Gəlinlər üçün detoks proqramı

Gəlinlər üçün detoks proqramı
Dieta - Fitnes
10.09.2017 41
Evlilik əvvəli tətbiq olunacaq proqram az yağlı, probiyotik xüsusiyyətdəki fermentə süd və süd məhsulları, yumurta, ağ ət, duru zeytunyağı və qoz, çiy badam kimi sağlam yağları, tam buğda çörəyi və paxlalılar kimi kompleks karbonhidratları, antioksidan xüsusiyyətdəki tərəvəz və meyvələri ehtiva etməlidir. Təbii ki, duzu azaltmaq və bol maye qəbulu  da göz ardı edilməməlidir.

Allergik reaksiyalar, bağırsaq problemlərini önləmək üçün sizə çətinlik verən və həzm sisteminizi pozan qidalar varsa, ən az 3 ay əvvəlindən diyetdən çıxardılmalıdır.

Nigaha bir ay qalmış enerjinizi artırmaq üçün bir müalicə multivitamin alına bilər. Parlaq və sağlam bir dəri, parıldayan gözlər üçün  omeqa 3 və yaşıl çay müalicəsindən də fayda görəcəksiniz.

Nigaha 10 gün qalmış tətbiq olunacaq detoks müalicəsi həm maddələr mübadiləsinizi sürətləndirəcək həm də enerjinizi zirvəyə qaldıracaq.
 10 gündəlik detoks proqramı:

- Çay, qəhvə, qazlı içkilər, şokolad qəbul etməyin.

- Hər növ spirtli içkidən 10 gün boyunca uzaq qalın.

- Şəkər və şəkər ehtiva edən hər növ qida, süni dadlandırıcılara on gün vida edin.

- Hər gün 5 boşqab təzə  tərəvəz-meyvə qəbul edin.

- Qırmızı ət, toyuq, pendir qəbul etməyin. Light kefir və qatıq seçin.

- 10 gündə ən az 4-5 dəfə qızardılmış balıq yeyin.

- Salatlara 1 çay qaşığı zeytun yağı əlavə edin.

- Bu müddət içində ağ un, makaron, düyü qəbul etməyin.

- Yaşıl çay, rəzyana çayı için.

- Hər gün 1-2 dilim ananas yeməyə laqeyd yanaşmayın.

- Xüsusilə kərəviz, zəncəfil qarışığı olan  tərəvəz suyu artıqlarınızı atmanıza köməkçi olacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!