Hər gün etməniz lazım olan 3 dartınma hərəkəti

Hər gün etməniz lazım olan 3 dartınma hərəkəti
Dieta - Fitnes
10.09.2017 102
Dartınma hərəkəti gün içərisində kifayət qədər su içmək kimi bir şeydir: Etməniz lazım olduğunu bilirsiniz, amma böyük ehtimalla kifayət qədər etmirsiniz.

Buna görə işinizi asanlaşdırmaq və ən əhəmiyyətli dartınma hərəkətlərinin hansıları olduğunu və sizə niyə bu qədər faydalı olduğunu anlamaq məqsədiylə New Yorklu ortopedik terapist və eyni zamanda dartınma hərəkətləri mütəxəssisi Beret Kirkebyin fikirlərini aldıq.



1. Donqar dartınma

Problem:  Bu əsrdə yaşayan biri olaraq ehtimalla zamanınızın çoxunu gün boyu kompüter qarşısında donqar bir vəziyyətdə keçirirsiniz. Bu oturma mövqesi boyun və sinə önündəki əzələləri qısaldar və kürəyinizi əlavə yumru hala gətirər.  (Bütün gün oturmanın sizə başqa şəkillərdə çox zərərli olduğunu saymırıq belə.)

Həll:  Əllərinizi kürəyinizin arxasında birləşdirin.  Qollarınızı yavaşca arxanızdan artıq daha çox qaldıra bilməyəcəyiniz nöqtəyə qədər qaldırın.  Sinənizdə yüngül bir çəkmə hiss edəcəksiniz.  Bir dəqiqə gözləyin, başınızı yüngülcə geriyə doğru salın və sonra hərəkəti yenidən üç dəfə təkrarlayın.



2. Onurğa dartınması

Problem:  Səhərlər necə möcüzəvi hiss etdiyinizi, lakin gün keçdikcə yorulmağa başladığınızı bilərsiniz. Bunun səbəbi bunun həqiqətən də doğru olmasıdır. Gün boyunca onurğanızdakı disklər arasındakı toxuma sıxışar və günün sonunda özünüzü həqiqətən bir miqdar qısalmış və daha az funksional hiss edərsiniz.

Həll:  Ayaqlarınız doğrudan ombalarınızın altında olacaq şəkildə ayağa qalxın və təhlükəsizliyiniz üçün dizlərinizi bir miqdar əyərək bədəninizin üst qisimini qıçlarınıza doğru aşağı şəkildə qatlayın. Qıçlarınızı yavaşca düz hala gətirib qollarınızı yerə doğru gətirin. Qollarınızı və başınızı 30 saniyə ilə bir dəqiqə arası yelləyin və sonra hər səfərində bir onurğa olmaq üzrə onurğanızı yavaşca yuxarı doğru yumrulayın. Bir dəfə təkrar edin.



3. Önə doğru dartılma

Problem:  Günün çoxunu kompüter qarşısında əyilərək keçirdiyiniz kimi bu zamanı masa başında oturaraq da keçirməkdəsiniz. Bu vəziyyət qıçınızı yuxarıya qaldırmanıza yarayan onurğanızın ön tərəfində, qarınınızın dərinliyində iştirak edən bir əzələ olan psoas əzələnizə böyük zərər verə bilər. Bütün gün boyunca oturmaq funksiya görməyən psoas əzələnizi həqiqətən qısaldar.

Həll:  Önə doğru hücum edəcəkmiş kimi zəmin üzərində diz çökün.  İki əlinizi də ombalarınız üzərinə qoyun və ombalarınızı tik tutaraq yavaşca irəli doğru çəkin. Qıçınızın ön qisimində və qarınınızın altında dərin bir çəkmə hiss etmiş olmanız lazımdır. 30 saniyə boyunca bu şəkildə durun, dərin nəfəs alın və sonra boşalın. Digər tərəfə keçib hərəkəti təkrarlayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!