtmaq üçün həmçinin ultrasəsdən də istifadə olunur. Xüsusi aparat vasitəsilə
ultrasəs piy toxumasına ötürülür, piy toxumasının konsistensiyası yumşalır və
asanlıqla vakum vasitəsilə çəkilir. Ultrasəs əməliyyatın travmatikliyini,
mümkün ola bilən fəsadların yaranması ehtimalını sıfıra endirir.Əməliyyatın
mahiyyəti xırda kəsiklərdən 0,5sm-dək dərialtı piy toxumasına uc hissəsində bir
və ya bir neçə dəlik olan konyula yeridilir. Konyulanın diametri xaric olunacaq
piy toxumasının həcmi və lokalizasiyasından asılıdır. Konyulanın digər ucu
vakum aparatına birləşmiş olur. Vakum aparatı mənfi təzyiq yaradaraq piyin çəkilməsini
təmin edir. Konyulanın yelpikvari hərəkətlərlə
irəliyə yeridilməsi piy toxumasının dağıdılması və vakum aspirasiyanı təmin
edir. Əməliyyata sərf olunan vaxt əməliyyat həcmindən asılı olaraq müxtəlif ola
bilər.
Əməliyyatdan sonrakı dövrdə ise əməliyyatdan dərhal
sonra xəstə əməliyyatdan sonrakı dövr palatasına yerləşdirilir. Liposaksiya məhdud
sahələrdə (adətən 4 anotomik sahələrdən çox olmamaq şərti ilə) aparılmışdırsa,
2-3 saat klinikada qalmaq kifayət edir. Əməliyyatın həcmi nisbətən böyük
olduqda isə xəstə ertəsi günün səhərinə qədər klinikada tibbi personalın nəzarəti
altında qalmalıdır. Xəstənin vəziyyəti liposaksiyanın həcmindən asılıdır: əməliyyatın
həcmi nə qədər kiçik olsa, proses bir o qədər yüngül keçirilir. Pasiyent adətən,
əməliyyatın ertəsi günü öz adi həyat tərzinə qayıda bilir
Tikişlər əməliyyatdan sonra 5-7-ci sutkada sökülür, bu
müddət ərzində sarğının 1-2 dəfə dəyişdirilməsi kifayət edir. Əməliyyatın
uğurunun vacib şərti xəstənin həkimin məsləhətlərinə əməl etməsi, 1-2 ay ərzində
xüsusi kompresion geyimdən istifadə olunmasıdır. Bu əməliyyatın mahiyyəti nəzərdə
tutulmuş müəyyən sahələrdə piy toxumasının çox hissəsinin götürülməsidir ki, bu
zaman piy hüceyrələrinin zədələnməsi və sonra sovrulması baş verir. Əməliyyatdan
sonrakı dövrdə liposaksiya olunmuş sahələrdə şişkinlik müşahidə olunduğundan əməliyyatın
ilkin nəticəsini 4 həftədən son nəticəsini isə 3-6 aydan sonra qiymətləndirmək
mümkün olur. Təkrar liposaksiya əməliyyatı 3-6 aydan tez oluna bilməz. Mümkün
olan ağırlaşmalar müvəqqətidir. Dərinin rənginin dəyişilməsi (hematoma) və əməliyyat
nahiyyəsində şişkinlik, toxumaların sərtləşməsi, həssaslığın azalması, hərəkətin
məhdudlaşdırılıması, ümumi zəiflik, əməliyyat nahiyyəsində dərinin nahamar
olması. Nəticələr çox zaman qaneedici olur. Çünki liposaksiya konyulasını piy
toxumasına daxil etmək üçün uzunluğu 1sm, bəzən isə daha kiçik bir kəsik
olunur. Kəsiklər az nəzərə çarpan nahiyyələrdə
aparılır və onları tikərkən xüsusi texnikadan istifadə olunduğuna görə əmələ gələn
çapıq çox xırda olur, demək olar ki, görünmür. Piy hüceyrələrinin yerində çapıq
toxuması inkişaf etdiyinə görə əməliyyatın nəticəsi daimi olur. Əməliyyat dəridə
praktik olaraq heç bir iz qoymur. Əməliyyat sonu ağırlaşmalara çox nadir
halllarda təsadüf olunur. Daha sonra piy hüceyrələrinin bərpa oluna bilməməyi
yaxşı bədən qurluşunu uzun illər saxlamağa imkan verir. Bununla belə,
liposaksiyadan sonra qidalanmanın rasional olması vacib şərtdir.
Belə ki, orqanizmə daxil olan yağlar yeni nahiyyələrdə,
yeni problemli sahələr yarada bilərlər. Bu isə o deməkdir ki, daima
dietoloqunuzun tövsiyələrini unutmayin...

Leyla Zülfüqarova, diyetoloq
[/b]

Hayati Akbaş, estetik cərrah


Bədəndə toplanmış local piylərlə mübarizə metodları

 

 



 

[b]




 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!